Loading

Gürcüstan 2019 ilin 11 əsas hadisəsi

2020-ci il Gürcüstanda parlament seçkiləri ilidir. Oktyabrda xalq nnövbəti dörd il ərzində ölkəni idarə edəcək hakimiyyəti seçəcək. Bu seçkilərə hazırlıq ötən ildən başlayıb. 2019-cu il Gürcüstanda böyük dəyişikliklər və siyasi böhran ili olub..

Hansı siyasi və ya ictimai hadisələri xatırlayacağıq və 2019-cu il tarixə necə girəcək?

Ölkə həyatında xüsusi iz buraxan 11 əsas hadisə.

1.

Pensiya islahatının qüvvəyə minməsi

2019-ci il yanvarın 1-dən Gürcüstanda yığım pensiya sistemi qüvvəyə minir.

Hər ay hər bir vətəndaşın əməkhaqqından pensiya fondunda toplanması üçün müəyyən məbləğ tutulacaq və pensiya yaşına çatandan sonra pensiya kimi ödənilməyə başlayacaq.

Hökuməti pensiya islahatlarının labüdlüyünü iki arqumentlə izah edir: birincisi – pensiyaçı daha yüksək pensiya ala biləcək və təminatlı qocalığa sahib olacaq; ikincisi isə - dövlət büdcəsinə düşən yük azalacaq.

Çoxları bu islahatları tənqid edir. əleyhdarların əsas arqumenti toplanan pulların risklərdən sığortalanmamasıdır.

Foto: JAMnews

2.

Qaz sızması nəticəsində evlərin partlaması

2019-cu il yanvarın 16-da axşam saat 9-da Tbilisi kənarında Didi Diqomi rayonunda çoxmərtəbəli binada qaz sızması nəticəsində baş verən partlayış dörd nəfərin, o cümlədən də dörd yaşlı uşağın ölümünə səbəb olub. Səkkiz yaralının çoxu azyaşlılar olub. Yanvarın 17-də Gürcüstanda matəm günü elan edilib.

Oktyabrın 19-da Quramişvili küçəsində də çoxmərtəbəli binada qaz parlaması baş verib. Bir nəfər həlak olub.

Oktyabrda Tbilisinin mərkəzində daha bir partlayış yaşanıb.

2019-cu ildə bir neçə nəfər qaz sızması nəticəsində həyatını itirib.

2016-2019-cu illərdə 101 nəfər Tbilisidə qaz sızması nəticəsində meydana gələn partlayış və zəhərlənmələrdən ölüb.

Foto: “Birinci kanal”, “Azadlıq Radiosu”

3.

Pankisi dərəsində münaqişə

Aprelin 21-də Pankisi dərəsində su elektrik stansiyasının inşası üzündən yerli sakinlərlə polis arasında toqquşma baş verib.

Yerli sakinlər inşaat texnikasını əraziyə buraxmayıblar. Cavabında polis dərəyə xüsusi təyinatləları yeridib, onlar da yerli sakinlərə qarşı gözyaşardıcı qaz və rezin güllə istifadə ediblər.

Yerli sakinlər hüquq-mühafizə orqanları əməkdaşlarına daş atıb, polis maşınını sındırıb və yandırıblar.

Məsələnin ardı da gəlib – noyabrın 27-də Pankisidə qanlı hesablaşma nəticəsində bir nəfər öldürülüb, bir neçə nəfər yaralanıb.

Yerli sakinlər arasında münaqişənin səbəbi SES məsələsi olub. Yerli sakinlər televiziya müsahibələrində bildiriblər ki, hökumət sakinlərin bir hissəsini öz tərəfinə çəkmək və insanları stansiyanın tikilməsinə razı salmaq istəyir, bu da yerli sakinlər arasında toqquşmalara səbəb olub.

Foto: REUTERS / Yekaterina Ançevskaya

4.

“Qavrilov gecəsi”, nümayişin dağıdılması və yayda baş tutan etiraz aksiyaları

2019-cu il iyunun 20-də heç şübhəsiz ki, Gürcüstanın 2019-cu il siyasi təqvimində ən mühüm gündür.

Gürcüstan hakimiyyətinə qarşı etiraz aksiyaları iyunun 20-də başlayıb və bu günə qədər ən müxtəlif formalarda davam edir.

İyunun 20-də minlərlə insan Tbilisidə Beynəlxalq Pravoslavlıq Assambleyasının iclasında iştirak etmək üçün ölkəyə gələn Rusiya Dövlət Dumasının deputatı Sergey Qavrilova qarşı etiraz edib.

Gürcüstan vətəndaşları parlament binasında keçirilən iclası rusiyalı deputatın açması səbəbilə qəzəbləniblər. Qavrilov Gürcüstan parlamentinin sədrinin kürsüründə oturub, toplananlara rus dilində müraciət edib.

Minlərlə insan parlament binası qarşısına gəlib və hakimiyyətə qarşı bir sual səsləndiriblər: “işğalçı dövlətin deputatının Gürcüstanın parlament sədrinin kürsüsündə nə işi vardı?”

İyunun 21-ə keçən gecə xüsusi təyinatləlar aksiyanı dağıtmaq üçün gözyaşardıcı qaz və rezin güllə istifadə ediblər. 200 nəfərdən çox insan yaralanıb, onlardan ikisi gözünü itirib. Aksiyanın dağıdılması müxalifət liderlərindən birinin etirazçıları parlament binasına hücum etməyə çağırandan sonra başlayıb

İyunun 24-də ölkəni qeyri-formal idarə edən, “Gürcü arzusu” iqtidar partiyasının sədri Bidzina İvanişvili etirazçıların tələblərindən birini yerinə yetirib, 2020-ci il parlament seçkilərinin tam proporsional sistem üzrə keçiriləcəyini vəd edib.

Beş ay sonra hakimiyyət görünməmiş addım atacaq – vədinə dönük çıxacaq və bu da yeni etirazlar dalğasının başlamasına səbəb olacaq.

Mitinqçilərin əsas tələblərindən daha biri – daxili işlər naziri georgi Qaxariyanınn istefası təmin edilməyəcək. Bunun əvəzində Qaxariyanın vəzifəsi daha da yüksələcək və o, baş nazir seçiləcək.

Bütün yay boyunca parlament binası qarşısında “Biabırçılıq” ictimai təşkilatı tərəfindən təşkil olunmuş permanent etiraz aksiyaları keçirilib. Mitinq zamanı rezin güllə ilə gözü çıxarılan iştirakçılarla həmrəylik nümayiş etdirmək məqsədilə etirazların rəmzi bir əllə qapadılmış göz olub.

Foto: REUTERS / İrakli Qedenidze

5.

Strasburq məhkəməsinin “Rustavi-2” işi üzrə qərarı və iki yeni müxalif telekanal

2019-cu il iyulun 18-də Avropa İnsan Haqları Məhkəməsi Srasburqda müxalif “Rustavi-2” teleşirkətinin iişi ilə bağlı qərar qəbul edib. Avropa Məhkəməsi teleşirkətin sahibkarlıq haqqı ətrafında baş tutmuş məhkəmə prosesində pozuntular təsbit edib. Bu, avtomatik olaraq teleşirkətin hökumətyönlü biznesmen Kibar Xalvaşiyə verilməsi demək idi.

Beləliklə, “Rustavi-2” işi üzrə arxasında hakimiyyətin dayandığı dörd ilə yaxın davam edən çəkişmə elə hakimiyyətin qələbəsi ilə başa çatdı.

Yeni sahibkar kanalın direktoru Niika Qvamariyanı, qabaqcıl jurnalistləri və prodüserləri işdən azad etdi. Elə həmin gün əsas informasiya buraxılışının komandası və digər əməkdaşlar etiraz əlaməti olaraq kanalı tərk etdilər.

Strasburq məhkəməsinin verdiyi qərar sayəsində Gürcüstanda yeni media orqanları meydana gəldi.

Bu prosesdən ay yarım sonra Nika Qvamariyanın yaratdığı “Mtavari” telekanalı yayınlanmağa başladı.

Oktyabrda isə “Formula Kreativ” yaradıcılıq studiyası ilə Saakaşvili dövrünün keçmiş müdafiə naziri David Kezeraşvilinin birgə əsasını qoyduqları “Formula” teleşirkəti fəaliyyətə başladı.

“Rustavi-2” telekanalını tərk edən jurnalistlər bu iki teleşirkətə keçdilər.

Nəticədə 2019-cu ildə Gürcüstanda iki yeni müxalif telekanal meydana gəldi.

6.

Münaqişə zonasında vəziyyətin gərginləşməsi – Çorçano-Snelisi böhranı

Avqustun sonunda Gürcüstan hakimiyyəti Xaşuri bələdiyyəsində Çorçana və osetin tərəfinin nəzarətində olan Snelisi kəndləri qarşısında polis postu qurdu.

Postun qurulmasına Cənubi Osetiyanın de-fakto hakimiyyətindən sərt reaksiya gəldi. Sxinvali postu aradan qaldırmağı tələb etdi, Gürcüstan tərəfi isə bununla razılaşmadı.

Bundan sonra Osetiya tərəfi “sərhəddə” Cənubi Osetiyanın Axalqori rayonu sakinlərinin istifadə etdiyi nəzarət-buraxılış məntəqəsini bağladı. Bununla da onları Tbilisinin nəzarətində olan ərazilərə getmək imkanından məhrum etdi.

Bu, əhalinin böyük əksəriyyəti etnik gürcülər olan Axalqori rayonu sakinlərinə ciddi zərbə oldu.

Axalqori sakinlərinə tibbi məqsədlərlə regionu tərk etməyə icazə verilmirdi. Əhali faktiki olaraq təcrid olunmuş şəraitdə yaşayır – onlar hətta təcili əməliyyat üçün də müalicə icazəsi ala bilmirlər. Pensiyaçılar pensiyalarını almaq üçün gedə bilmirlər. Avqustda tətildə olan tələbələr və şagirdlər Axalqoridə qapanmış vəziyyətdə qalıblar. İnsanlar doğmalarının dəfnində iştirak edə bilmir.

7.

Kilsə qalmaqalı – patriarxın pedofiliyada ittiham olunması

2019-cu ildə Gürcüstanın ən nüfuzlu və ən qapalı institutu – Pravoslav Kilsəsi ən qızğın və qalmaqallı hadisələrin episentrinə çevrildi.

Əgər kilsənin, patriarxlığın və ayrı-ayrı din xadimlərinin tənqid olunması indiyə qədər Gürcüstanda qadağan olunmuş mövzu idisə, bu səfər vəziyyət tamam dəyişdi və ən əsası tənqid tabusunu din xadimlərinin özləri pozdular.

Bu il kilsədə görünməmiş olaylar baş Verdi – kilsə ierarxları daxili münaqişələri ictimaiyyətin gözü qarşısına sərdi və bir-birinə qarşı açıq müharibə elan etdilər.

Nüfuzlu din xadimi, vladıka Petre kilsə rəhbəri, patriarx İkinci İliyanı “pederastik günahda” ittiham etdi.

Bundan sonra bir neçə digər din xadimi də açıq şəkildə Gürcüstan kilsəsində pedofiliya, özbaşınalıq və korrupsiya haqda danışmağa başladılar.

Digər din xadimi, Sinod üzvü, arxiyepiskop Yakov deyib ki, yüksək vəzifəli hökumət məmurları, o cümlədən də hazırkı baş nazir Giorgi Qaxariya İkinci İliyanı devirməyə çalışıb. Bununla bağlı şəxsən Bidzina İvanişvilinin taoşırığı ilə konkret plan hazırlanırmış.

Ekspertlər hesab edirlər ki, kilsədə baş verən proseslər patriarx kürsüsü uğrunda mübarizə ilə bağlıdır.

86 yaşlı Patriarx İkinci İliya səhhəti ilə əlaqədar olaraq ictimai yerlərdə çox az görünür. İliyanın ölümündən sonra patriarx kürsüsünü kimin tutacağından yalnız kilsənin taleyi yox, həm də müəyyən dərəcədə ölkənin daxili və xarici siyasət vektoru da asılıdır.

Foto: REUTERS / David Mdzinarishvili

8.

Parlamentdə seçki islahatlarının dəstəklənməməsi və etirazların ikinci dalğası

Noyabrın 14-də “Gürcü arzusu” iqtidar partiyası parlamentdə təşəbbüskarı özünün olduğu seçki islahatlarını dəstəkləmədi. Bu dəyişikliklərə əsasən ölkə tam proporsional – partiya siyahılarına əsaslanan seçki sisteminə keçməli idi.

(İndi 150 deputatın yarısı proporsional, yarısı isə birmandatlı dairələrdə majoritar sistem üzrə seçilir).

Bu, 2019-cu ilin yayında etiraz aksiyalarının ilk dalğğası zamanı etirazçıların əsas tələbi idi. O zaman “Gürcü arzusu” partiyasının lideri Bidzina İvanişvili şəxsən nümayişçilərə söz vermişdi ki, seçkilərdə iqtidar partiyasına üstünlük verən majoritar sistem ləğv ediləcək.

Amma beş ay sonra o, öz vədini pozdu – İvanişviliyə loyal olan deputatlar islahatların əleyhinə səs verdi.

Vətəndaş cəmiyyəti fəalları İvanişvilini yalan danışmaqda və seçki oğurluğunda günahlandırdılar və noyabrın 14-də yenidən küçələrə çıxdılar.

Gürcüstanın bütün müxalif partiyaları proporsional seçki tələbi ətrafında birləşərək onlara qoşuldular.

Parlament binası qarşısında etiraz aksiyaları yenidən başladı, çadırlar quruldu. Noyabrın 18-də polis xüsusi təyinatlıları su şırnaqları vasitəsilə yenidən nümayişçiləri dağıtdı.

Amma o vaxtdan bəti Tbilisi və Gürcüstanın digər şəhərlərində etirazlar səngimir.

Etirazçıların əsas tələbi yenə də seçki sisteminin dəyişdirilməsi qalır. Amma hakimiyyət güzəştə getmək niyyətində deyil.

Deputatların bir qismi, o cümlədən də parlamentin vitse-spikeri Tamar Çuqoşvili islahatların dəstəklənməməsinə etiraz əlaməti olaraq çoxluq sıralarını tərk edib. İl ərzində çoxluq sıralarını tərk edənlərin sayı iyirmi nəfərə yaxın olub.

Gürcüstanda parlament seçkiləri 2020-ci ilin oktyabrında baş tutmalıdır.

Foto:David Pipia, JAMnews

9.

“Sonra biz rəqs etdik” – LGBT filminin nümayişinə mane olmaq cəhdi

Gürcüstanın ilk LGBT münasibətləri haqda filminin üç günlük Tbilisi və Batumi kinoteatrlarında nümayişi kəskin etirazlara səbəb olub.

Ultrasağçı milliyyətçilər, o cümlədən də kilsə təmsilçiləri və onların tərəfdarları kinoteatrların girişlərini bağlamağa çalışıblar. Kinoteatrlar üç gün müddətində polis kordonları ilə mühafizə olunub. Kino seanslarına gələn vətəndaşların üzərləri diqqətlə yoxlanılıb, bəziləri isə hətta biletlə kinoteatra daxil ola bilməyib.

Ultrasağçılar hesab edirlə ki, kişilər arasında sevgi gürcü cəmiyyəti üçün yolverilməzdir.

Film gürcü mənşəli İsveç rejissoru Levan Akin tərəfindən çəkilib. Filmdə gürcü milli rəqsi ifa edən iki rəqqas arasındakı sevgidən bəhs edir.

Tbilisidə “Amirani” kinoteatrı qarşısında keçirilən aksiya zamanı ultramillətçilərküt alətlə bir qıza zərbə endiriblər və ona tibbi müdaxilə etmək lazım gəlib.

Bununla belə, filmin əleyhdarları onun nümayişinə mane ola bilməyib.

Təhdidlərə baxmayaraq Gürcüstanda başqa bir ilk də baş tutub – iyunun 9-da Daxili İşlər Nazirliyinin binası qarşısında LGBT-prayd keçirilib. Aksiya bir saata yaxın davam edib və aksiyada onlarla insan iştirak edib.

Aksiya “Ləyaqət marşı” adlandırılıb.

Təşkilatçılar təhlükəsizlik baxımından aksiyanın vaxtı və yeri ilə bağlı informasiyanı yaymaylblar, buna görə də iştirak etmək istəyənlərin çoxu, o cümlədən də jurnalistlər prayda qatıla bilməyib.

Foto David Pipia, JAMnews

10.

Həkim Vaja Qaprindaşvilinin həbsi və azad edilməsi

Gürcüstan Ortopedləri Assosiasiyasının prezidenti Vaja Qaprindaşvili noyabrın 9-da münaqişə zonasında Axalqori yaxınlığında həbs edilmişdi. Dü-fakto Cənubi Osetiya hakimiyyəti bildirmişdi ki, o, tanınmamış dövlət sərhədini pozub. Noyabrın 15-də ilkin istintaq müddətində onun haqqında iki aylıq həbs qətimkan tədbiri seçilib.

Həbsindən sonra Qaprindaşvili özünü günahkar hesab etməyib və Sxinvalidə həbsxanada saxlandığı zaman bildirib ki, dövlət sərhədini pozmayıb və Cənubi Osetiya Gürcüstan ərazisidir.

Sxinvalidə Qaprindaşvilinin bu addımını təxribat və yaxşı planlaşdırılmış əməl adlandırıblar.

Noyabrın 9-dan sonra həkim Sxinvali təcridxanasında saxlanılıb. Dekabrın 20-də Sxinvali məhkəməsi onu bir il doqquz ay müddətinə azadlıqdan məhrum edib.

Həkimin azad edilməsi işinə Gürcüstan hakimiyyəti ilə birlikdə beynəlxalq ictimaiyyət də qoşulub.

Tbilisidə Qaprindaşvilinin müdafiəsi məqsədilə etiraz aksiyası keçirilib və onun qeyd-şərtsiz azad edilməsi tələb olunub. Fəalların sözlərinə görə, Gürcüstan hakimiyyəti bunun üçün əlindən gələni etməlidir.

11.

Yeniyetmənin intiharı

2019-cu ilin sonunda 15 yaşlı Luka Siradzenin faciəsi ölkəni dərindən sarsıdıb.

Dekabrın 11-də yeniyetmə yaşayış binasının doqquzuncu mərtəbəsindən özünü atıb. Bu hadisədən bir gün öncə o, polis tərəfindən saxlanılıb və bir neçə saat ərzində dindirilib. Vəkillər və yeniyetmənin ailə üzvləri deyirlər ki, o, psixoloji təzyiqə məruz qalıb – onu təhdid edib, hədə-qorxu gəliblər. Və məhz bundan sonra o, intihar etmək qərarına gəlib.

Onuncu sinif şagirdi Tbilisi məktəblərinin birinin divarında yazılar aşkarlanandan sonra polis tərəfindən saxlanılıb.

Yeniyetmə gecə saatlarında məktəbə daxil olub, dəhliz və siniflərin divarlarına yazılar yazıb.

“Bu həyatın lap elə anasını”, - o, divarların birində yazıb.

Yeniyetmənin intiharından sonra onu dindirən müstəntiq Marianna Çoloyan həbs edilib. Belə məlum olub ki, bu mütəntiqin daha əvvəl də saxlanılanlarla amansız davrandığı hallar olub, amma bununla belə indiyə qədər polisdə işləməyə davam edib.

Luka Siradzenin ölümündən sonra vətəndaş cəmiyyəti fəalları DİN binası qarşısında etiraz aksiyası keçiriblər. Onlar sistemdə radikal dəyişikliklərin həyata keçirilməsini tələb ediblər.

Hadisələr xronoloji ardıcıllıqla təqdim olunub

* Hadisələr xronoloji ardıcıllıqla təqdim olunub

Created By
JAMnews, Тбилиси
Appreciate