Loading

Darbnik erməni qaçqınların yeni vətəni Qayane Mirzoyan

Yerevandan 10 kilometr aralıda yerləşən Darbnik kəndi son 28 ildə üç münaqişə nəticəsində qaçqın düşən ermənilərin sığınacağına çevrilib.

90-cı illərin əvvəllərində buraya Dağlıq Qarabağ ətrafında Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində Azərbaycandan qaçan ermənilər gəlib. Onların bir qismi peşə məktəbinin köhnə binasında yerləşdirilib. Daha sonra 2009-cu ildə İraqdan gələn qaçqınlar üçün sosial bina inşa edilib. Orada əvvəlcə İraqdan olan, bir neçə ildən sonra isə Suriyadan gələn ümumilikdə 46 qaçqın ailəsi məskunlaşıb.

Qarabağ münaqişəsi başlayana qədər Şorlu adlanan bu kəndin sakinləri əsasən azərbaycanlılar olub. Kəndin əvvəlki sakinləri də qaçqın düşüb. Bu gün Darbnik kəndində 2342 nəfər yaşayır. Burada yaşayan praktiki olaraq hər bir ailə Ermənistanda həyatını “sıfırdan” başlamalı olub.

İki ev arası həyat

Rada Harutunyan Darbnik kəndində həndbol komandası yaratmaq arzusundadır

Culyetta Harutunyan 1989-cu ildə iki qızı və nəvələri ilə birlikdə Bakıdan qaçmalı olub. Bakılı qonşularının və dostlarının dəstəyinə baxmayaraq, doğma şəhərdə qalmaq artıq təhlükəli idi.

“Binamızda 60 mənzil vardı, hamımız da çox mehriban idik. Bəzi qonşularımızla hələ də internetlə əlaqə saxlayırıq. Bir dəfə əli baltalı adamlardan ibarət kütlə mənzilimizin qapısını sındırmağa başladı. Bəhmənə, azərbaycanlı sahə müfəttişimizə zəng vurduq, o da bizim getməyimizə kömək elədi”, - Culyetta xatırlayır.
Culyetta Harutunyan Bakıda doğulub, böyüyüb. İndi Darbniki yeganə evi hesab edir

Culyettanın qızı Rada Harutunyan təmkin və zəkası sayəsində həyatda qala bilib. Azərbaycan dilində sərbəst danışa bilən Rada balta ilə evə soxulan kütləni və Bakı aeroportu yolunda növbə çəkənləri erməni olmadığına inandıra bilib.

Rada Harutunyan Azərbaycan SSR-in yeniyetmələr arasında həndbol üzrə yığmasında oynayarkən

Ailə əvvəlcə Özbəkistana, Kokanddakı qohumların yanına gedib, amma tale elə gətirir ki, həmin vaxt orada Fərqanə münaqişəsi başlanır.

“Biz güllələrdən masanın altında gizlənirdik. Bir təhlükədən qaçıb, gözlənilmədən digərinin içinə düşmüşdük”, - Rada deyir. 1990-cı il yanvarın 1-də onun qızı Ellada dünyaya gəlir, martda isə onlar Yerevana köçürlər.

Ellada Harutunyan Darbnik kəndinin məktəblilərinə tez-tez rus və fransız dili dərsi keçir.

İlk qaçqınları keçmiş peşə məktəbinin binasında yerləşdirirlər. Yeddi nəfərlik ailə hamamı ümumi olan yataqxananın darısqal otağında məskunlaşmalı olur. Ən adi məişət şəraiti əlçatmaz xəyala çevrilir.

“Mən və qardaşım qutuda yatırdıq. Bir dəfə otaqda yanğın oldu, “çarpayımız” anındaca alışdı, məni əməliyyatla xilas etdilər”, - Ellada xatırlayır.

Balaca Ellada və onun qardaşı yeddi nəfərlik ailənin birlikdə yaşadığı otaqda (1990-cı illərin əvvəlləri).

Demək olar ki, kəndin bütün sakinləri şəhər adamı olub. Sağ qalmaq üçün sahədə işləməyi öyrənmək lazım idi. Bundan başqa, Rada könüllü olaraq beynəlxalq təşkilatlara kömək etməyə başlayıb. İndi Ellada da humanitar təşkilatlarda könüllü kimi çalışır.

Ellada məktəbdə onurğasını zədələyəndən sonra ailənin yarısı yataqxananın yeni korpusuna köçüb ki, qızı lazımı baxımla təmin edə bilsinlər. Bu, onların ən elementar məişət şəraiti ilə təmin olunmalarına imkan verib, amma bu, onları yaşayış yerini özəlləşdirmək hüququndan məhrum edir.

Yataqxanadan köçən qonşularının ikinci əl mebel və başqa avadanlıqlarını ucuz qiymətə alaraq yeni yataqxanadakı kiçik mənzili döşəyiblər.

Radanın böyük qızı Regina Harutunyan indiyə qədər dörd övladı ilə birlikdə heç bir şəraiti olmayan mənzildə yaşayır. Onlar yalnız uşaqlar üçün ayrılan sosial yardım sayəsində dolanırlar. Bundan başqa, qəza vəziyyətində olan binada qalmaq təhlükəlidir.

Qayane Harutunyan və onun bacısı qızı Regina Darbnik kəndindəki keçmiş peşə məktəbinin binasında yaşayır.
Reqinanın qızı

“Uşaqların hər an uça biləcək balkona çıxmağından qorxuram, hətta həyətdə də təhlükəlidir. Mənim sadəcə getməyə yerim yoxdur, buna görə də burada yaşayıram”, - o deyir.

Qaçqınların çoxsaylı müraciətlərindən sonra dövlət bu binada yaşayış yerlərinin özəlləşdirilməsi prosesini başladıb. Bu mənzilləri normal adlandırmaq çox çətin olsa da, şəxsi yaşayış yeri olmayan qaçqınlar bu xəbərə çox sevinir.

“Onların evlərini bir müddətlik tərk etmək, harasa getmək, doğmalarına baş çəkmək hüququ yoxdur. Axı bu zaman onların evini başqasına verə bilərlər”, - Rada izah edir.

Yeni qaçqın dalğası

Karine Baqdoyan əslən Suriyanın Raqqa şəhərindəndir

Harutyunların qonşusu Karine Baqdoyan buraya Suriyanın Raqqa şəhərindən gəlib. Karinenin sözlərinə görə, Suriyada vətəndaş müharibəsi başlayana qədər orada 80 minə qədər erməni ailəsi yaşayırmış. 2011-ci ildə Suriya prezidenti Bəşər Əsədə qarşı vətəndaş müqaviməti kimi başlayan münaqişəyə tədricən qonşu ölkələr, terrorçu təşkilatlar və dünya dövlətləri cəlb olunub. 2013-cü ildə “İslam Dövləti” terror təşkilatı Raqqanı ələ keçirib və öz paytaxtı elan edib.

Bundan dərhal sonra Karine Baqdoyanın ailəsi döyüşlər nəticəsində yerlə bir olan doğma şəhərlərini tərk etməli olublar. Karine Raqqanı böyük sevgi ilə xatırlayır, deyir ki, orada mehriban yaşayıblar, hətta indiyə qədər oradakı qonşuları üçün darıxır.

“Bizə BMT, “Missiya Ermənistan” təşkilatı kömək edir, bircə o pisdir ki, iş yoxdur”, - Karine deyir.

Onun həyat yoldaşı avtomobil təmiri ilə məşğul olur, özü isə qayınanası ilə birlikdə iki uşağına baxır. 2017-ci ilin oktyabrında Raqqa azad edilsə də, Karinenin ailəsi çətin ki, geriyə qayıdar: vaxtilə çiçəklənən şəhərdən bu gün sadəcə dağıntılar qalıb.

Binada İraq, Suriya və Azərbaycandan gələn erməni qaçqınlar yaşayır

Bağdadı 2004-cü ildə tərk edən Ani Marqaryan bildirir ki, İraqda adətən ailələri kişilər dolandırır. Amma bu gün ailənin yeganə pul qazananı o özüdür, BMT-nin Ermənistan missiyasının hədiyyə etdiyi tikiş maşını sayəsində.

Ani Marqaryan Bağdadda doğulub, böyüyüb.
“Atam bizi öyrədib ki, əmək sərf etmədən heç nə əldə etmək olmaz. O, həmişə istəyib ki, biz pulun qədrini bilək, özümüz pul qazanmağı bacaraq. Elə belə pul verməzdi. Hərəyə kiçik biznes ayırmışdı – istər bərbərxana olsun, istərsə də kiçik mağaza. Biz Bağdadda hər şeyimizi itirdik, amma indi hər birimiz müstəqil şəkildə ayağa qalxmağı bacarırıq”, - Ani danışır.

Aninin ərinin birinci arvadı İraqda həlak olub, onlar isə Ermənistanda rastlaşıblar. İlk evlilikdən olan iki uşaq da onlarla yaşamağa başlayıb. Daha sonra isə onların iki ortaq övladı dünyaya gəlib.

“İraq haqda gözəl xatirələrim var. Biz kimin hansı millətdən olmasının fərqini hiss etmirdik. Amma hakimiyyət devriləndən sonra xaos başladı və orada yaşamaq təhlükəli oldu. Uşaqları oğurlamağa başlayanda, qorxduq və köçdük oradan”, - Ani deyir.

Bir neçə il Yerevanda kirayə evlərdə sürünəndən sonra ailəyə Darbnikdə yeni yataqxanada mənzil veriblər. Ani kənddə məişət şərtlərinin yaxşılaşdırılması yolunda fəal mövqe tutub.

“Biz gələndə burada çox şey yox idi – futbol sahəsi yox idi, uşaq bağçası yox idi, rahat nəqliyyat yox idi. Tozlu avtobuslar marşrutlarla əvəz olunana və yarım saatdan bir işləyənə qədər biz dövlətdən problemin həll edilməsini tələb etdik”, - Ani xatırlayır.
Darbnik kənd məktəbində Qaçqın Günü
Created By
JAMnews Caucasus
Appreciate
NextPrevious

Report Abuse

If you feel that this video content violates the Adobe Terms of Use, you may report this content by filling out this quick form.

To report a Copyright Violation, please follow Section 17 in the Terms of Use.