Loading

Sumqayıtda narkoloji xəstələrin və narkomanların sayı açıqlanıb Sumqayıtda narkomanların sayı artıb.

Sumqayıt şəhərində rəsmi qeydiyyatda olan narkoloji xəstələrin və narkomanların sayı açıqlanıb.

Ötən ilin statistikasına görə ötən il şəhərdə rəsmi qeydiyyata alına narkoloji xəstələrin sayı 3885 nəfər, narkomanların sayı isə 2011 nəfər olub.

Sumqayıt şəhər Narkoloji Dispanserdən Xeberle.com-a verilən məlumata görə, 2019-cu ilin ilk rübü üçün narkoloji xəstələrin sayı 3914 nəfər olub. Onlardan 88 nəfəri qadındır. Narkomanların sayına gəldikdə isə bu rəqəm 2031 nəfər təşkil edir. Narkomanlardan isə 66 nəfəri qadındır.

Statistikaya əsasən narkoloji xəstələrin sayı 2019-cu ilin ilk rübündə 29 nəfər artıb. İlk rübdə isə 20 narkoman yeni qeydiyyata götülüb. Bu isə narkomanların sayında artım olduğunu göstərir. Narkoloji xəstələrə daha çox 18-39 yaş arası qruplarda rast gəlinir.

Dispanserdən o da bildirilib ki, xəstə 5 il narkotik və 3 il alkoqol qəbul etmədikdə ona praktiki sağlam diaqnozu qoyularaq qeydiyyatdan çıxarılır: "Narkoloji xəstələrin müalicəsi üç mərhələdə həyata keçirilir: Abstinent sindromun aradan qaldırılması; Remissiyanın formalaşması; Remissiyanın stabilləşməsi. Müalicə narkoloji müəssisədə stasionar, ambulator və ya xəstənin evində ambulator şəraitdə "Narkoloji xidmət və nəzarət haqqında” 2011-ci il qanununa müvafiq olaraq aparılır. Müalicə könüllü və məcburi qaydada həyata keçirilir. Məcburi müalicə cinayət törətmiş narkoloji xəstələrdə cəzaçəkmə müəssisəsində aparılır. Cinayət törətmiş narkoloji xəstələrin məcburi müalicəsi ixtisaslaşdırılmış müalicə müəssisələrində aparılır. Reabilitasiya prosesi isə xəstənin maksimal dərəcədə həyata uyğunlaşmasına yönəlmiş kompleks-tibbi, sosial, təhsil, əmək tədbirlərindən ibarətdir.

Xəstələr tam müalicə aldıqdan sonra xəstəxanadan evə buraxılır. Lakin çoxu əvvəlki mühitə qayıtdıqdan sonra yenidən köhnə vərdişlərinə davam edir. Hətta elələri olur ki, xəstəxanadan çıxandan 10 gün sonra yenidən həmin vasitələrdən istifadə edir. Tam sağalma demək olar ki, 5-6 faiz təşkil edir. Xəstəxanadan praktiki olaraq sağlam çıxan xəstə yenidən öz vərdişlərini təkrar edir. Belə insanların ailəsindən və onların həmin insanlara mənəvi dəstəyinin də böyük rolu var”.

Sumqayıt şəhər prokuroru Sərdar İmanov: "2018-ci ildə narkotik vasitələrin dövriyyəsi üzrə 103 fakt qeydə alınıb, onlardan 17 –si alqı-satqı, bütövlükdə isə 97 nəfər şəxs barəsində 90 cinayət işi açılıb və baxılması üçün müvafiq məhkəmələrə göndərilib".

Created By
Xədicə Səxavətqızı
Appreciate

Report Abuse

If you feel that this video content violates the Adobe Terms of Use, you may report this content by filling out this quick form.

To report a copyright violation, please follow the DMCA section in the Terms of Use.