Formula-1 AZƏRBAYCAN QRAN-PRISI

Azneft dairəsinin qarşısında yerləşən “Filarmoniya” tribunasındakı bütün yerlərə biletlər artıq satılıb. Bu barədə, Azərbaycanda Formula-1 yarışının təşkilatçısı olan, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) bildirib. Qran-Priyə iki aydan çox müddətin qalıb.

Bu barədə AZƏRTAC-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

BŞH-nin kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim bildirib ki, Azərbaycan Qran-Prisinə maraq artıb. O,deyib: “Yarışa 75 gün qalıb. Tribunaların birində bütün biletlər satılıb və bu çox sevindirici haldır. Yarışa həm xaricdən, həm də ölkə daxilindən böyük maraq göstərilir. Yaxın günlərdə yarış həftəsonunun axşamlarında iştirak edəcək dünya ulduzlarının adlarını açıqlayacağıq. Bundan başqa, ötən həftədən bəri 2-16 yaşlı tamaşaçılar üçün dördgünlük endirimli biletlərin satışına başlamışıq. Qısa müddətdə biletlərin satışında yüksək artım gözləyirik.”

Bu il iyunun 23-25-də Formula-1 Azərbaycan Qran-Prisində tamaşaçılar üçün, bir, iki və dördgünlük biletlər təklif olunur. Dördgünlük biletlərin qiyməti tribunadan asılı olaraq, 250-690 manat arasında dəyişir. Azyaşlılar üçün bütün tribunalara dördgünlük biletlər 175-480 manatdır.

Dördgünlük bileti olan tamaşaçılar Azərbaycan Qran-Prisində bütün yarış sessiyalarını izləyəcəklər. Onlar cümə axşamı “Pit yolu” gəzintisində, həmçinin yarış həftəsonu ərzində Dənizkənarı bulvar ərazisində təqdim olunan bütün əyləncə proqramlarında iştirak edə biləcəklər.

İndiyə qədər, Bakıda növbəti Formula-1 yarışına 48 ölkədən bilet alınıb. Satılan biletlərin 34 faizi Azərbaycanın payına düşür. 66 faiz bilet isə xaricdən alınıb. İlk onluğa daxil olan ölkələr Rusiya, Böyük Britaniya, Ukrayna, Gürcüstan, Avstriya, Finlandiya, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, ABŞ və Almaniyadır. Satılan biletlərdə fərdi şəxslərlə yanaşı, korporativ müştərilər var.

Azarkeşlər Bakıda keçiriləcək Azərbaycan Qran-Prisini tribunadan və ayaqüstü zonalardan izləyə biləcəklər. Tribunaların ümumi tutumu 18 min yerdir. Ayaqüstü zonalar isə azı 10 min tamaşaçını qəbul edə bilər.

Report Abuse

If you feel that this video content violates the Adobe Terms of Use, you may report this content by filling out this quick form.

To report a Copyright Violation, please follow Section 17 in the Terms of Use.