Nə üçün oğlanlar baletlə məşğul olmur? Çünki onların ataları düşünür ki, bu, qadın peşəsidir, kişilərin orada yeri yoxdur – Gürcüstan dövlət balet truppasının bədii rəhbəri Nino Ananiaşvili deyir.
Kişilər azdır, amma güclü qadınlar çoxdur
Gürcüstanda 30-cu illərdə baletin tam kişi rəqsi hesab olunduğu vaxtlar olub, onda məşhur sovet artisti və xoreoqrafı Vaxtanq Cabukiani Tbilisi xoreoqrafiya məktəbinə rəhbərlik etməyə başlayıb.
“O vaxt əsl bum yaşandı: bütün valideynlər oğullarının balet artisti olmağını arzulayırdı”, - Nino Ananiaşvili danışır.
İndi qıtlığı truppada az olmayan xarici artistlərlə doldurmağa məcburuq, bəziləri kişi baletinin prestijli hesab olunduğu ölkələrdən gəlib.
“Məsələn Kuba, İspaniya - tam əminliklə deyə bilərəm ki, bu ölkələrdə balet qadın peşəsi hesab olunmur, valideynlər isə hər dəfə oğullarını incəsənətə olan sevgilərindən deyil, praqmatik düşüncələrdən qoyur: artıq yetkinlik yaşına çatanda onların övladları sənət sahibi olacaq”.
“Balet çox çətin sənətdir, yəqin bu səbəbdən baletdə bu qədər qadın var. Qadınlar kişilərdən güclüdür. Ən azından psixoloji cəhətdən”.
“Balet avtoritardır, onun sərt çərçivələri və tələbləri var, bu da təkcə rəqqasların xarici görünüşü ilə bitmir”
Gürcüstan Dövlət Baletinin solistləri Nutsa Cekuraşvili və Yonena Takanonun məşqçilər Anatoli Kuçeryuk və İrina Candierinin rəhbərliyi altında məşqi
Məşhur prima teatrı necə xilas etdi
Nino Ananiaşvili dünyanın ən yaxşı balet səhnələrində onilliklərlə davam edən uğurlu karyerasından sonra Gürcüstana qayıdır: O “Bolşoy Teatr”ın, Mariinkanın, Danimarka Kral Baletinin, London Kral Baletinin, Roma operasının truppalarında, La Skala teatrında, İsveç Kral Baletində, Geteborq Baletində, Monte Karlo Baletində, Norveçin, Finlandiyanın, Portuqaliyanın və bir çox başqa ölkələrin milli balet teatrlarında solistlik edib.
“2004-cü ildə məni Saakaşvili çağırdı və mən geri döndüm. Qərar vermək asan deyildi, amma həyatımı tamamilə yenidən qurmaq lazımdı. Əvvəlcə çətiniydi, nə əl varıydı, nə də pul. Bir çox artistlər Tbilisidən köçmüşdü, qalanları isə əsl qəhrəman hesab edirəm, onlar nəinki qaldılar, onlar əvəzini gözləmədən teatrın xilası ilə məşğul oldular”.
“O vaxtlar [90-ların sonları – 2000-lərin əvvəli] çoxları Tbilisidə Opera və Balet Teatrının olmasından belə xəbərsiz idilər. Məsələn, gənclər onun haqqında eşitdikdə həqiqətən təəccüblənirdilər. Əlbəttə, müharibənin onilliyindən, aclıq və qaranlıqdan sonra”.
“O vaxt teatrda vəziyyət belə idi. Teatrın damı çürümüşdü, küçədə yağış yağanda, səhnədə də yağış yağırdı. Qazanxananı ancaq tamaşa vaxtı qoşurdular və xüsusi heç nə dəyişmirdi, dəhşət soyuq idi. Səhnəyə yalnız puantı olan artistlər çıxırdı. Puantı hamıda olmurdu”.
“[Hökumət] mənə büdcə ayırdı, mən artistləri bir yerə yığıb dedim ki, çox işləmək lazımdır, əldən düşənə qədər, başqa cür alınmayacaq. Teatrda gecələmək lazım olsa, gecələyəcəyik
“Dirçəliş kompromissiz olmalıydı, ya “Bolşoy Teatr” və Mariinka kimi olmalı, ya da əyalət filarmoniyası səviyyəsi ilə barışmalı idik. Mən birincini seçdim”
“Mənim əlaqələrim, dostlarım mənə çox kömək etdilər. Misli görünməmiş bir şey oldu, demək olar ki, bütün balet dünyası Tbilisi teatrının ətrafında birləşmişdi”.
İndi, adamın inanmağı gəlmir, amma biz ilk 3 il ərzində 27 tamaşa qoyduq! Təsəvvür edirsiz, biz necə işləyirdik?
“Bu 27 tamaşaya xərclədiyimiz pulla bu günkü qiymətlərlə ən çox 5 tamaşa qoymaq olar”.
“Düşünməyin ki, şikayət edirəm, bizə büdcə ayrılır, sponsorlar da az-maz maliyyələşdirir. Onlara çox minnətdarıq. Amma Gürcüstanda mesenatlıq mədəniyyəti hələ inkişaf etməyib”.
“Mən Tbilisidə artıq 13-cü mövsümdür ki, işləyirəm. Mən uzun illər xaricdə yaşamışam, amma həmişə evim üçün çox darıxmışam”.
“Peşəkar həyatımda Moskvaya köçməyim yəqin ki, dönüş nöqtəsi oldu. Mən hələ uşaq idim və valideynlərimi tərk etmək çətin idi. Bunu sadəcə hər şeyi atıb mənimlə gedən nənəmin sayəsində bacardım. Yeri gəlmişkən, balerina olmadığına baxmayaraq, o mənə çox kömək oldu.”
“Əlbəttə, bu və ya digər səbəblərdən balerinanın karyerasının alınmaması məyusedicidir. Amma baleti sevmək üçün, özünün rəqs etməyin vacib deyil. Həmin adam teatra başqa bir rolda faydalı ola bilər. Buna əminəm”
Mətn və foto: Diana Petriaşvili, “Rusdilli media şəbəkə”, xüsusi olaraq JAMnews üçün