ASAN Visa Azerbaijani Electronic Visa system

ASAN Visa - English

ASAN Visa - Azerbaijani

Transcript of "ASAN Visa" Video

transcript

KEY VOCABULARY FOR TWO VIDEOS BELOW

Video 2 - It is now easier for foreigners to obtain visas

Video 3 - Tourists will obtain visas via ASAN VISA

READING

4 Reading Passages for ASAN Visa

TEXT 1

Azərbaycanda “ASAN Viza” sistemi yaradılır

İlham Əliyev fərman imzaladı.

Azərbaycan prezidenti İlham Əliyev elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında fərman imzalayıb.

Oxu.Az-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə elektron viza verilməsi üçün “ASAN Viza” sistemini yaratmalı və onun idarə olunmasını təmin etməlidir, “ASAN Viza” sistemi haqqında əsasnamənin layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

“ASAN Viza” sistemi vasitəsilə aşağıdakılar təmin edilir:

— elektron viza alınması üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin birbaşa “ASAN Viza” sistemi vasitəsilə müraciət etməsi;

— elektron viza alınması üçün zəruri olan məlumatların bilavasitə “ASAN Viza” sisteminə daxil edilməsi;

— elektron vizanın rəsmiləşdirilməsinə görə müəyyən olunmuş dövlət rüsumunun “ASAN Viza” sistemi vasitəsilə elektron qaydada ödənilməsi;

— elektron vizanın üç iş günü müddətində verilməsi;

— elektron vizanın müraciət etmiş şəxsin elektron ünvanına göndərilməsi;

“ASAN Viza” sisteminin “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi və Vahid Miqrasiya Məlumat Sistemi ilə inteqrasiyası vasitəsilə elektron informasiya mübadiləsinin aparılması;

— elektron viza verilməsi müddətlərinə riayət olunmasının, verilmiş elektron vizaların və imtina olunmuş viza müraciətlərinin monitorinqi, imtina səbəblərinin ümumiləşdirilməsi və dövri statistik hesabatların hazırlanması.

Müəyyən edilib ki, elektron viza siyahısı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən təsdiq edilən ölkələrin vətəndaşlarına və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə verilir.

Azərbaycan Xarici İşlər Nazirliyi “ASAN Viza” sistemi vasitəsilə elektron vizanın üç iş günü müddətində verilməsinə ciddi riayət etməlidir, vətəndaşlarına elektron viza veriləcək ölkələrin siyahısını bir ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir, elektron viza verilməsinin yeni qaydaları və “ASAN Viza” sisteminin yaradılması barədə məlumatın Nazirliyin, habelə Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etməlidir, elektron viza verilməsi prosesində Azərbaycan Respublikasına gəlişi qadağan edilmiş şəxslərin siyahıları üzrə yoxlamanın operativ aparılması məqsədi ilə “Sərhəd keçməyə məhdudiyyət” informasiya resursuna daxil edilən məlumatların dəqiqliyinin və aktuallığının təmin edilməsi üçün tədbirlər görməlidir.

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi isə “ASAN Viza” sisteminin təşkili ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini zəruri telekommunikasiya kanalları ilə təmin etməli, “ASAN Viza” sisteminin təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görməlidir.

TEXT 2

Azərbaycanda elektron viza ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Milli Məclisin bu gün keçirilən plenar iclasında Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, dəyişiklik layihəsinə əsasən, elektron vizanın verilməsi ilə bağlı müraciət qəbul edildikdən sonra ən geci 3 iş günü müddətində “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin məhdudiyyət siyahıları üzrə yoxlama aparılacaq, imtina üçün əsas olmadıqda viza rəsmiləşdirilərək müraciət etmiş şəxsin elektron poçt ünvanına göndəriləcək.

Viza verilməsindən imtina edildikdə, müraciət etmiş şəxsin elektron poçt ünvanına bu barədə məlumat göndəriləcək.

Bundan başqa, “ASAN Viza” sistemi elektron vizaların verilməsi və ya verilməsindən imtina ilə bağlı məlumatları, habelə elektron müraciət formasında nəzərdə tutulan məlumatları “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin “Viza” altsistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanına göndərəcək.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

TEXT 3

“ASAN Viza”a vasitəsilə ölkəmizə gələn əcnəbilərin sayı açıqlandı

“Ötən ilin dekabrın 16-dan indiyə kimi “ASAN Viza” portalı (evisa.gov.az) vasitəsilə 250-yə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs elektron viza əldə edib”.

Oxu.Az xəbər verir ki, bunu APA-ya “ASAN Xidmət”in İnformasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov deyib.

O bildirib ki, “ASAN Viza” portalı ötən il dekabrın 16-dan test rejimində fəaliyyət göstərir. Portal yanvarın 10-dan tam istifadəyə veriləcək.

Qeyd edək ki, “ASAN Viza” vasitəsilə əcnəbilər onlayn şəkildə müraciət edərək viza ala bilirlər.

Ölkədə qalma müddətini 30 günədək müəyyən edən birdəfəlik elektron vizanı almaq üçün portala müraciət edən şəxs ödəniş etdikdən sonra viza 3 iş günü müddətində elektron poçt ünvanına göndərilir.

Viza üçün dövlət rüsumu 20 dollardır. Bu rüsum vizaya baxılması üçün tələb olunur və heç bir halda geri qaytarılmır. Elektron viza müraciətlərinin bir nəfərlik, ailə (ən az 2, ən çox 10 nəfər) və qrup şəklində (ən az 10, ən çox 300 nəfər) edilməsi nəzərdə tutulur.

TEXT 4

Azərbaycanda bəzi saytların üzərinə məhdudiyyət qoyulub

“Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və “ASAN Viza” sisteminin yaradılması haqqında” Azərbaycan prezidentinin 2016-cı il 1 iyun tarixli fərmanına uyğun olaraq “ASAN Viza” sisteminin yaradılması təmin edilib, www.evisa.gov.az portalı vasitəsilə elektron vizaların verilməsinə başlanılıb.

Oxu.Az xəbər verir ki, “ASAN Xidmət”in İnformasiya təminatı şöbəsindən APA-ya verilən məlumata görə, lakin bununla belə, oxşar saytlar vasitəsilə Azərbaycana gəlmək istəyən əcnəbilərə elektron vizaların verilməsi xidməti həyata keçirilirdi.

“Həmin saytlar dövlətin rəsmi elektron viza portalı təəssüratı yaradaraq, e-viza xidmətlərini qanunvericilikdə müəyyən edilən prosedurlardan fərqli, nəzərdə tutulan dövlət rüsumundan isə dəfələrlə artıq ödəniş almaqla həyata keçiriblər. Bu da öz növbəsində elektron viza almaq üçün müraciət edən şəxslərdə çaşqınlıq yaradıb və haqlı olaraq kütləvi narazılığa səbəb olub.

Azərbaycana gəlmək üçün elektron vizanın verilməsi dövlətin müstəsna səlahiyyətidir və bu cür hallar isə ölkənin imicinə zərər verən amillərdən biridir. Qeyd olunanları nəzərə alaraq çaşqınlığın aradan qaldırılması məqsədilə həmin saytların üzərinə müvəqqəti məhdudiyyətlər qoyulub. Bununla əlaqədar həmin domain sahibləri ilə görüşülüb, müzakirələr aparılıb. Bu cür halların baş verməməsi üçün həmin saytlarda Azərbaycan Respublikasının rəsmi elektron viza portalı “ASAN Viza” sistemi haqqında məlumat və elektron vizanın alınması üçün www.evisa.gov.az portalına keçidin yerləşdirilməsi qərara alınıb”, - deyə məlumatda bildirilir.

E-Visa Sample Application Form

E-VISA WEBSITE

Read more articles about visas:

Link to Visa Dialogues

Credits:

Created with images by j16r - "visa hell" • Ken_Mayer - "Passport21" • blmurch - "Residency Paperwork for Argentina" • Wiertz Sébastien - "Read/Review" • Francisco Anzola - "City hall" • bewmies - "Passport" • Andrys - "newspapers leeuwarder courant press" • Taken - "headphones audio earphones"

Made with Adobe Slate

Make your words and images move.

Get Slate

Report Abuse

If you feel that this video content violates the Adobe Terms of Use, you may report this content by filling out this quick form.

To report a Copyright Violation, please follow Section 17 in the Terms of Use.