Sinematoqraf kino tarixi

Kino XIX əsrin ən maraqlı kəşfidir. 1895-ci ildən sinematoqraf Oqüst və Lümyer qardaşlarının adı ilə bağlıdır. Sinematoqraf bütün dünyanı təəccübləndirdi.

1895-ci il martın 22-də Lui Lümyer “Lümyerin Monplezir və Liondakı fabrikindən fəhlələrin çıxması” kadrını tamaşaçılara göstərdi.

Bu kiçik kadr tamaşaçıları maraqlandırdı. Həmin ilin yayında Lümyer 10-dan artıq qısa süjetlər çəkdi. Dekabrın 28-də isə o, qardaşı Oqüstlə birlikdə Parisin Kapusinov bulvarında ictimai baxış təşkil etdi. Bu kino seansı tamaşaçılar üçün təəccüblü və sensasiyalı bir baxış idi. Həmin gün, dünya kinosunun yaranması kimi, tarixə düşdü.

Lümyer qardaşlarının çəkdikləri səssiz kadrlar, ilk vaxtlar, böyük maraq doğurdu. Məsələn, velosiped sürən oğlan, fabrikdən çıxan fəhlələr, kart oynayan adam kimi süjetlər, tamaşaçıların daha çox diqqətini çəkirdi. Lümyerin filmlərinə baxış parklarda, restoran-kafelərdə, yarmarkalarda təşkil olunurdu.

Qardaşlar 1897-ci ildə bir neçə kinooperator hazırlayaraq, müxtəlif ölkələrə süjet çəkməyə göndərdilər. Operator sənəti də məhz belə yarandı. Müxtəlif ölkələrdə operatorlar rejissorsuz, aktyorsuz çəkdikləri real həyat kadrlarını kinoteatrlarda nümayiş etdirirdilər.

Onlar informasiya xarakterli süjetlər çəkməyə başlayırdılar. Bununla sənədli, bədii kinonun əsası qoyuldu. Beləliklə, kino incəsənətə çevrilməyə başladı. Kinonu izləyən tamaşaçı auditoriyası isə, bu günə qədər, ondan ayrılmayıb.

Teatr rejissoru, dekorator, aktyor, qəzet karikaturaçısı və ən nəhayət əyləncəli attraksionlarda texniki konstruktor kimi çalışan Melyes, Lümyer qardaşlarından aparat əldə edərək, ilk dəfə kamera ilə kinematoqrafik tryukları çəkməyi kəşf etdi.

1908-ci ildə ədəbiyyat və teatr xadimləri “Bədii kino” -“Film d Ar” cəmiyyətini yaratdılar. Cəmiyyətin əsas məqsədi, bədii kino yaratmaq idi. Məşhur romanların motivləri əsasında filmlər çəkməyə başladılar. Bununla da “Film d Ar” cəmiyyəti kinonun sənət növü olduğunu sübut etdilər.

1930-cu illərdən Fransa kinosunda avanqard kinematoqrafçı ordusu yaranmışdı. Fransadakı nəhəng Pate və Qomon kino şirkəti yarandı. Onlar bütün ölkələrə öz kinooperatorlarını göndərirdilər.

O zaman Bakılı fotoqraf Aleksandr Mixayloviç Moşon “Bibiheybətdə neft fontanı yanğını” və “Balaxanıda neft fontanı” kadrlarını çəkmişdi və 1898-ci ildə Fransaya, dünya sərgisinə aparmışdı. Bu unikal kadrlar Fransa kino arxivində saxlanılıb. Həmin xronikal kadrlar 2001-ci ildə Dövlət Film Fondu rəhbərliyinin təşəbbüsü ilə Fransadan Azərbaycana gətirilib. Kino bu gün də tamaşaçıları təəccübləndirir.

Credits:

Created with images by Unsplash - "movie reel projector" • geek_love13 - "IMGP4690" • Skitterphoto - "film 35mm vintage" • rotkevichkonstantin - "cinema projector overhead projector" • Perlinator - "harold lloyd clock building city" • cobanene - "Libourne, le cinéma Rex déchu..." • skeeze - "ann savage tom neal actress" • rafael.minuesa - "La Monjita (1931)" • skeeze - "john wayne gail russell actor" • Skitterphoto - "film movie cinema"

Report Abuse

If you feel that this video content violates the Adobe Terms of Use, you may report this content by filling out this quick form.

To report a Copyright Violation, please follow Section 17 in the Terms of Use.