Terrorism Security and Safety

Contents

18 Articles and 8 videos

Part ONE

- READING: 12 Factual Reports on Events

- LISTENING: 3 Factual Description of Events

Part TWO - 7 Articles Discussing an issue of Terrorism

PART ONE

Part I - Factual Reports
Passage 1

Qahirədə partlayış olub

Misir Daxili İşlər Nazirliyinin Facebook səhifəsində deyilir ki, bu gün Qahirənin əsas yollarından birinə qoyulan qurğunun partlaması nəticəsində azı bir nəfər ölüb, digəri isə yaralanıb. Hücumun məsuliyyətini üzərinə götürən olmayıb.

Questions:

  • What? Where? When?
  • How many dead and wounded?
  • Who took the responsibility for the attack?
Passage 2

İraqın iki şəhərində terror olub, 20-dən çox adam ölüb

İraqın iki şəhərində törədilən partlayış nəticəsində azı 21 adam ölüb, onlarla yaralı var. Terror hücumları noyabrın 6-da Tıkrıt və Samara şəhərlərində törədilib.

Tıkrıtda bomba yüklənmiş ambulans səhər saatlarında şəhərə girib və adamların gur olduğu yerdə partladılıb. Nəticədə 13 adam ölüb.

Samarada terror aktı maşın dayanacağında şiə ziyarətçilərinin məscidə gəldiyi vaxt törədilib, azı 8 adam həyatını itirib.

İraq iki ildir ki, özünü “İslam dövləti” adlandıran yaraqlıların əlində olan ölkənin ikinci böyük şəhəri Mosulu azad etmək üçün hərbi əməliyyatlar keçirir.

Questions:

  • What? When? and Where?
  • What is the number of casualties in each location?
  • What are the details of the attacks in each location?
Passage 3

Mosulda 1600 nəfər girov götürüb

Mosulda özünü “İslam Dövləti” adlandıran yaraqlılar 1600 sakini girov götürüb və onlardan havadan bombardman zamanı canlı sədd kimi istifadə edir. Bunu BMT-nin xəbər mərkəzi bildirib.

BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı bildirir ki, yaraqlılar Mosulda hava hücumlarından özlərini qorumaq üçün mülki şəxsləri girov götürüb. Qurumun açıqlamasına görə, kürd, şiə icmalarından 400-ə yaxın qadın əsir alınıb.

Bildirilir ki, Mosul ətrafında yerləşən Qadjalıda 180 adam öldürülüb. BMT hesab edir ki, terrorçular Mosulun özündə 200-ə yaxın adam öldürüblər.

BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının mətbuat xidmətinin rəhbəri Ravin Shamdasan-ın sözlərinə görə, yaraqlılar girovları cəzalandırmaqda davam edirlər. Onun sözlərinə görə, yaraqlılar 9-10 yaşlı uşaqların arasında güclü təbliğat aparır və onlardan Mosuldakı döyüşlərdə istifadə edir.

BMT onu da bildirir ki, yaraqlılar bəzi ailələri Suriyaya göndərirlər.

Questions

  • What happened to 1600 Mosul residents?
  • Why Kurdish and Shia communities mentioned?
  • What happened in Qadjalı and where Qadjalı is located?
Passage 4

Ohayo universitetində hücum zamanı 8 nəfər yaralanıb

ABŞ-ın Ohayo ştatının Kolumbus şəhərinin polisinin verdiyi məlumata görə, bazar ertəsi günü Ohayo universitetində baş vermiş hücum nəticəsində azı 8 nəfər yaralanıb.

Yerli media hücumda şübhəli bilinən şəxsin öldüyü haqda məlumat verib.

Ohayo universiteti bundan öncə odlu silahdan atəş açan silahlı şəxsin binada olması ilə bağlı xəbərdarlıq yaymışdı. Lakin yerli media hücumçunun bıçaqdan istifadə etdiyini bildirib.

Universitetin Twitter səhifəsində yerləşdirilən məlumatda insanların binanı tərk etməməsi barədə xəbərdarlığın aradan qaldırıldığı və hadisə yerində sakitiyin bərqərar olduğu bildirilir.

Ohayo universitetinin Somali tələbələr cəmiyyətinin üzvü Suad Osman hadisələr baş verən zaman kitabxanadan Amerikanın Səsinə deyib: "Biz çox qorxduq, həddindən artıq çox qorxduq."

Professorlardan biri isə Amerikanın Səsinə həmkarlarının bu hadisədən sarsıldığını bildirib.

Ohayo universitetinin Kolumbus şəhərindəki tələbə şəhərciyindəki tələbələrin sayı təxminən 60 min nəfərdir.

Passage 5

ABŞ-dan Milad terroru xəbərdarlığı

ABŞ Dövlət Departamenti bayram zamanı AVROPADA terror hücumları təhlükəsinin böyük olduğunu bildirib, vətəndaşlarını ayıq-sayıq olmağa çağırıb.

Departamentin noyabrın 21-də yaydığı bəyanatda hücumların baş verə biləcəyi yerlər və tarix haqda bir söz deyilmir, sadəcə, Şükranlıq və Milad bayramları zamanı ehtiyatlı olmaq tövsiyə edilir. Şükranlıq bayramı noyabrın 24-ə, Milad isə dekabrın 25-ə düşür.

«ABŞ vətəndaşları şənliklər və başqa bayram tədbirlərində, açıq bayram yarmarkalarında ehtiyatlı olmalıdırlar… Etibarlı bilgilər «İslam Dövləti» və «Əl-Qaidə»nin bayram zamanı Avropada terror hücumları planladığına işarə edir», - bəyanatda deyilir.

Passage 6

Ohayo universitetində hücum zamanı 8 nəfər yaralanıb

ABŞ-ın Ohayo ştatının Kolumbus şəhərinin polisinin verdiyi məlumata görə, bazar ertəsi günü Ohayo universitetində baş vermiş hücum nəticəsində azı 8 nəfər yaralanıb.

Yerli media hücumda şübhəli bilinən şəxsin öldüyü haqda məlumat verib.

Ohayo universiteti bundan öncə odlu silahdan atəş açan silahlı şəxsin binada olması ilə bağlı xəbərdarlıq yaymışdı. Lakin yerli media hücumçunun bıçaqdan istifadə etdiyini bildirib.

Universitetin Twitter səhifəsində yerləşdirilən məlumatda insanların binanı tərk etməməsi barədə xəbərdarlığın aradan qaldırıldığı və hadisə yerində sakitiyin bərqərar olduğu bildirilir.

Ohayo universitetinin Somali tələbələr cəmiyyətinin üzvü Suad Osman hadisələr baş verən zaman kitabxanadan Amerikanın Səsinə deyib: "Biz çox qorxduq, həddindən artıq çox qorxduq."

Professorlardan biri isə Amerikanın Səsinə həmkarlarının bu hadisədən sarsıldığını bildirib.

Ohayo universitetinin Kolumbus şəhərindəki tələbə şəhərciyindəki tələbələrin sayı təxminən 60 min nəfərdir.

Passage 7

Nardaran sakinindən narkotik və silah götürüblər

Paytaxtın Sabunçu rayon 42-ci polis bölməsinin əməkdaşları əvvəlcədən məhkumluğu olan Nardaran sakini Orxan Qasımovu saxlayıblar. Onun üzərindən 0,810 qram heroin götürülüb. Xəbəri DİN yayıb.

Araşdırma zamanı həmçinin onun qəsəbə ərazisində gizlətdiyi 23 ədəd qumbara alışqanı, 3 ədəd “Makarov” tipli tapançaya məxsus güllə, 2 ədəd qumbara zapalı, 2 ədəd bıçaq, 16 ədəd alışdırıcısı və 8 ədəd fitil aşkar edilərək götürülüb. Faktla bağlı Sabunçu RPİ-nin istintaq şöbəsində cinayət işi açılıb.

DİN bir daha vətəndaşları əllərdə saxlanılan qanunsuz odlu silah-sursatı, partlayıcı maddə və qurğuları könüllü olaraq hüququ-mühafizə orqanlarına təhvil verməyə çağırır. Könüllü olaraq polisə təqdim edilən qanunsuz silah-sursata görə, vətəndaş məsuliyyətə cəlb edilmir.

Passage 8

Bakı metrosunda təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin səbəbi nədir?

Bakı metrosunda bir neçə həftədir belə bir elan səslənir: "Hörmətli sərnişinlər, diqqətli olun. Şübhəli şəxslər və tərk edilmiş əşyalar haqqında məlumat verin".

"Bu, sərnişinlərin təhlükəsizliyinin gücləndirilməsi üçün əlavə qabaqlayıcı tədbirlərdir", deyə metropoliten nümayəndəsi Turan-a bildirib.

Qeyd etmək lazımdır ki, regionda terror təhlükələri gücləndikdən sonra Bakı metrosunun stansiyalarında polis metal detektorları vasitəsilə sərnişinin əl çantalarını yoxlayır. Bakı metrosunda 90-cı illərdə erməni xüsusi xidmətləri tərəfindən təşkil edilmiş iki terror aktı baş verib.

Birinci hadisə 19 mart 1994-cü ildə "20 yanvar" stansiyasında, ikincisi isə 3 iyul 1994-cü ildə "28 May" və "Gənclik" stansiyaları arasında baş verib. Həmin vaxt 27 nəfər həlak olub, 107 nəfər isə yaralanıb.

Passage 9

DTX Xaçmazda əməliyyat keçirib

Noyabrın 25-də Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti Xaçmaz rayonunun (Bakıdan 157 kilometr şimal) Düztahiroba kəndində rayon sakini Ramiq Rəhimovun saxlanılması məqsədilə əməliyyat keçirib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, bu şəxs xaricdə silahlı münaqişələrdə iştirak edən radikal dini qrupun üzvlərindən idi. Rəhimovda odlu silah və partlayıcı vasitə olduğu haqqında şübhə var olub.

Yayılan məlumatda deyilir ki, əməliyyat zamanı Rəhimov təslim olmaq haqqında tələblərə tabe olmaqdan imtina edib və silahlı müqavimət göstərib. Əməliyyat qrupunun açdığı cavab atəşi ilə o, məhv edilib. Bu barədə DTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzinin məlumatında deyilir.

Passage 10

Zaqatala rayonunda dini yığıncağın iştirakçıları saxlanılıb

Zaqatala rayon polis şöbəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində Zaqatala rayonunda qanunsuz dini yığıncaq keçiriən şəxslər saxlanılıb. Bu,

kənd sakini Həmid Şabanova məxsus həyətyani sahədə yerləşən tikilidə baş tutub. keçirilib. Bu barədə DİN-in məlumatında deyilir.

Müəyyən edilib ki, H.Şabanov həmyerlisi Mehman Ağammədov, Qazaxıstan vətəndaşı Təranə Şabanova və Gürcüstan vətəndaşı Ağası Süleymanovla birlikdə 23 nəfər yerli sakinin iştirakı ilə qadağan olunmuş dini təriqətlərdən birini yaymaq məqsədilə yığıncaq keçiriblər.

Saxlanılan şəxslərdən izahat aldıqdan sonra buraxıblar.

Tikiliyə baxış zamanı oradan 16 ədəd dini təyinatlı ədəbiyyat aşkar edilərək götürülüb və ekspertiza edilməsi üçün DQİDK-ya göndərilib.

Fakt üzrə araşdırma aparılır.

DİN yığıncağın nədən qanunsuz olması, söhbətin hansı dini cərəyandan getməsi və hansı ədəbiyyatların götürüməsi barədə açıqlama verməyib.

Passage 11

Frankfurt şəhərinin qatar və metro stansiyalarında 4 nəfər bıcaqlanıb

Almaniyanın Frankfurt şəhərinin qatar və metro stansiyalarında 4 nəfər bıcaqlanıb.

Polisin bildirdiyinə görə, hadisə qurbanları xəstənaya çatdırlıb. Onların vəziyyəti haqda məlumat verilməyib.

Hazırda bıçaqlamada neçə nəfərin iştirak etdiyi və hücumların motivləri araşdırılır.

Almaniya polisi cümə günü axşam saatlarında Münhendə yerləşən bir ticarət mərkəzində atışma olduğunu təsdiq edib. Atışma nəticəsində 8 nəfərin öldüyü bildirilir. Hadisə yerinə çox ayda polis səfərfər edilib. Rəsmilər hadisənin terror aktı olmasından şübhələnirlər.

Münhen polisi tez-tez Twitter vasitəsilə vətəndaşlara şəhərdəki icitmai yerlərdən uzaq durmaq barədə xəbərarlıq edir. Silahlı şəxs və ya şəxslər hələ də axtarışdadır.

Hücuma görə kimin cavabdeh olduğu barədə hələlik məlumat yoxdur. Almaniya bu il ciddi terror təhlükəsi ilə üzləşib.

İyul ayında Münhendə yerləşən Olimpiya alış-veriş mərkəzində bir neçə nəfərin öldüyü hücumun məsuliyyətini İŞİD üzərinə alıb.

Bu atışmadan bir həftə öncə Almaniyanın Vurzburq şəhərində 17 yaşlı əfqan qaçqın polis tərəfindən öldürülməzdən əvvəl qatarda bir sıra sərnişinə balta ilə hücum edərək dörd nəfəri yaralayıb.

İyun ayının ikinci yarısında maskalı bir şəxs Frankfurt yaxınlığında Viernhaym şəhərində yerləşən kinoteatrda atəş açaraq bir neçə nəfəri yaralayıb. Xüsusi təyinatlı polis qüvvələri silahlı şəxsin bir neçə nəfəri girov götürdüyü kinoteatrda reyd keçirərək onu qətlə yetirib. Girovların hamısı xəsarət almadan xilas edilib.

Passage 12

İŞİD Kabildə şiə məscidində intiharçı hücumuna görə məsuliyyəti öz üzərinə götürüb

İŞİD Əfqanıstan paytaxtında 32 insanın ölümü və 80-dən çox insanın yaralanması ilə nəticələnmiş intiharçı hücumuna görə məsuliyyəti öz üzərinə götürüb.

Qrupa məxsus mediada açıqlanan qısa bəyanatda qətliama görə İŞİD-in məsuliyyət daşıdığı bildirilib.

Əfqanıstan rəsmilərinin bildirdiyinə görə Kabildə şiə məscidi intiharçı bomba hücumu zamanı ziyarətçilərlə dolu olub.

İntiharçı dini mərasimin keçirildiyi Baqir ul Olum məscidinə daxil olaraq üzərindəki partlayıcıları işə salıb.

Hadisə qurbanlarından birinin qohumu hücumun şahidi olub və gördüklərini təsvir edib; “İntiharçı insanların arasında idi və kütlə arasında özünü partlatdı. Mən çox sayda cəsəd gördüm, yaralılar Kabildəki xəstəxanaya aparılırdı” – deyə Əminulla Əlizadə bildirib.

Kabilin Cinayət Təhqiqatı departamentinin rəhbəri, general Faridun Obaidi müxbirlərə hadisə zamanı ölənlərin hamısının mülkü vətəndaşlar olduğunu deyib.

Prezident Əşrəf Qani partlayışı kəskin qınayaraq onu "bağışlanması mümkün olmayn hadisə" adlandırıb. O deyib ki, partlayışı törədənlər Əfqanıstanda etnik qrupları arasında parçalanma yaratmaq istəyən düşmənlərdir.

Əfqanıstanın administrasiyasının baş icraçıcı Abdulla Abdulla hücumu pisləyib və deyib ki, hücum müqəddəs yerdə uşaqlar da daxil olmaqla günahsız mülki vətəndaşları hədəf alıb. O bildirib ki, bu müharibə cinayətidir və İslam əleyhinə bir aktdir.

Birləşmiş Ştatlar məsciddə baş vermiş bomba hücumunu qınayıb və hadisə qurbanlarının ailələrinə başsağlığı bildirib.

Taliban sözçüsü müxbirlərə göndərdiyi qısa bəyanatda qrupun bomba hücumunda əli olmadığını və hücuma görə məsuliyyət daşımadığını bildirib.

Son zamanlar Əfqanıstanda şiə məscidlərini hədəf alan hücumlara görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.

VIDEOS

Attack in Kaysery, Turkey

Report on Operations in Turkey

Report on New York Plot

PART TWO

PART II - ISSUES and CHALLANGES

Six Articles

Passage I

Passage I

Cihadçıların silahlara çıxışı

Silahlı münaqişələri araşdıran qrupun son hesabatı

Londonda yerləşən silahlı münaqişələri araşdıran qrupun son hesabatında bildirilir ki, 2012 ildə Müəmmar Qəzzafinin hakimiyyətdən salınması ilə nəticələnən münaqişədən sonra Afrikanın sahil bölgəsində qeyri-qanuni silah daşınması halı artıb.

Cihadçılar və digər ekstremist qüvvələr Liviyadan silah axını azaldıqdan sonra mənbələrini dəyişdirib. İndi onlar Mali və Fil dişi sahili kimi ölkələrin yaxşı qorunmayan silah anbarlarına üz tutub.

İslam Dövlətinin təminat zənciri Suriya və İraqdan alınan tüfənglərdən sahildə geniş istifadə edilir.

Hesabatda Avropanın əks-terrorizm rəsmiləri və Afrikanın qərb ölkələrinə xəbərdarlıq edilir. Araşdırmaları bir neçə Avropa hökuməti maliyyələşdirib.

Silah qaçaqmalçılığı

BMT-nin Təhlükəsizlik Şurası iyun ayında Liviyaya və Liviyadan qanunsuz silah daşıyan gəmilərin büynəlxalq sulardan keçidinə qadağa tətbiq edib. Bununla cihadçıların əlinə silah keçməsinə mane olunacağına ümid edilirdi.

ABŞ və onun Avropa müttəfiqləri Liviyanın silah satışına qaydalar tətbiq etməyə çalışır.

Hesabatda deyilir ki, müxtəlif fraksiyaların raketatanlar, anti-tank minaları və raketatan qumbaralara çıxışı olması qorxulu vəziyyət yaradıb.

Avropanın qaçqın və miqrant qaçaqmalçıları ilə mübarizə aparan SOPHIA missiyasının Avropaya silah qaçamalçılığına mane olacağına inanılır.

Passage II

Passage II

Dünyada terror qurbanlarının sayı azalıb, amma...

Terror nəticəsində ölənlərin sayı 2015-ci ildə ötən illərlə müqayisədə 10% azalıb, 29 min 376 nəfər olub. İqtisadiyyat və Sülh İnstitutunun yeni sənədində – “Qlobal Terror İndeksi 2016”-da belə deyilir.

Amma böyük terror qurbanı olan ölkələrin sayı artmaqdadır. İqtisadiyyat və Sülh İnstitutu 2015-ci ildə daha 6 belə ölkənin qeydə alındığını, terrordan əziyyət çəkənlərin sayının 23-ə çatdığını qeyd edir.

ƏN BÖYÜK TERROR İTKİSİ VERƏN ÖLKƏLƏR

Terrorçuların qurbanlarının çoxaldığı ölkələr Fransa, Türkiyə, Səudiyyə Ərəbistanı, Küveyt və Tunisdir. Rəqəmlər terror nəticəsində ölüm hallarının ən çox Türkiyədə və Fransada artdığını göstərir. Türkiyə, Fransa, Danimarka, Almaniya və İsveç 2000-ci ildən bəri ən böyük terror itkisi ilə üzləşiblər.

Azərbaycanın terror indeksi 106-dır. Ermənistanda durumun daha yaxşı olduğu indeksindən görünür, 108-cidir. Ən yaxşı göstəricisi 130-dur və bu indeksi Türkmənistan alıb. Türkiyə 14, İran 47, Rusiya 30, Gürcüstan 87-cidir.

İraqda və Nigeriyada durum öncəki illərlə müqayisədə yaxşılaşsa da, İraq yenə siyahıya başçılıq edir.

“Qlobal Terror İndeksi 2016” göstərir ki, terrorun iqtisadiyyata təsiri 2015-ci ildə 89,6 milyard ABŞ dollarına bərabər olub. Terrordan ən çox zərər çəkənlər İraq, Əfqanıstan, Nigeriya, Pakistan və Suriyadır. 2015-ci ildə terror nəticəsində ölənlərin 72%-i bu 5 ölkənin payına düşüb. Araşdırma nəticəsində müəyyən edilib ki, bu ölkələrdə əsas dağıdıcı hücumları 4 təşkilat – İŞİD (“İslam Dövləti” silahlı qruplaşması), Boko Haram, Taliban və Əl-Qaidə törədib.

İŞİD GÜCLƏNİB

Ümumiyyətlə “Qlobal Terror İndeksi 2016” İŞİD-in xeyli gücləndiyini göstərir. Keçən il bu terror təşkilatının hücumuna məruz qalan ölkələrin sayı 2 dəfədən də çox artıb – 13-dən 28-ə qalxıb. 2015-ci ildə təkcə İŞİD 252 şəhərə hücum edib, 6 min 141 nəfərin ölümünə səbəb olub.

Təşkilat həmçinin müəyyən edib ki, İŞİD-in Avropada sınadığı taktikalar bir nəfərin hücumuyla ölənlərin sayının 650% artmasına səbəb olub. İŞİD-in ölkə tarixində ən dağıdıcı hücumları Ankara, Paris və Brüsseldə qeydə alınıb. Ümumiyyətlə, Iqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) ölkələrində ölənlərin yarıdan çoxu İŞİD-in qurbanlarıdır.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) 34 üzvünün 21-də ildə azı bir terror hücumu olub.

TERRORUN İNKİŞAFININ SƏBƏBİ NƏDİR?

İqtisadiyyat və Sülh İnstitutunun araşdırmaları göstərir ki, sosial-iqtisadi faktorlar, məsələn, gənclərin işsizliyi, cinayətkarlığın səviyyəsi, silahların əlçatanlığı, eyni zamanda seçki sisteminə etimadsızlıq terrorun inkişafına səbəb ola biləcək əsas faktorlardır. İnkişaf etməkdə olan ölkələrdə münaqişələrin tarixi, korrupsiyanın səviyyəsi və bərabərsizlik terrorçu fəaliyyətin genişlənməsinə təsir edir.

Maraqlı nəticələrdən biri odur ki, İŞİD-ə qoşulan əcnəbilərin çoxunun aşağı gəlirli, amma təhsilli şəxslər olduğu üzə çıxıb. Mütəxəssislərin fikrincə, onları təşkilata sövq edən özlərini cəmiyyətdən kənar hiss etməsidir.

Terror hücumlarının 90%-i beynəlxalq, ya da daxili münaqişələrdən əziyyət çəkən ölkələrdə qeydə alınıb. Siyasi terror, ya da münaqişələrdən əziyyət çəkməyən ölkələrin payı cəmi 0,5%-dir.

“Qlobal Terror İndeksi 2016” durumun ötən ilə nisbətən yaxşılaşdığını, amma 2015-ci ilin də planet üçün ən ölümcül illərdən biri olduğunu vurğulayır.

Passage III

Passage III

ABŞ Dövlət Departamenti «Terrorçuluqla Mübarizə: 2015» hesabatını açıqlayıb

İyunun 2-də ABŞ Dövlət Departamenti «Terrorçuluqla Mübarizə: 2015» hesabatını açıqlayıb.

Dövlət Departamenti İranı terrorçuluğa sponsorluq edən ölkə adlandırıb.

Hesabatın Azərbaycanla bağlı hissəsində deyilir ki, ölkə Birləşmiş Ştatlarla güclü antiterror əməkdaşlığı edib, Qafqazdan insan, pul və material daşımağa çalışan terrorçu təşkilatlara qarşı fəal dirəniş göstərib. Azərbaycanın terrorçuluqda şübhəli bilinən şəxsləri təqib etdiyi, böyük miqdarda qanunsuz silah-sursatı müsadirə etdiyi, xaricdəki münaqişələrdən Azərbaycana dönən əcnəbi döyüşçüləri həbsə atdığı vurğulanır.

Hesabatda deyilir ki,«Azərbaycan «İslam Dövləti» (İŞİD) silahlı qruplaşmasıyla mübarizədə güclü qətiyyət sərgiləyib, informasiyanı paylaşıb, İraq və Suriyaya əcnəbi döyüşçü axınının, terrorçu qruplaşmaların qanunsuz maliyyələşməsinin önlənməsi yönündə işləyib. Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərləri İŞİD və «əl-Qaidə» ideologiyasına qarşı ictimai tədbirlər görüb. Xarici İşlər Nazirliyi dekabrın ortasında elan edib ki, Azərbaycan Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi Terrora qarşı İslam Koalisiyasına qoşulmağı nəzərdən keçirir», -hesabatda deyilir.

Sənəddə o da qeyd olunur ki, dekabrın ortasında Milli Təhlükəsizlik Nazirliyi iki quruma parçalanıb – Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti. İlin sonunadək bu iki yeni xidmətin antiterror fəaliyyətinin necə olacağı, onların uyğun işinin necə inteqrasiya olunacağı bəlli deyildi. Hazırda Daxili İşlər Nazirliyi terrorçuluqla mübarizədə vacib öhdəliklər daşıyır. Spesifik antiterror hərəkətlərini nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi həyata keçirir. Baş Prokurorluq terrorçuluqla bağlı fərdlərin təqibinə, terror cinayətlərinin təhqiqinə görə məsuliyyət daşıyır.

Hesabatda vurğulanır ki, Azərbaycan hökuməti terrorçuluq fəaliyyətinin aşkarlanması və önlənməsini səmərəli həyata keçirib, ölkəyə qayıdan əcnəbi döyüşçüləri təqib edib. Ölkəyə giriş zamanı səyahətçilərin yoxlanmasında terrorçu və cinayətkarlar barədə xəbərdarlıq siyahılarından, bioqrafik/biometrik informasiyadan yararlanıb. Digər ölkələrlə informasiya mübadiləsi aparılıb.

Daha sonra sənəddə ölkə qanunvericiliyinə edilən uyğun dəyişikliklərdən, ötən ilin dekabrında qəbul olunmuş dini ekstremizmlə mübarizə qanunundan söz açılır.

"İl ərzində ölkədə terror hücumlarının önlənməsi barədə məlumatlar yayılıb. Ancaq aydın deyil ki, bu tədbirlər real terror hədələrinə yönəlib, yoxsa qeyri-zorakı, müstəqil dini fəaliyyəti məhdudlaşdırmaq məqsədi güdüb. Məsələn, noyabrda Baş Prokurorluq bəyanat yayıb ki, keçmiş siyasi məhbus və dini fəal Taleh Bağırov (Bağırzadə) tərəfdarları ilə birlikdə hökuməti devirmək planı hazırlayıb. Hökumət onun Bakının Nardaran kəndində sursat və partlayıcı gizlətdiyini iddia edib. Hüquq-mühafizə orqanları ölkə boyunca xüsusi əməliyyat həyata keçirib, onlarla adamı həbs edib, silah-sursat tapdığını bildirib. Nardaran əməliyyatında zorakı dini ekstremizmdə şübhəli bilinən beş nəfər və iki polis həlak olub. Cinayət işi açılıb. Bəzi demokratiya və insan haqları fəalları bu ittihamların saxta olduğuna inanır», -hesabatda belə deyilir.

ABŞ Dövlət Departamenti daha sonra Azərbaycanın çirkli pulyumaya qarşı gördüyü tədbirlərdən söz açır. O da vurğulanır ki, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə zorakılığa çağırışın önlənməsi məqsədilə bəzi məscidlərdə moizələrə nəzarət tədbirləri görüb. Ölkə ATƏT-in, İslam Əməkdaşlığı Təşkilatının, digər regional qurumların fəal üzvüdür, eləcə də NATO ilə antiterror sahəsində işini davam etdirir.

Hesabatda ABŞ-ın Beynəlxalq Yayım Şurasının (BBG) xarici müsəlman izləyicilərə hədəflənən proqramlarından da söz açılır. «Amerikanın Səsi» radiostansiyasının Azərbaycan xidmətinin gündəlik televiziya və veb proqramlar hazırladığı qeyd olunur.

«2014-cü ilin dekabrında Azərbaycan hakimiyyətinin Azad Avropa/Azadlıq Radiolarının Bakı bürosunda reyd keçirməsi, 2015-ci ilin mayında isə büronun rəsmən bağlanmasına baxmayaraq, Azərbaycan xidməti ölkədə yetərincə işıqlandırılmayan hadisələrə ətraflı yer verib. Xidmətin «Korrupsiometr» veb portalında ən son qanunlar, qaydalar yerləşdirilib, vəkillər izləyicilərin suallarını cavablandırır».

Birləşmiş Ştatlar Azərbaycanın terrorçuluq, narkotik maddələrlə mübarizə, eləcə də enerji sahəsində əməkdaşlığını daim müsbət qiymətləndirib. Bəzi yerli müşahidəçilər isə Azərbaycan hökumətinin bu sahələrdə əməkdaşlığı önə çəkməklə insan haqları pozuntularını pərdələdiyini bildirir. Son iki ildə ölkədə vətəndaş cəmiyyətinə təzyiqlər güclənib, 100-dək çox siyasi və ictimai fəal, jurnalist və bloqerin məhz siyasi motivlərlə həbsə atıldığı bildirilir. Amma bu ilin əvvəlində hakimiyyətin mövqeyində bir yumşalma sezilir, bir sıra tanınmış «siyasi məhbuslar» azadlığa buraxılıb.

Attack in Germany

Attack in Turkey

Attack in Switzerland

Statement by Chechen Rebel Commander

Salafies

Passage IV

Passage IV

DTX: terrorçuluqda şübhəli bilinən iki nəfər məhv edilib, bir nəfər saxlanılıb

Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) xüsusi əməliyyatı zamanı terrorçu qrupda iştirakda şübhəli bilinən iki nəfər silahlı müqavimət göstərərkən məhv edilib. Silahlı qrupun digər bir üzvü saxlanılıb. Bu barədə DTX-nin oktyabrın 27-də yaydığı məlumatda deyilir.

Bildirilir ki, onlar müxtəlif tarixlərdə gizli toplaşaraq ölkədən kənarda fəaliyyət göstərən terror təşkilatının rəhbərinə mütləq tabeçiliklərini və sədaqət andını bəyan etmələrinin videoçəkilişini aparıb, cinayətkar niyyətlərinin həyata keçirilməsi, əlavə silah-sursat əldə edilməsi, vəsait toplanılması üçün tədbirlər görüb, ayrı-ayrı şəxslərə hədə-qorxu altında aylıq ödənişlər tətbiq edib, basqın ediləcək konkret şəxslərin güdülməsini həyata keçirib, ictimai qaydanı pozmaq, əhali arasında vahimə yaratmaq məqsədi ilə planlaşdırılan xüsusilə ağır cinayət əməlinin törədilməsi ilə bağlı dəstə üzvləri arasında vəzifə bölgüsü aparıblar.

Müəyyən edilib ki, Azərbaycan vətəndaşları F.Rüstəmov, A.Quliyev, A.Gülməmmədov və digərləri ölkə hüdudlarından kənarda fəaliyyət göstərən radikal dini terrorçu silahlı birləşmələrin nümayəndələrinin İnternet vasitəsilə göndərdikləri gizli tapşırıqlar əsasında terror təşkilatının Azərbaycanda “Qafqaz camaatı” adlı silahlı qolunun yaradılması, rəhbərinin seçilməsi, təşkilatlanaraq dini ekstremizm zəminində digər şəxslərin cinayətkar fəaliyyətə cəlb edilməsi məqsədi ilə sövdələşmələr aparıb, qanunsuz olaraq odlu silah və partlayıcı vasitələr əldə edib terror aktları və silahlı basqınlar törətməyə hazırlıq hərəkətləri görüb.

Əməliyyat tədbiri zamanı saxlanılmasına müqavimət göstərərək ictimai yerdə F-1 tipli əl qumbarasını partlatmağa cəhd edən A.Quliyev, habelə “Steçkin” markalı tapançadan istifadə edərək xidməti vəzifələrini yerinə yetirən əməkdaşlara atəş açıb silahlı müqavimət göstərən F.Rüstəmov ətrafdakıların həyat və sağlamlığının ümumi təhlükəli, real və qəfil cinayətkar qəsddən qorunması və cinayətkar əməllərə qarşı cavab tədbiri olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə məhv edilib, A.Gülməmmədov isə şübhəli şəxs qismində tutulub.

Fakt üzrə DTX İstintaq Baş İdarəsi tərəfindən CM 218.2 (cinayətkar birlik (təşkilat) yaratma - cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə), 28 (cinayətə hazırlıq),181.2.1 (quldurluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 28,214.2.1 (terrorçuluq -qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə ), 28,214.2.3 (Terrorçuluq - odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə ) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Passage V

Passage V

Bakıda məhkəmə: 'Allahu Əkbər' sədaları altında hökm verildi

Azərbaycanda dini dövlət qurmaqda günahlandırılan 17 nəfərin mühakiməsi başa çatıb. Avqustun 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində onlara hökm oxunub. Hökmə görə, onlardan biri - Nurəddin Xəlilov azadlıqdan ömürlük məhrum edilib. Təqsirləndirilən digər şəxslərdən Müşfiq Mikayılov, Rəşad Həşimli, Əhməd Kərimov, Coşqun Kərimbəyli, Bahadur Məmmədov və Fəxri Şirinzadə - 20 il, Zaur Əliyev və Rufis Bəyimov - 18 il, Pərviz Şıxalıyev, Rəşad Səfərəliyev, Samir Məmmədovvə Niyaməddin Xəlilov - 16 il, Xəlil Məmmədov - 15 il, Ceyhun Abdullayev və Anar Rzayev - 14 il, İlqar Musayev - 13 il 6 ay azadlıqdan məhrum ediliblər.

«UMAR ABİ MUCAİD»?

Adıçəkilən şəxslər silahlı qrup qurmaqda, dövlət quruluşuna qarşı çalışmaqda, dini düşmənçilik salmaqda, qəsdən adam öldürməkdə, oğurluq, quldurluq və terrorçuluqda, eləcə də bir sıra başqa cinayətlərdə ittiham olunurlar. Cinayət işinin materiallarında yazılıb ki, Nurəddin Xəlilov başına sələfiləri toplayıb və «Umar abi Mucaid» ləqəbi götürərək, özünü «əmir» elan edib.

ƏKSƏRİYYƏTİ İFADƏ VERMƏKDƏN BOYUN QAÇIRIB

Təqsirləndirilənlər ittihamlarla razılaşmayaraq, suç işləmədiklərini bildiriblər. Məhkəməyə çıxarılan 17 nəfərin böyük əksəriyyəti ifadə verməkdən boyun qaçıraraq, yalnız «Allahın məhkəməsi»ni əsas saydıqları deyiblər.

Onlar hökm oxunanda da, «Allahu Əkbər» qışqıraraq, Qurandan surələr oxuyub və davranışlarını əsaslandırıblar: «Biz sizin məhkəməni qəbul eləmirik».

Passage VI

Passage VI

FTX rəhbəri: "Terror təşkilatları Qafqazda fəaliyyətlərini genişləndirmək istəyir"

MDB üzvü olan dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurası yarandığı dövrdən onun iclaslarında baxılan məsələlərin siyahısı kifayət qədər genişlənib.

APA-nın məlumatına görə, bu sözləri Şuranın sədri, Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov Şuranın Bakıda keçirilən iclasında deyib.

O bildirib ki, son dövrlər əsas diqqət terrorçuluq və ekstremizmə qarşı mübarizədə ümumi yanaşma, terrorçuluq sahəsindəki cinayətlərdə iştirakı olan şəxslərin müəyyənləşdirilməsi, axtarışı və saxlanması sahəsində birgə tədbirlərin planlaşdırılması və reallaşdırılması, informasiya sahəsinin qorunmasına yönəlib: “Bu məsələlər son zamanlar xüsusilə aktualdır. Belə ki, hazırkı geosiyasi vəziyyət təəssüf ki, mənfi ssenari üzrə inkişaf edir. MDB ölkələrinin birbaşa sərhədində yerləşən Əfqanıstan və Yaxın Şərq regionunda vəziyyət bizdə xüsusi narahatlıq yaradır. İŞİD, "Cəbhət-əl-Nüsra" kimi terror təşkilatlarının genişlənməsi bu günün reallığıdır. MDB-yə üzv və digər ölkələr üçün ən böyük təhdid mühacir terrorçuların çıxdıqları ölkələrə geri qayıtması və bu ölkələrdə aktivləşməsidir. Son vaxtlar biz Yaxın Şərq ölkələrini zəbt etmiş terror təşkilatları rəhbərlərinin öz fəaliyyətlərini Şimali Qafqaz regionunda genişləndirmək istəmələri barədə sənədlər əldə etmişik. Bizim ölkələrdən kənarda fəaliyyət göstərən beynəlxalq terror təşkilatlarının funksionerləri öz terror şəbəkələrini uzaqdan idarə edirlər. Bunun üçün onlar bir çox vasitələrdən, o cümlədən agentlərdən, peyk əlaqə vasitələrindən, internetin imkanlarından yararlanırlar. Ona görə də hesab edirəm ki, bizim əməkdaşlığımızın effektivliyini və nəticəsini artırmaq üçün daha sıx və çoxsəviyyəli qarşılıqlı fəaliyyət həyata keçirmək, operativ fəaliyyət göstərmək, daimi informasiya mübadiləsi sahəsində yeni imkanlar axtarmaq lazımdır”.

Passage VII

Passage VII

Dövlət Departamenti: «Azərbaycan güclü antiterror əməkdaşlığı edir»

İyunun 2-də ABŞ Dövlət Departamenti «Terrorçuluqla Mübarizə: 2015» hesabatını açıqlayıb. Hesabatda bildirilir ki, 2015-ci ildə dünyada terror hücumlarının sayı bir il öncəylə müqayisədə 13% azalıb. Terror hücumlarından ölənlərin sayı isə 14% düşüb ki, bu da İraq, Pakistan və Nigeriyada daha az hücumların törədilməsi ilə bağlıdır. Bu, 2012-ci ildən bəri dünyada terror hücumlarının sayında ilk düşüşdür. Ancaq Əfqanıstan, Banqladeş, Misir, Suriya və Türkiyə kimi ölkələrdə terror hücumları və ölü sayı ötən il yüksəlib.

Dövlət Departamenti İranı terrorçuluğa sponsorluq edən ölkə adlandırıb.

Hesabatın Azərbaycanla bağlı hissəsində deyilir ki, ölkə Birləşmiş Ştatlarla güclü antiterror əməkdaşlığı edib, Qafqazdan insan, pul və material daşımağa çalışan terrorçu təşkilatlara qarşı fəal dirəniş göstərib. Azərbaycanın terrorçuluqda şübhəli bilinən şəxsləri təqib etdiyi, böyük miqdarda qanunsuz silah-sursatı müsadirə etdiyi, xaricdəki münaqişələrdən Azərbaycana dönən əcnəbi döyüşçüləri həbsə atdığı vurğulanır.

«İŞİD»LƏ MÜBARİZƏDƏ QƏTİYYƏT

«Azərbaycan «İslam Dövləti» (İŞİD) silahlı qruplaşmasıyla mübarizədə güclü qətiyyət sərgiləyib, informasiyanı paylaşıb, İraq və Suriyaya əcnəbi döyüşçü axınının, terrorçu qruplaşmaların qanunsuz maliyyələşməsinin önlənməsi yönündə işləyib. Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərləri İŞİD və «əl-Qaidə» ideologiyasına qarşı ictimai tədbirlər görüb. Xarici İşlər Nazirliyi dekabrın ortasında elan edib ki, Azərbaycan Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi Terrora qarşı İslam Koalisiyasına qoşulmağı nəzərdən keçirir», -hesabatda deyilir.

Sənəddə o da qeyd olunur ki, dekabrın ortasında Milli Təhlükəsizlik Nazirliyi iki quruma parçalanıb – Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti. İlin sonunadək bu iki yeni xidmətin antiterror fəaliyyətinin necə olacağı, onların uyğun işinin necə inteqrasiya olunacağı bəlli deyildi. Hazırda Daxili İşlər Nazirliyi terrorçuluqla mübarizədə vacib öhdəliklər daşıyır. Spesifik antiterror hərəkətlərini nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi həyata keçirir. Baş Prokurorluq terrorçuluqla bağlı fərdlərin təqibinə, terror cinayətlərinin təhqiqinə məsuliyyət daşıyır.

Hesabatda vurğulanır ki, Azərbaycan hökuməti terrorçuluq fəaliyyətinin aşkarlanması və önlənməsini səmərəli həyata keçirib, ölkəyə qayıdan əcnəbi döyüşçüləri təqib edib. Ölkəyə giriş zamanı səyahətçilərin yoxlanmasında terrorçu və cinayətkarlar barədə xəbərdarlıq siyahılarından, bioqrafik/biometrik informasiyadan yararlanıb. Digər ölkələrlə informasiya mübadiləsi aparılıb.

ƏSL NİYYƏT BƏLLİ DEYİL

Daha sonra sənəddə ölkə qanunvericiliyinə edilən uyğun dəyişikliklərdən, ötən ilin dekabrında qəbul olunmuş dini ekstremizmlə mübarizə qanunundan söz açılır.

«İl ərzində ölkədə terror hücumlarının önlənməsi barədə məlumatlar yayılıb. Ancaq aydın deyil ki, bu tədbirlər real terror hədələrinə yönəlib, yoxsa qeyri-zorakı, müstəqil dini fəaliyyəti məhdudlaşdırmaq məqsədi güdüb. Məsələn, noyabrda Baş Prokurorluq bəyanat yayıb ki, keçmiş siyasi məhbus və dini fəal Taleh Bağırov (Bağırzadə) tərəfdarları ilə birlikdə hökuməti devirmək planı hazırlayıb. Hökumət onun Bakının Nardaran kəndində sursat və partlayıcı gizlətdiyini iddia edib. Hüquq-mühafizə orqanları ölkə boyunca xüsusi əməliyyat həyata keçirib, onlarla adamı həbs edib, silah-sursat tapdığını bildirib. Nardaran əməliyyatında zorakı dini ekstremizmdə şübhəli bilinən beş nəfər və iki polis həlak olub. Cinayət işi açılıb. Bəzi demokratiya və insan haqları fəalları bu ittihamların saxta olduğuna inanır», -hesabatda belə deyilir.

ABŞ Dövlət Departamenti daha sonra Azərbaycanın çirkli pulyumaya qarşı gördüyü tədbirlərdən söz açır. O da vurğulanır ki, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə zorakılığa çağırışın önlənməsi məqsədilə bəzi məscidlərdə moizələrə nəzarət tədbirləri görüb. Ölkə ATƏT-in, İslam Əməkdaşlığı Təşkilatının, digər regional qurumların fəal üzvüdür, eləcə də NATO ilə antiterror sahəsində işini davam etdirir.

«KORRUPSİOMETR» PORTALI QEYD OLUNUR

Hesabatda ABŞ-ın Beynəlxalq Yayım Şurasının (BBG) xarici müsəlman izləyicilərə hədəflənən proqramlarından da söz açılır. «Amerikanın Səsi» radiostansiyasının Azərbaycan xidmətinin gündəlik televiziya və veb proqramlar hazırladığı qeyd olunur.

«2014-cü ilin dekabrında Azərbaycan hakimiyyətinin Azad Avropa/Azadlıq Radiolarının Bakı bürosunda reyd keçirməsi, 2015-ci ilin mayında isə büronun rəsmən bağlanmasına baxmayaraq, Azərbaycan xidməti ölkədə yetərincə işıqlandırılmayan hadisələrə ətraflı yer verib. Xidmətin «Korrupsiometr» veb portalında ən son qanunlar, qaydalar yerləşdirilib, vəkillər izləyicilərin suallarını cavablandırır».

Birləşmiş Ştatlar Azərbaycanın terrorçuluq, narkotik maddələrlə mübarizə, eləcə də enerji sahəsində əməkdaşlığını daim müsbət qiymətləndirib. Bəzi yerli müşahidəçilər isə Azərbaycan hökumətinin bu sahələrdə əməkdaşlığı önə çəkməklə insan haqları pozuntularını pərdələdiyini bildirir. Son iki ildə ölkədə vətəndaş cəmiyyətinə təzyiqlər güclənib, 100-dək siyasi və ictimai fəal, jurnalist və bloqqerin məhz siyasi motivlərlə həbsə atıldığı bildirilir. Amma bu ilin əvvəlində hakimiyyətin mövqeyində bir yumşalma sezilir, bir sıra tanınmış «siyasi məhbuslar» azadlığa buraxılıb.

Credits:

Created with images by Meditations - "agent armed armour" • WikiImages - "world trade center twin towers terrorist attack" • erix! - "Terror" • erix! - "Terror" • erix! - "Terror" • erix! - "Terror" • erix! - "Terror" • erix! - "Terror" • erix! - "Terror" • erix! - "Terror" • erix! - "Terror" • erix! - "Terror" • erix! - "Terror" • erix! - "Terror" • Defence-Imagery - "helicopter soldiers military" • Goosefriend - "Times Sq" • cliff1066™ - "September 11th, 2001" • cliff1066™ - "September 11th, 2001" • Ajithpoison - "modern weapon, black background" • vanillebourbongivree - "tributenight" • Hamner_Fotos - "The Flag" • joansorolla Creative Commons site - "Dark Can Planes (III)" • anluze - "police handcuffs right" • ~Brenda-Starr~ - "Premade BG 96" • Emanuele Comotti - "Mountain" • Bludgeoner86 - "BWStripe"

Made with Adobe Slate

Make your words and images move.

Get Slate

Report Abuse

If you feel that this video content violates the Adobe Terms of Use, you may report this content by filling out this quick form.

To report a Copyright Violation, please follow Section 17 in the Terms of Use.