Yeni təyinatım ( iş yerim )

Yeni iş yerimdə məni heç kim tanımır. Mən də heç kimi tanımıram. Bu mənim birinci iş günümdür. Sənədlərimi gözətçiyə göstərdim və səfirliyə daxil oldum

tanımaq - know

heç kim - no one / nobody

gözətçi - guard

. Səfirliyin binası böyük deyil. Binanın qarşısında cavan oğlan məni qarşıladı.

- Salam, Bakıya xoş gəlmisiniz. Mənim adım Heqan Smitdir. Sizin adınız Stiv Diksondur?

- Bəli, adım Stivdir.

- Çox yaxşı Stiv. Mən iqtisadi şöbədə işləyirəm. Bir il bundan əvvəl Azərbaycana gəldim. Səfir və səfirin müavini Azərbaycan prezidenti ilə görüşdədirlər. Mən sizə sizin yeni iş yerinizi göstərməliyəm və işçilər ilə tanış etməliyəm.

- Yaxşı, Heqan. Buyurun.

qarşılamaq - to meet

görüş - meeting

işçi - worker

- Sizin iş otağınız ikinci mərtəbədədir. Sizin şöbənizdə səkkiz nəfər işləyir. Onlardan beşi Amerikalıdır. Üç nəfər azərbaycanlıdır. Ümumiyyətlə, bütün işçilər çox təcrübəlidirlər. Mən sizin müavininizəm. Bizim işimiz çoxdur və çox maraqlıdır.

- Heqan, bundan əvvəl harada işlədiniz?

təcrübəli - experienced

- Bu mənim üçüncü təyinatımdır. Bundan əvvəl, Əfqanıstanda və Almaniyada işlədim. Əfqanıstanda konsul, Almaniyada iqtisadi şöbədə işlədim. Avropanı çox sevirəm.

- Siz hansı ştatdansınız?

- Mən Tenesidənəm. Tenesidə, Nəşsvildə anadan oldum. Məktəbi də orada bitirdim. Məktəbdən sonra, Murfrisboro universitetinə daxil oldum. Oranı bitirdim və diplomatik xidmətə daxıl oldum.

- Murfrisboro universiteti yaxşı universitetdir. Mənim dostum da o universiteti bitirib. O, da diplomatdır. Onun adı Terezadır.

- Mən onu tanıyıram. Tereza indi Ukraynadadır. O, Kiyev şəhərində Amerika səfirliyində işləyir. O, çox təcrübəli diplomatdır. Tereza İctimai əlaqələr şöbəsində işləyir.

İctimai əlaqələr - Public relations

Onlar bir az söhbət etdilər və binaya daxıl oldular. Binanın girişində bir-neçə işçi onları qarşıladı

giriş - entrance

Credits:

Created with images by Utility_Inc - "bodyworn body camera police body camera" • LanguageTeaching - "U.S. Embassy Beijing" • UC Davis College of Engineering - "Lee Lounge Dedication, Nov. 23, 2015" • Elvert Barnes - "02a.MPDC.WoodleyPark.WDC.17apr06" • stux - "junction hotel residential buildings" • adactio - "Jessica at the office" • aaronx - "2008-02-20_04-08-03.t.jpg" • SilentObserver - "do you have something to say?" • Andre Charland - "It's on like Mike Han" • Andre Charland - "Alex giving me budget approval to buy a helicopter" • jetalone - "Dinner @Office" • jetalone - "Party@Office" • jetalone - "pizza @ office" • Cydcor - "Cydcor Conference attendees"

Report Abuse

If you feel that this video content violates the Adobe Terms of Use, you may report this content by filling out this quick form.

To report a Copyright Violation, please follow Section 17 in the Terms of Use.