View Static Version
Loading

Sumqayıtda bir fədakar ananın övlad fəryadı Birinci qrup əlilliyi olan bu iki qardaş hava üzünə həsrət qalıblar.

Ramin və Adil Şəfiyev qardaşları Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsi Kompressorlar zavodunun yataqxanasında yaşayırlar. Onlar kömək olmadan yeriyə bilmirlər. Hər ikisinə həkimlər tərəfindən "Proqressivləşən əzələ distrofiyası aşağı ətrafların paralici diaqnoz"u qoyulub".

Ailənin maddi imkanı olmadığından müalicələri davam etdirə bilmirlər.Bununla yanaşı,ataları bir neçə il əvvəl rəhmətə getdiyindən onlara anası Səmayə Şəfiyeva kömək etməli olur. Anasının sözlərinə görə,yataqxanada beşinci mərtəbədə yaşadıqlarından övladlarını kömək olmadan həyətə düşürüb-çıxara bilmir. Bu olduqca fiziki güc tələb etdiyindən hazırda anasıda onlara kömək edə bilmir.

Anası Səmayə Şəfiyeva bildirir ki,onların yaşadığı mənzilin qiyməti aşağı olduğundan onu satmaq istəsə də digər başqa bir yerdən ev ala bilməyəcək. O,satacağı mənzilin qiymətinə yalnız torpaq sahəsi ala bilir.Onun istəyi isə,alacağı torpaq sahəsində sahəsi kiçik olsa da bir mənzil tikib övladlarının rahat hava almasını təmin etməkdir.Buna isə ailənin imkanı çatmır. Ailə son ümid yeri kimi Birinci vitse-prezident,Heydər Əliyev Fondunun prezidenti, Mehriban Əliyevaya müraciət ünvanlayıb.

NextPrevious

Anchor link copied.

Report Abuse

If you feel that the content of this page violates the Adobe Terms of Use, you may report this content by filling out this quick form.

To report a copyright violation, please follow the DMCA section in the Terms of Use.