Loading

Müvəqqəti ocağın mühafizləri Emil Abbasov, Bakı

“Əsas yollar”dan kənarda rus əlifbasının “П” hərfi formasında üç ev Bakıdakı qaçqın və məcburi köçkünlərin yaşadıqları çoxsaylı yataqxanalardan biridir.

90-cı illərin əvvəllərində Qarabağ münaqişəsinin alovlanması nəticəsində yüz minlərlə insan Bakıya və Azərbaycanın digər şəhərlərinə qaçmışdı. Onlar üçün yeni evlər tikilir, lakin çoxsaylı “qaçqın yataqxanaları” onu göstərir ki, az qala 30 il keçməsinə baxmayaraq, şəhər hələ onları tamamilə “uda” bilməyib.

Həyətdə gözə dəyən ilk şey evlərdən səliqəsiz şəkildə boruların və məftillərin sallanmasıdır – bunları burada yaşayanlar tələm-tələsik, necə gəldi və hər hansı bir sistem olmadan çəkiblər. Görünür ki, bu yer həmin adamlara məxsus deyil, onlar heç vaxt buranı öz evləri kimi mənimsəmək istəməyiblər və zamanla bu istəksizliyə məğlub olmayıblar.

Onlar hamısı şikayətlənirlər ki, təmir edə bilmirlər. Köçməyi gözləmələri buna imkan vermir. Birdən sabah elan etdilər ki, onları yeni evlərə köçürürlər? Təmirə xərclənmiş pullar heyif olacaq.

Biz bura günorta vaxtı gəlmişdik, kişilər işdə idi. Qadınlar isə, adətən Azərbaycan ailələrində olduğu kimi, uşaqlarla və ev işlərilə məşğuldu.

Bu yataqxanaların bütün sakinləri dözülməz məişət şəraitindən şikayətlənir, lakin bu şikayətlər onların dilindən anlamsız söz yığınına çevrilmiş “mantra” kimi səslənir. Görünür, bu qadınlar evə qazın gəlməməsinə, bütöv bir mərtəbəyə bir vanna otağının olmasına və darısqallığa artıq öyrəşiblər.

Burada dəhlizlərdən nəm və qızardılmış kartof iyi gəlir. Ayaqyolunun (bir neçə ailəyə bir ayaqyolu var) qapısının üstündəki yazı qabaqcadan onu açıq qoyana lənət oxuyur.

Mühəstə

“Müharibə başlayanda mən mərhum ərimlə birlikdə Bakıda idim – müalicəyə gəlmişdik. Qəfildən bizə dedilər ki, yollar bağlıdır. Ərim dedi ki, geri qayıdıb atası ilə anasını axtaracaq, tapmayana kimi də qayıtmayacaq.

Ağlaya-ağlaya ona 5 çörəkdən suxari düzəltdim. Bir həftə ondan bir soraq çıxmadı, lakin o, qohumlarını tapa bildi və bura gətirdi.

Uşaqlıqda qardaşım mənə musiqi ilə məşğul olmağa icazə vermirdi. Mən dərslərdən musiqi dərnəyinə qaçırdım. O, bundan xəbər tutdu və məni hədələdi ki, gəlib orda hər şeyi dağıdacaq.

İndi qızım və digər qızlar musiqiyə gedirlər – məktəbdə onlara pulsuz kömək edən müəllimlər var. Tezliklə çıxışları olacaq. Bəlkə onda hər şey alındı”.

Xədicə və Nərmin

Xədicə və Nərmin qonşudurlar və hər ikisi piano çalmağı sevir. Hələlik Şopeni öyrənirlər, gələcəkdə isə Baxa keçmək istəyirlər. İndi iyunun əvvəllərində məktəbdə baş tutacaq çıxışa hazırlaşırlar.

Güllü

“Əvvəlcə biz Saatlıya qaçdıq. Orada burdakından yaxşı idi. Dövlət bizə ev tikdi, ətrafdakı sahə ilə özümüz məşğul olduq. Sonra isə ərə getmək vaxtı çatdı - ərim Saatlıya köçmək istəmədi, çünki müharibədən sonra Bakıda yaşamışdı və şəhərə öyrəşmişdi. Burada isə rahatlıq yoxdur – heç nə”.

Aygün və Mənsurə

“Siz gələnə kimi biz elə planlarımızdan danışırdıq. Bu xarabanı sökəndən sonra, nəhayət, buradan çıxarıq ki, uşaqlarımızı normal böyüdək”.

Tamara

“Evdə dörd uşaq var, buna görə də, evdə işləyirəm – qutab və lavaş bişirirəm. Əsasən, burada yaşayanlara satıram. Mənimçün iş də yoxdur – hər yerdə deyirlər ki, yaşın o yaş deyil”.

Roza

"Mənim artıq qayıdası yerim yoxdur. Hər şey dəyişib, insanlar soyuqlaşıb. Ərimin dəfnindən sonra rayonda qonaq qalmışdıq, gözlərindən məlum idi ki, bizi görməyə şad deyillər. İndi qəbri ziyarət edən kimi Bakıya qayıdırıq".

Report Abuse

If you feel that this video content violates the Adobe Terms of Use, you may report this content by filling out this quick form.

To report a copyright violation, please follow the DMCA section in the Terms of Use.