Loading

Abxaziyda yolka oyuncaqları haqda foto-silsilə Stella Adleyba, JAMnews, Suxum

Bu balaca zovod Suxumda beş il əvvəl açılıb. Şüşəüfürənlər və rəssamlar bütün yolka oyuncaqlarını istisnasız olaraq əllə hazırlayırlar.

Oyuncaqları şüşəni bax belə üfürərək hazırlayırlar. Bu adi şüşə deyil, xüsusi olaraq təmiz şüşədir. Beləsindən tibbi qablar, kolbalar, menzurkalar və yolka şarları hazırlayırlar. Şişirdiləcək şarın maksimal ölçüsü borunun diametrindən asılıdır.

Şüşəüfürən yolka şarını şişirəndən sonra onu digər sexə gönndərirlər. Orada şarlar soyuyur və onları rəngləyirlər.

Ən başda bütün oyuncaqların bax belə quyruğu olur, bütün mərhələləri keçəndən sonra onu kəsirlər. Şarlar 50 millimetrdən 150 millimetrə qədər şişirdilir. Şüşəüfürənlər bir növbə ərzində 100-150 oyuncaq şişirirlər.

Sonra gələcək yeni il şarları rənglənir və bəzədilir. Bunlar gələcək oyuncaqlardır.

Asida və Dmitri əsas rəssamlardır. Dmitri ixtisasca da rəssamdır, amma deyir ki, bu peşə ona xüsusi gəlir gətirmirdi, buna görə də öz istedadını məhz bu sahəhəyə yönəltmək qərarına gəlib.

Asidanın tarixçəsi isə qeyri-adidir. O, ixtisasca alman dili müəllimidir. Fabrikə uşaqlar üçün oyuncaq sifariş verməyə gəlib. Sonra isə yolka oyuncaqları üzərində iş prosesi onun üçün o qədər maraqlı olub ki, burada qalmaq qərarı verib.

“Mən öz-özümə öyrənmişəm, həm də iş prosesində”, - Asida deyir. – “İki uşaq anasıyam, elə buna görə də bəzi bacarıqlarım artıq vardı, biz uşaqlarla tez-tez öz əllərimizlə nə isə hazırlayırdıq”.

“Peşəm çox xoşuma gəlir, baxmayaraq ki, biz özümüz buradan yeni il oyuncaqları kimi çıxırıq – tamam zərin içində, yuyunmalı oluruq”, - Asida danışır.

Bu mini sexdə yalnız yeni il oyuncaqları hazırlamırlar, foto həkk olunmuş balışlar, köynəklər, şamlar və bir çox başqa şeylər də istehsal edirlər. Fabrik direktoru Daur Qumbanın sözlərinə görə, bu, çox rentabelli biznesdir. Daur Qumba özü isə ixtisasca tarixçi imiş.
“Sizə belə deyim, hətta kələm yetişdirmək də sərfəlidir, amma hər şey üçün çox işləmək lazımdır. Bəziləri oyuncaq istehsal etmək qərarına gəlir, dəzgahlar alırlar, yarım ildən sonra isə yanıma gəlib, onların bütün texnikasını satın almağı təklif edirlər. Əgər insan özü heç nə edə bilmir və ya etmək istəmirsə, dəzgahlar adi dəmir parçasıdır”, - Daur deyir.

Sferik əşya üzərində rəsm çəkmək düz kətan üzərində çəkməkdən daha çətindir. Bir şarın hazırlanmasına 24 saat vaxt gedir.

Bəzən qızılı rənglə adları, qarşıdan gələn yeni ili yazıb üzərinə zər səpmək bəs edir, vəssalam.

Fabrikdə bu cür şarların qiyməti təxminən 2,5 dollar başlayır, bazarlarda isə daha baha olur.

Bayraq və ya gerb rəsmi olan suvenir şarlar daha çox zaman tələb edir və daha baha olur – 700 rubldan [təxminən 12 dollar] başlayaraq və daha yuxarı.
Bu isə ustaların vizit kartıdır – üzərində abxaz Şaxta Baba təsvir olunmuş şar.
Created By
JAMnews
Appreciate

Credits:

Stella Adleyba, JAMnews

Report Abuse

If you feel that this video content violates the Adobe Terms of Use, you may report this content by filling out this quick form.

To report a Copyright Violation, please follow Section 17 in the Terms of Use.