Ənənəvi rəqs ölkəsi olan Gürcüstanda bir çox ailələr qızlarının gələcəyini baletlə bağlayır və sanki bu karyeranın nə qədər çətin olduğunu görmürlər.
Yeganə dövlət balet məktəbi Tbilisi xoreoqrafiya məktəbidir. Əksər gənc balerinalar bura müsabiqə ilə düşür və təhsilhaqqı ödəmirlər. Hazırda məktəbdə yaşı 6-dan 18-ə qədər olan 300 tələbə var.
2016-cı ildə məktəb öz yüzilliyini qeyd etdi; son illər ərzində bir neçə dəfə dəyişdirilib və köçürülüb. Hazırda rəsmi olaraq bu cür adlanır: Vaxtanq Çabukiani adına Dövlət Balet Sənəti Məktəbi. Bu məktəb Gürcüstanın Dövlət Balet Truppasına əsas balerina təchizatçısıdır.
Meqqi: start məsələləri
Meqqinin 12 yaşı var. O, məktəbə bədii gimnastika dərnəyində bir neçə il məşq edəndən sonra gəlib.
Meqqinin anası İrina hesab edir ki, hətta uşaqlar üçün baletdə də xeyli risk var. Əsas risk də onunla bağlıdır ki, bütün qoyulan resurslar sonradan heç kimə lazım olmaya bilər. İllərin əməyi, nəticədə isə karyera qura bilməyəcək, – İrina izah edir.
Meqqi hələ ki, məktəbin ibtidai siniflərindədir, ətrafına baxmaq, həyatda baletdən daha vacib nələrinsə olub-olmadığını görməyə vaxtı var. Daha asan peşə axtarışına çıxmağa da.
Ötən il truppaya cəmi bir qız, inişil isə beş qız götürüblər. Bizim buraxılışda doqquz nəfərdən seçməli olacaqlar. Heç olmasa üç nəfəri götürəcəklərinə ümid edirik
“Kastinqdə adətən istedadı və xarici görünüşü, koordinasiya və musiqi duyumunu qiymətləndirirlər. Bəziləri deyir ki, mənim şanslarım pis deyil”
Kastinqdə seçilənləri yarım il müddətində pulsuz iş gözləyir. Onları stajor kimi götürür və nəzərdən keçirirlər – fikirlərini dəyişə də bilərlər. Amma hər şey yaxşı olsa, qızı kordebaletə götürəcək və maaş təyin edəcəklər.
“Əvvəlcə o, 400 lari (təxminən 150 dollar), sonra da bir qədər çox alır. Bundan əlavə, çıxışlara görə bonuslar olur”, - Anya danışır.
Anyanın gününün əsas vaxtı məşqlərə gedir. İstirahət günlərində baletdən yox, məktəb fənlərindən dərs deyən digər müəllimlərin yanına gedir. Bu dərslərdən imtahanı orta təhsil haqqında attestat almaq üçün yazda verməli olacaq. Məktəbdə əsas fokusda rəqslərdir, adi məktəb fənlərinə əksər yuxarı sinif şagirdlərinin sadəcə vaxtı çatmır.
Oyundan çıxmaq riski
Məktəbdən adətən tibbi komissiyadan sonra xaric edirlər. Həkimlər qızların təkcə tibbi yararlığını deyil, həm də xarici əlamətlərini – çəki və digər balet parametrlərini nəzərdən keçirirlər. Misal üçün, böyüyən döşə görə balerinanı brak çıxara bilərlər.
Balerinalar məşqdən əvvəl bu cür isinmə hərəkətləri edir
Heç bir balaca balerina bədəninin yeniyetməlik dövründə necə dəyişəcəyini bilmir. Heç kim münasib olmayan budlarına və ya büstünün ölçülərinə görə karyerasının alınmamaq ehtimalını hesablamayıb.
“Ümumilikdə isə Gürcüstanda balerinalara qarşı tələblər yumşalıb – məktəb şagirdinin çəkisi 54 kilo da ola bilər. 20 il əvvəl maksimum yol verilən çəki 50 kilo idi”
Balerina puantılarını geyinir
“Balerinanın artıq çəkisi tərəf müqabilinə travma yaşada bilər”, - Nataliya deyir.
Tərəf müqabilini isə qorumaq lazımdır, axı onlar həmişə az olur.
Gürcüstan baletində kəskin kişi azlığı hiss edilir. Nataliya hesab edir ki, bunun əsas səbəbi aşağı maaşdır. “Mənim oğlum da balet artistidir, amma o da bir çox həmkarları kimi, 2000-ci illərin əvvəllərində Almaniyaya mühacirət edib. İndi orada dərs deyir”.
Gürcüstanda peşəkar balet artistləri üçün iş yerləri çox məhduddur. Dövlət balet truppasına düşməyənlər ya köçür, ya da başqa işlərdə özlərini sınayırlar.
“Çoxları dərs deməyə başlayır, - Nataliya deyir, - amma yaxşı rəqqas heç də həmişə yaxşı müəllim olmur”.
Mətn və foto: Diana Petriaşvili, “Rusdilli media şəbəkə”, xüsusi olaraq JAMnews üçün