Natural Disasters security and Safety

Content:

  • 12 short reports
  • 8 videos
  • 1 longer article

-

Passage #1

Passage №1

İtaliyada -Liquria, Piemond və Sisiliya bölgələrində şiddətli yağışlardan sonra sel daşqınları olub.

Daşqınlar nəticəsində bir nəfər ölüb, üç nəfər itkin düşüb.

Təkcə Liquria bölgəsinə 100 milyon avroluq ziyan dəyib. Ərazidə fövqəladə vəziyyət elan edilib. İtaliyanın baş naziri Metteo Renziki indiki durumu 1994-cü ildə baş vermiş sel fəlakətinə oxşadıb.

Ölkənin şimalındakı Po Nehri çayı sahillərində sel daşqınları riski davam edir.

1994-cü ildə İtaliyada baş vermiş sel daşqınlarında 44 nəfər ölmüşdü, iki mindən çox adam evsiz qalmışdı.

Passage #2

Passage №2

Azərbaycan İsrailə yanğınsöndürən təyyarə göndərir

Fövqəladə Hallar Nazirliyi meşə yanğınlarını söndürməkdən ötrü «BE-200ÇS» amfibiya tipli təyyarəsini avadanlıqları ilə birgə İsrailə göndərir.

Bu, İsraildə tüğyan edən meşə yanğınlarından sonra hökumətin Azərbaycan hakimiyyətinə müraciətindən sonra həyata keçirilir.

Bu barədə Azərbaycan FHN-in mətbuat xidmətinin məlumatında yazılır.

İsrail hakimiyyəti Türkiyəyə də müraciət edib.

Son günlər Hayfa şəhəri ətrafında güclü yanğınlar baş verib, meşələrə və müxtəlif tikililərə ciddi ziyan dəyib.

Davam edən güclü küləklər yanğın zonasının genişlənməsinə səbəb olur.

Passage 3

Passage #3

Qərbi Virciniya ştatında 100 ilin ən pis daşqınları qeydə alınıb

ABŞ-ın Qərbi Virciniya ştatının qubernatoru ştatda son 100 ilin ən pis daşqını nəticəsində 23 nəfərin həlak olmasından sonra 44 qraflıqda fövqəladə vəziyyət elan edib.

"Dəyən ziyanın həcmi dağıdıcı dərəcədə çoxdur. Başlıca məqsədimiz axtarışları və xilasetmə əməliyyatları davam etdirməkdir" - deyə Earl Ray Tomblin bildirib.

İki gün öncə düşən 25 santimetrlik yağıntı ştatın cənub-qərbində və mərkəzi hissələrində çayların daşmasına və yaxın şəhərlərin küçələrinin su basmasına səbəb olub.

Greenbriar qraflığının polis şerifi Can Keyhil deyib ki, o, tam bir xaosla üz-üzədir.

"Yollar, körpülər dağılıb, evlər külə dönüb, özülləri isə tam yuyulub. Ana avromagistralın bir neçə hissəsi məhv olub" - deyə şerif bildirib.

On minllərlə insanın isə elektrik enerjisinin kəsildiyi, körpü dağılandan sonra 500-ə yaxın insanın ticarət mərkəzinin içərisində qaldığı bildirilir.

Digər sakinlər isə evləri su ilə dolduğu üçün evlərinin damlarında ilişib qalıb.

Ştatda xilasetmə işlərini Qərbi Virciniya Milli Qvardiyası həyata keçirir.

Passage #4

Passage №4

Luizianada daşqınlar

Amerikanın daxili təhlükəslik naziri Ce Conson Luiziana ştatında 13 nəfərin ölümünə səbəb olan daşqınlardan sonra xilasetmə əməliyyatlarını nəzərdən keçirməlidir.

Baton Ruj daşqınları rekord səviyyədə yağan yağışların nəticəsidir.

Ötən həftədən bəri bu şəhərə 75 santimetr yağış yağıb. İlkin hesablamalara görə, 40 mindən artıq evə ziyan dəyib.

Federal Fövqəladə Hallar Agentliyinin işçiləri və könüllülər yardım əməliyyatlarına cəlb edilib.

Ötən cümə günündən bəri 30 min adam xilas edilib. Şəhər sakinləri qayıqlar, yük maşınları ilə insanlara yardım edir.

Fiziki və emosional ziyanla yanaşı şəhərdə talançılıq və fırıldaqçılıq hökm sürür.

Ştat qubernatoru Federal Fövqəladə Hallar Agentliyinin işçilərinə insanlardan xidmət üçün pul istənilməməsini tapşırıb.

Prezident Obama bazar günü bölgəyə əlavə vəsait ayrılmasına göstəriş verib. Ağ Evin bildirdiyinə görə, 70 mindən artıq adam federal fəlakətlər bəyannaməsi üzrə yardım siyahısına salınıb.

Passage #5

Passage #5

İtaliyada daha bir zəlzələ

Dünən İtaliyanın mərkəzində iki güclü zəlzələ baş verib. Nəticədə bir neçə kilsə və digər binalara ciddi zərər dəyib. Lakin bu dəfəki zəlzələ iki ay bundan əvvəl 300 nəfərin ölümü ilə nəticələnən zəlzələ kimi fəlakətli olmayıb.

Hələlik ölüm və ya ciddi xəsarət halları barədə məlumat verilməyib. Buna baxmayaraq, onlarla insan yüngül xəsarət və sarsıntı hallarından müalicə edilib.

Zəlzələyə ən çox məruz qalmış şəhərlərdən biri olan Ussitanın meri Marko Rinaldi deyib ki, hadisənin faciəvi nəticələnməməsinə səbəb zəlzələlər arasında fasilənin olmasıdır.

5.5 bal gücündə baş vermis ilk zəlzələdən sonra insanlar evlərindən çıxıb. Və bundan iki saat sonra 6.1 bal gücündə daha güclü zəlzələ baş verən an insanlar artıq evakuasiya edilmişdi.

Mer Rinaldi şəhərə ciddi zərər dəydiyini və bu zərərin səhər daha dəqiq bilinəcəyini bildirib.

Ussita Amatris şəhərindən 75 kilometr şimalda yerləşir. Avqust ayında Amatrisdə zəlzələ nəticəsində 297 nəfər həlak olmuş, yüzlərlə insan xəsarət almışdı.

Passage #6

Passage #6

Pakistanda daşqın 30 nəfərin həyatına son qoyub

Pakistan rəsmiləri ölkədə qeydə alınmış qəfil daşqın nəticəsində 30 nəfərin öldüyünü bildirirlər. Təbii fəlakət ölkənin şimalında, Əfqanıstanla sərhəddə baş verib. Çitral bölgəsinin merinin sözlərinə görə, iyulun 3-də güclü yağış və daşqın məscidi və bir neçə evi yuyub aparıb.

O habelə pis hava şəraitinin xilasetmə işlərinə mane olduğunu bildirib.

Bundan başqa, Xeyber-Paxtunxva əyalətində güclü yağış tikinti meydançasındakı iki çinli mühəndisin ölümünə və beş pakistanlı işçinin yaralanmasına səbəb olub.

Qeyd edək ki, daşqınlardan əvvəl ölkənin sinoptikləri güclü yağışların və leysanın qeydə alınacağı barədə xəbərdarlıq etmişdi.

Daşqınlar regionun uzun müddətdir müzakirə olunan elektrik və kanalizasiya sistemindəki problemləri yenidən üzə çıxarıb.

Passage #7

Passage #7

İndoneziyada güclü sellər nəticəsində 20 nəfər həyatını itirib

İndoneziyada başlayan leysan yağışlardan sonra torpaq sürüşməsi və daşqınların baş verməsi nəticəsində azı 20 nəfər həyatını itirib.

Rəsmilərin bildirdiyinə görə Yava adasında indiyədək ən güclü daşqınlar baş verib. Su səviyyəsi sürətlə iki metr qalxıb. Adada 16 nəfərin həlak olduğu təsdiqlənib. İtkin düşən səkkiz nəfərin axtarışı isə hələ davam edir.

Qərbi Yava Polis Fəlakət Departamentinin sözçüsü Endah Trisnavati bildirib ki, daşqınlar nəticəsində Cimanuk çayı ətrafında yerləşən təxminən beş və ya altı vilayətə zərər dəyib.

“Biz 20 nəfərin həlak olduğunu artıq bildirmişik. Onlardan hələlik 15-nin şəxsiyyəti müəyyən edilib. Digər beş nəfərin şəxsiyyətinin müəyyənləşdirilməsi prosesi isə hələ davam edir,” deyə o bildirib.

Daşqınlar ərazidəki evləri yuyub aparıb, təxminən min nəfər sığınacaqlara yerləşdirilib.

Rəsmilər sakinlərə İndoneziyanın La Nina adlanan təbii fəlakətlə qarşılaşdığını və güclü yağışlarların və fəlakətin miyqasının arta bilməsi ehtimalının gözlənildiyi barədə xəbərdarlıq edib.

İyun ayında baş vermiş buna bənzər yağışlar adanın insanların ən sıx məskunlaşdığı Mərkəzi Yava vilayətində daşqınlara səbəb olmuşdu. Təbii fəlakət nəticəsində 50 nəfər həyatını itirmişdi.

Passage #8

Passage №8

Yaponiyada güclü zəlzələ baş verib

Çərşənbə axşamı səhər radələrində Yaponiyanın şimal sahilində güclü zəlzələ və bir neçə kiçik tsunami baş verib.

Yaponiya Meteorologiya agentliyinin bildirdiyinə görə, 7.4 bal gücündə zəlzələnin episentri Fukuşima prefekturasının Sakit Okean sahili olub.

Sakit Okean Tsunami Xəbərdarlıq Mərkəzi ilk tsunami dalğasının 90 santimentr olduğunu bildirib.

Yaponiya televiziyası tsunami dalğalarının bəzi yerlərdə çayların daşmasına səbəb olduğunu göstərib.

2011-ci ildə baş verən zəlzələnin və tsunaminin şahidi olmuş yerli sakin deyib ki, onlar xəbərdarlıqlara ciddi yanaşıb.

“2011-ci ildəki zəlzələ mənin gözümün önündə baş verdi. Onunla müqayisədə bu zəlzələ o qədər də ciddi olmaya bilər, amma mənə elə gəlir ki, biz yenidən eyni səhvlərə yol verə bilmərik,” deyə o bildirib.

Zəlzələ və tsunami nəticəsində dəyən xəsarət və zərərin minimal olduğu bildirilir.

Region sakinləri səhər tsunami xəbərdarlıq sirenaları səslənəndən sonra yüksəkliklərə qalxmağa başlayıb.

Çərşənbə axşamı baş verən zəlzələ 2011-ci ilin mart ayında həmin regionda 40 metr hündürlüyündə tsunamilərə səbəb olan və 20 min insanın ölümü, eləcə də Fukuşima nüvə elektrik stansiyasının dağılması ilə nəticələnən 9.0 bal gücündəki zəlzələdən daha zəif olub.

Passage #9

Passage №9

Masallı kəndlərini su basıb. 48 nəfər təxliyə olunub

Masallı rayonunun (Bakıdan 236 kilometr cənubda) Təklə kəndində 18 nəfər, Xırmandalı kəndində 30 nəfər təxliyə olunub.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər.

Məlumata görə, nazirliyin Cənub Regional Mərkəzi, Yanğın Mühafizə və Sularda Xilasetmə xidmətlərinin regional strukturlarının canlı qüvvə və texnikası cəlb olunmaqla Cəlilabad rayonunda (Bakıdan 211 kilometr cənubda) su basmış həyət evlərində suçəkmə əməliyyatları aparılıb.

İki gecə nazirliyin bütün yerli strukturlarının əməkdaşları İcra Hakimiyyəti ilə billikdə bu istiqamətdə iş aparıb.

Rəsmi məlumatlara görə, son günlər yağan intensiv yağışlar ölkənin cənub rayonlarında bir sıra fəsadlar törədib. Regiondakı Mişarçay çayının məcrasından çıxması nəticəsində sahilboyu ərazilərdə yerləşən bir sıra iaşə obyekti su altında qalıb. Hazırda rayonun müvafiq qurumları selin qarşısını almaq üçün ağır texnikanın köməyi ilə tədbirlər görür.

Passage #10

Passage №10

Bakıda bir gecədə 65 millimetrədək yağış yağıb

Köməksiz qalan 35 nəfər xilas edilib

Sentyabrın 28-i gündüzdən 29-u səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli yağışlar intensiv olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 18-65 (aylıq norma 12-23 mm-dir), Böyük Qafqazda 3-4, Mərkəzi Aran rayonlarında 3-29, Lənkəran-Astara zonasında 11-39, Kiçik Qafqazda 7-18, Qazax-Gəncə zonasında 2-6, Naxçıvan MR-da 1-7 mm. təşkil edib.

Şahdağda qar örtüyünün hündürlüyü 1 sm olub.

İntensiv yağışlar nəticəsində Bakinın avtomobil yollarında böyük tıxaclar yaranıb. Paytaxtın əksər küçələrində sel suları avtomobillərin və piyadaların hərəkətlərini məhdudlaşdırıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, nazirliyin xidmətləri köməksiz qalan 35 nəfəri xilas edib.

Passage #11

Passage №11

Ekvadorda ölənlərin sayı 654 nəfərə çatıb

Ekvador rəsmiləri bildirir ki, ölkədə baş vermiş güclü zəlzələ nəticəsində ölənləri sayı 654-ə çatıb.

Sakit okean boyu uzanan ölkədə son 70 ildə qeydə alınmış ən güclü zəlzələ 12 500 insan yaralanmasına, 58 nəfərin isə itkin düşməsinə səbəb olub.

"Bu günlər vətənimiz üçün ən ağrılı günlərdəndir" - deyə prezident Rafael Korrea müntəzəm şənbə çıxışında bildirib. O sözünə "Ölkə böhran içərisindədir" deyərək davam edib.

İnsanlara müvəqqəti sığınacaq və qida daxil olmaqla ilkin humanitar yardım təmin etmək üçün Ekvadorda minlərlə əsgər və polis səfərbər olunub. Bundan başqa İspaniya, Peru, Kuba, Boliviya və Venezuela kimi ölkələrdən onlar yardım üçün hadisə qurbanlarına kömək etmək üçün Ekvadora gəlib.

Rəsmilər deyir ki, 8 gün əvvəl baş vermiş zəlzələnin dağıntıları altından indiyədək 113 insan sağ çıxarılıb.

BMT qarşıdakı 3 ay ərzində humanitar yardıma ehtiyacı olan 350 mindən çox insana yardım göstərmək məqsədilə 72.7 milyon dollar ayrılması üçün müraciət edib. Bu insanların ən azı yarısının ilkin ehtiyaclarını ödəmək üçün ciddi humanitar yardıma ehtiyacı olduğu bildirilir.

Passage #12

Passage №12

Yağışlar Azərbaycanın bəzi bölgələrində ciddi fəsadlar yaradıb

Sel suları Quba-Xınalıq yolunun 29-cu kilometrliyində körpünü də qəzalı vəziyyətə salıb

Sentyabrın 1-də yağan yağışlar İsmayıllı, Quba, Xaçmaz və ölkənin bəzi bölgələrində ciddi fəsadlar yaradıb. Bəzi kəndlərlə avtomobil əlaqəsi kəsilib, işıqlar sönüb. Əkin sahələrinə, ev təsərrüfatlarına ziyan dəyib.

sel suları Quba-Xınalıq yolunun 29-cu kilometrliyindəki körpünü də qəzalı vəziyyətə salıb, yolda avtomobillərin hərəkəti dayandırılıb.

Yolun tamamilə su altında qalması nəticəsində Xınalıq ilə yanaşı, daha 7 kəndlə nəqliyyat əlaqəsi kəsilib.

Quba rayonunda isə seldən Qonaqkənd, Cimi, Utuq kəndləri daha çox ziyan çəkib. Bu kəndlərdə sel suları bəzi evlərə dolub, işıq dirəklərini aşırıb. Bu səbəbdən yaşayış məntəqələrinə elektrik enerjisinin verilişində çətinlik yaranıb.

Bundan əlavə İsmayıllı rayonuna güclü leysan və dolu düşüb.

Yağıntı, əsasən ucqar dağlıq ərazilərdə yerləşən Qalacıq, Sumaxallı, İstisu və Çayqovuşan kəndlərini əhatə edib. Təbiət hadisəsi nəticəsində evlərin və tikililərin dam örtüyünə, eyni zamanda vətəndaşlara məxsus avtomobillərə ziyan dəyib.

Sentyabrın 1-də yağan yağışlar İsmayıllıda, Qubada, Xaçmazda və ölkənin bəzi bölgələrində ciddi fəsadlar yaradıb

Hazırda sözügedən kəndlərə gediş-gəliş qismən məhdudlaşıb. Yollarda yarğanlar əmələ gəlib.

Sentyabrın 1-i axşam saatlarında və 2-nə keçən gecə güclü yağış ölkənin bəzi bölgələrində ciddi fəsadlar törədib.

Beləki Qəbələ rayonunun Laza kəndinə yağan yağış nəticəsində Dəmiraparan çayının suyu çoxalaraq sel əmələ gəlib.

Fövqəladə Hallar Komissiya sədrləri bildiriblər ki, xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Ərazidə köməksiz vəziyyətdə qalmış 53 nəfər təxliyə edilib.

Rayonların fövqəladə hallar komissiyasının sədrləri yerli mediayaya hazırda seldən zərər çəkən ərazilərə baxış keçirldiyini, fəsadların aradan qaldırılması və dəymiş ziyanının araşdırılması istiqamətində tədbirlər görüldüyünü deyirlər.

Hava şəraitinə gəldikdə isə sinoptiklərin sözlərinə görə, yağıntılar davam edəcək, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə APA-ya açıqlamasında isə deyib ki, Azərbaycanın şimal bölgəsində baş verən sel hadisələrindən sonra buradakı bəzi çaylardan, eləcə də Şəki-Zaqatala, Lənkəran-Astara zonasındakı çaylardan sellərin keçəcəyi gözlənilir.

“Hazırda Böyük Qafqazın cənub yamac çaylarında - Kürmükçay, Şinçay, Kişçay, Dəmiraparançay, Göyçay, Girdimançay, şimal-şərq yamacda Darçay, Qudyalçay, Vəlvələçay və Lənkəran zonası çaylarında sel keçmə ehtimalı çox böyükdür. Belə davam edərsə, sellərin baş vermə ehtimalı çox böyükdür. Əsas təhlükə Şəki-Zaqatala, Quba-Xaçmaz, qismən də Lənkəran zonasındadır” deyə o, bildirib.

Videos for Listening Comprehension

Videos to Watch

Inclement Weather

Heavy Rain

Snow

Strong Wind

Hail

Storm

Videos to Watch

Earthquakes and Floods

Disasters as a Result of Human Activity & Natural Forces

Təbii və insan fəaliyyəti nəticəsində meydana gələn fəlakətlər

Zəlzələlərin, daşqınların, torpaq sürüşmələrinin nəticələri necə aradan qaldırılmalıdır? Fəlakət nəticələrinin aradan qaldırılması zaman yerli qurumlar reaksiya təsirini artırmaq üçün beynəlxalq tərəfdaşlar ilə danışıqları hansı müstəvidə qurur?

Avropa İttifaqının Bakı ofisinin məlumatına görə, son iki gün ərzində, Bakı şəhərində təbii hadisələr nəticəsində Azərbaycan ərazisində baş verən və hökuməti beynəlxalq yardım üçün müraciət etmək məcburiyyəti qarşısında qoyan ciddi fəlakətin təsvir olunduğu ssenari üzərində qurulmuş modelləşdirmə təlimi keçirilib. Beynəlxalq yardımın göndərilməsi üçün edilən müraciətə cavab olaraq Avropa Birliyi Mülki Müdafiə Mexnizminin İştirakçı Ölkələrindən göndərilmiş xilasetmə qruplarının ölkəyə gəlişi stimulyasiya edilib: yerli qurumlar onların ölkəyə qəbul edilməsi və yerləşdirilməsinə, habelə xaricdən gələn yardımların nəqli ilə bağlı beynəlxalq qrupların tələbini yerinə yetirməlidir.

Təlim AB tərəfindən maliyyələşdirilən Şərq Tərəfdaşlığı Ölkələrində Təbii və İnsan Fəaliyyəti nəticəsində meydana gələn Fəlakətlərə qarşı Profilaktika, Hazırlıq və Reaksiya Proqramının (PPRD East 2 Proqramı) tərkib hissəsi kimi həyata keçirilib.

24-25 fevralda Bakı şəhərində ADA Universitetində keçirilən tədbirdə AB Azərbaycan Nümayəndəliyinin rəhbəri Malena Mard və Azərbaycan fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə iştirak edib.

Təlimdə həmçinin Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin, habelə digər hökümət və qeyri-hökumət təşkilatlarının ekspertləri iştirak edib.

Təlimdə beynəlxalq yardım qruplarının qəbul edilməsi və yerləşdirilməsi istiqamətində Azərbaycan tərəfindən görülən tədbirlərin effektivliyi sınaqdan keçirilib – Qəbul edən Ölkələrin Dəstəyi Konsepsiyası və zərurət yarandıqda, Avropa Birliyi tərəfindən göndərilən beynəlxalq yardımların effektiv və səmərəli şəkildə qəbul edilməsi məqsədilə təkmilləşdirmənin aparılması zəruri olan sahələr müəyyən edilib.

Danışıqlar prosesinin və koordinasiya iclaslarının modelləşdirilməsi nəticəsində iştirakçılar müxtəlif növ suallar ilə qarşılaşıb (məsələn, sərhədin keçilməsinə yardım, gömrük rəsmiləşdirilməsi, düşərgələrin yaradılması üçün ərazinin ayrılması, yanacaq təchizatı, fəlakət zonasına səfər zamanı qrupların müşayiət olunması və təhlükəsizlik). Bunlarla yanaşı, təlimin məqsədi AB Qəbul edən Ölkələrin Dəstəyi (QÖD) Təlimatlarına uyğun olaraq mülki müdafiə yardımı üçün müraciət edilməsi istiqamətində qurumlararası və nazirliklərarası əməkdaşlığın gücləndirilməsindən ibarət olub.

*PPRD East 2 Proqramının əsas məqsədi Şərq Tərəfdaşlığı Ölkələrində sülhə, sabitliyə, təhlükəsizliyə və tərəqqiyə töhfə vermək və bu ölkələrin təbii və insan fəaliyyəti nəticəsində meydana gələn fəlakətlərə qarşı profilaktikasının, hazırlığının və reaksiyasının gücləndirilməsi yolu ilə regionda ətraf mühiti, əhalini, mədəni irs nümunələrini, sərvətləri və infrastrukturu mühafizə etməkdən ibarətdir.

PPRD East 2 Proqramının məqsədləri Azərbaycan, Belarus, Gürcüstan, Ermənistan, Moldova və Ukraynada milli səviyyədə fəlakət risklərinin idarə olunması potensialının gücləndirilməsini, Tərəfdaş Ölkələr arasında regional əməkdaşlığın gücləndirilməsini və bu ölkələrin Avropa Birliyi Mülki Müdafiə Mexanizminə yaxınlaşdırılmasını əhatə edir.

Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir. 5,5 milyin avro dəyərində olan layihənin icrasına 2014-cü il dekabrın 4-də başlanıb və2018-ci ilin noyabrınadək davam edəcək.

Humanitarian Assistance

Azerbaijani Aid to Tacikistan

Humanitarian Assistance to Tajikistan

Credits:

Created with images by Sparkle Motion - "Volcanic eruption in Holuhraun - Iceland" • University of Salford - "Flooding" • Angelo_Giordano - "earthquake rubble collapse" • Thomas Good - "Flood-2470" • Angelo_Giordano - "earthquake rubble collapse" • skeeze - "heavy equipment earth movers bulldozer" • marcellomigliosi1956 - "earthquake earthquake italy norcia" • Sparkle Motion - "Volcanic eruption in Holuhraun - Iceland" • Hans - "high water wave inject" • US Army Africa - "Vicenza flooding Nov. 1, 2010" • Sparkle Motion - "Volcanic eruption in Holuhraun - Iceland" • Hans - "lock weir high water" • Hans - "high water wave inject" • marcellomigliosi1956 - "earthquake earthquake italy norcia" • Didgeman - "high water river bush" • michael.po - "flood" • Angelo_Giordano - "earthquake rubble collapse" • Thomas Good - "Flood-2470" • grongar - "Highway speed" • Angelo_Giordano - "earthquake rubble collapse" • tux0racer - "IMG_0368" • katerha - "“The best thing one can do when it's raining is to let it rain.”" • dyonis - "Bad weather in Champsaur" • xtcbz - "CIMG1286.JPG" • DFID - UK Department for International Development - "Aerial view of Tacloban after Typhoon Haiyan" • USDAgov - "20110826-FS-LSC-0073"

Report Abuse

If you feel that this video content violates the Adobe Terms of Use, you may report this content by filling out this quick form.

To report a Copyright Violation, please follow Section 17 in the Terms of Use.