Bizi öz maşını ilə mənzil başına aparmağa razılıq verən sürücü yol boyu bizə qonşularının və dostlarının həyatından hekayələr danışırdı. Biz Tbilisidən Cavaxetiyə - Gürcüstanın cənub-qərbində, Ermənistanla sərhəddə yerləşən regiona gedirdik.
Salka rayonunun kiçik kəndindən, hansısa çox gözəl gölün yanından ötüb keçdik. Yolboyu sovet dövründən qalma sahibsiz, tutqun görünüşlü restoran və otellər varıydı.
Paravani adlanan növbəti gölə qədər 20 kilometr qalırdı. Bu, Gürcüstanın ən böyük gölüdür. Həm də ən yüksək dağlıq gölüdür – Paravani dəniz səviyyəsindən 2,000 metr hündürlükdə yerləşir. Sahilində eyniadlı kiçik kənd var.
Masis stabil olaraq Madatapa gölünün sahilində yaşayan quşların uçotunu aparır. O, ümumiyyətlə yerli fauna haqqında bilik dəryasıdır.