Traffic Accidents Security and Safety

READING and LISTENING

16 (12 texts & 4 Videos) Short Traffic Accident Reports

+ 1 Long Article

Instructions

Vocabulary Review with Flashcards

Vocabulary brainstorming with images

What are the main reasons of traffic accidents in Azerbaijan?

Reading

Passage #1

#1 - Yol qəzasında azı 10 nəfər ölüb

Meksikanın Çihuhaua ştatında dəhşətli yol qəzası baş verib.

Avtobusun yük maşını ilə toqquşması nəticəsində azı 10 nəfər ölüb. 30-a yaxın adam yaralanıb. Qəzanın avtobus sürücüsünün yatmasına görə törədilyi bildirilir. İdarəetmə itib və avtobus yük maşını ilə toqquşub.

Passage #2

#2 - Tətildə yol qəzalarında 21 nəfər ölüb

Novruz tətili vaxtı Azərbaycan ərazisində baş verən yol qəzalarının statistikası açıqlanıb.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev “APA” informasiya agentliyinə bildirib ki, martın 19-dan 28-dək ölkədə 69 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 21 nəfər ölüb, 96 nəfər xəsarət alıb.

Passage #3

#3 - Yol qəzaları 300-dən çox insan həlak olub

Azərbaycanda bu ilin 6 ayında baş verən yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb. Baş Dövlət Yol Polisi İdarəsi bildirir ki, son 6 ayda ölkədə 905 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 304 nəfər həlak olub, 970 nəfər xəsarət alıb.

Yol-nəqliyyat hadisələrinin 300-dən çoxu paytaxtın payına düşür. Bakıda baş verən yol qəzaları nəticəsində 73 nəfər ölüb, 342 adam yaralanıb.

Passage #4

#4 - Ələt-Astara magistralı bağlanıb

Noyabrın 18-i səhər saatlarında Ələt-Astara magistralının Liman şəhərinin ərazisində bağlandığı bildirilir.

Bu, Lənkəran rayonunun Liman şəhərində yol-nəqliyyat hadisəsinə görə baş verib.

Xəbərdə qeyd edilir ki, Ələt-Astara magistralının Liman şəhərindən keçən hissəsində «Ford» markalı minik avtomobili ilə «ZİL» markalı benzindaşıyan maşın toqquşub.

Güclü zərbədən «ZİL» markalı maşın aşıb, benzin yola dağılıb. Hazırda Ələt-Astara magistralı bağlanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib. Yola dağılan yanacağın təmizlənməsindən ötrü tədbirlər görülür.

Passage #5

#5 - Aeroport yolunda kütləvi avtomobil qəzaları

Avqustun 23-ü səhər saatlarında aeroport yolunda eyni vaxtda üç yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərə görə, «Komsomol» dairəsi adlanan ərazidəki körpüdə bir neçə avtomobil toqquşub. Körpünün girişində «Mercedes» və «Mitsubishi» markalı avtomobillər, üstündə isə iki «Mercedes» toqquşub. Bundan başqa, körpünün üzərində üç «Mercedes» və bir «Volkswagen» bir-birinə çırpılıb.

Xəbərdə qeyd edilir ki, qəzalarda ölən və ya ağır xəsarət alanlar olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Yolda qısamüddətli tıxac yaranıb, hazırda ərazidə araşdırma aparılır. Bu qəzaların birdən-birə nədən baş verdiyi, hələlik, açıqlanmır.

Passage #6

#6 - 3 ayda 143 nəfər yol qəzasında ölüb

Bu ilin ilk 3 ayında ölkədə 419 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 143 nəfər ölüb, 453 nəfər xəsarət alıb.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, 2015-ci ilin eyni dövrü ilə müqayisədə qəzaların sayı 20.8 faiz azalıb. Ölənlərin sayında da 80 nəfər və ya 35.9 faiz azalma var.

Bu müddət ərzində Bakı şəhərində 147 yol-nəqliyyat hadisəsi törədilib. 31 nəfər ölüb, 160 nəfər xəsarət alıb. 2015-ci illə müqayisədə Bakıda da həm yol-nəqliyyat hadisələrinin, həm də ölənlərin və xəsarət alanların sayında azalma olduğu qeyd edilir.

Passage #7

#7 - Yol qəzası: 1 ölü, 6 yaralı

Aprelin 11-də Ağstafa rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəzada bir nəfər ölüb, altı nəfər yaralanıb.

“APA” informasiya agentliyinin xəbərinə görə, “Ford” markalı avtomobillə “Opel” markalı avtomobil toqquşub. “Opel”in sürücüsü Göygöl rayon sakini, 37 yaşlı Ceyhun Əhəd oğlu Əliyev ağır bədən xəsarət alıb. O, xəstəxanaya aparılanda yolda dünyadan köçüb.

“Ford”-un sürücüsü Mahir İmanquliyev, qızları və digər sərnişinlər xəsarət alıblar. Onlar Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Passage #8

#8 - Yol qəzasında 3 ölü, 2 ağır yaralı

Lənkəranda ağır yol qəza hadisəsi baş verib. "Report"un xəbərinə görə, qəza zamanı 3 nəfər ölüb, 2 nəfər ağır yaralanıb.

Hadisə Lənkəran-Boradigah şosse yolunun Ləvəngi dairəsinə yaxın yerində baş verib.

Şahidlərin bildirməsinə görə, Lənkərandan yüksək sürətlə gələn "VAZ 21 099" markalı avtomobil çayxanadan çıxan piyadaları vurub. İdarəetməni itirən avtomobil yoldan çıxaraq şam ağaclarına çırpılıb. Nəticədə sürücü də daxil olmaqla, 3 nəfər ölüb, 2 nəfərsə ciddi xəsarət alıb.

Ölən və yaralananlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Meyitlər aidiyyati üzrə Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

Passage #9

#9 - Qəzada 5 nəfər xəsarət aldı

Aprelin 10-da Bakı -Quba yolunun Siyəzən rayonu, Gilgilçay qəsəbəsi ərazisində yol nəqliyyat hadisəsi baş verib. "VAZ 21 09 " markalı avtomaşınla yük avtomobili toqquşub.

“APA” informasiya agentliyinin xəbərinə görə, qəza nəticəsində minik maşınında olan 5 nəfər müxtəlif bədən xəsarətləri alıb. Onlar, Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

İlkin tibbi müayinədən sonra vəziyyətləri ağır olan E.Bağırova, N.Fərmanova və R.Fərmanov Bakıdakı tibb müəssisələrindən birinə göndərilib. Digər iki nəfər isə ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Passage #10

#10 - Yol terroru 894 can aldı

Ötən il yollarda 333 piyada, 561 sərnişin və sürücü həlak olub

Ötən il Azərbaycanda 2 min 220 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 894 nəfər həlak olub, 2 min 265 nəfər yaralanıb.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov əməliyyat müşavirəsində bildirib.

APA xəbər verir ki,Ramiz Zeynalov 2014-cü illə müqayisədə yol-nəqliyyat hadisələrinin azaldığını qeyd edib: «2014-cü illə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 15.7 faiz, həlak olanların sayı 20.5 faiz, yaralananların sayı isə 15.4 faiz azalıb».

Bildirilib ki, YNH-lərin 94.5 faizi (2098) sürücülərin yol hərəkəti qaydalarını pozmaları, o cümlədən 27.4 faizi (609) nəqliyyat vasitələrinin yüksək sürətlə, 2.4 faizi (53) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib.

Hadisələrin 41.6 faizini (923) piyadaların vurulması təşkil edib, nəticədə 333 piyada həlak olub, 673-ü yaralanıb. Piyadaların yol hərəkəti qaydalarını pozmaları nəticəsində 65 yol-nəqliyyat hadisəsi baş verib.

Passage #11

#11 - 9 ayda 666 ölü...

Son 9 ayda respublikada 1663 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 666 nəfər ölüb, 1746 nəfər xəsarət alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 296 fakt, qəzada ölənlərin sayı 179, yaralananların sayı isə 247 fakt azalıb.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin APA-ya verdiyi məlumatda belə deyilir.

Qəzaların çoxu toqquşma hadisələridir, bu da qol nəqliyyat hadisələrinin 34.2 faizini təşkil edib. 569 toqquşma hadisəsi nəticəsində 225 nəfər ölüb, 792 nəfər xəsarət alıb.

Piyadaların vurulması ilə bağlı 659 yol-nəqliyyat hadisəsi qeydə alınıb. 235 piyada ölüb, 491 nəfər xəsarət alıb.

Sürət həddinin aşılması səbəbindən 468 qəza baş verib.216 nəfər ölüb, 396 nəfər yaralanıb.

Ötmə və qarşı hərəkət zolağına çıxma nəticəsində 612 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 238 nəfər ölüb, 737 nəfər yaralanıb.

148 yol ayrıcını keçmə qaydalarının pozulması nəticəsində baş verən qəzalarda 29 nəfər ölüb, 210 nəfər yaralanıb. Qəzalarda 56 uşaq ölüb, 153 nəfər isə yaralanıb.

Passage #12

#12 - Doqquz ayda yol qəzalarında 571 nəfər ölüb

2016-cı il yanvar-sentyabr aylarında ölkə üzrə baş vermiş qəzalarda 571 nəfər ölüb. 1 555 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti alıb. Xəbəri Dövlət Statistika Komitəsi yayıb.

Məlumatda deyilir ki, 2015-ci ilin eyni dövrü ilə müqayisədə ölənlərin sayı 15,8 faiz, yaralananların sayı isə 11,2 faiz azalıb.

Qəzaların çoxu gündüz vaxtı olub

Bütün yol-nəqliyyat hadisələrinin 41 faizi nəqliyyat vasitələrinin və piyadaların iştirakı ilə, 21,6 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə, 37,4 faizi bir neçə nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.Qəzaların 44,2 faizi gündüz, 38,5 faizi gecə, 17,3 faizi isə toran vaxtı baş verib.Hadisələrin 29 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Minik maşınların sürücülüəri daha çox sərxoşluq edir

2016-cı il yanvar-sentyabr aylarında maşının sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 30 hadisə baş verib, Nəticədə 45 nəfər zərər çəkib. Bu dövrdə yol-hərəkəti qaydaları əleyhinə 2 milyon 231,6 min inzibati xəta aşkar edilib. Bu 2015-ci ilin eyni dövrü ilə müqayisədə 22,5 faiz çoxdur.

Xətaların 51,8 faizi yolda müəyyən edilən hərəkət sürəti həddinin aşılması, 10,7 faizi dayanma və ya durma qaydalarının pozulması, 4,5 faizi yol ayrıcını keçmə, 4,2 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi üzündən baş verib.

Qaydaların pozulmasına görə 61,3 milyon manat məbləğində cərimə tətbiq edilıb.

Listening

Videos - Traffic Accidents

Video 1

Video 2

Video 3

Video 4

READING

Avtoqəzalarda ölüm riski: Azərbaycanda 41%, Gürcüstanda 9%

AZƏRBAYCANDA AVTOMOBİL QƏZASINA DÜŞMƏK AZI 40 FAİZ ÖLÜM RİSKİDİR

Azərbaycanda avtomobil qəzasına düşən şəxsin ölüm riski təqribən 40 faizdir. Yəni, təqribən hər iki qəza hadisəsinin biri ölümlə nəticələnir. Qonşu Gürcüstanda bu risk 9 faizdir. Dünyanın inkişaf etmiş ölkələri ilə müqayisədə isə vəziyyət daha acınacaqlı görünür. Məsələn, Britaniyada avtomobil qəzasında insan ölümü riski 1 faizdir.

Bu göstəricini il ərzində baş vermiş qəzalardakı insan tələfatı sayının həmin il ərzindəki qəzaların sayına nisbəti əsasında müəyyən etmişik.

Azərbaycan, Gürcüstan və Britaniyanın dövlət statistika idarələrinin rəsmi məlumatlarına görə 2012-2013-cü illərdə avtomobil qəzaları və bu qəzalarda yaralanma və tələfat aşağıdakı kimdir:

Azərbaycan Gürcüstan Böyük Britaniya

2012-ci il 2013-cü il 2012-ci il 2013-cü il 2012-ci il 2013-cü il

Avtomobil qəzalarının sayı 2 892 2 846 5 359 5 510 145 571 138 660

Qəzalarda həlak olanların sayı (nəfər) 1168 1164 605 514 1 754 1 713

Yaralananların sayı (nəfər) 2997 2948 7734 8045 23 039 21 657

Bu rəsmi statistikada ilk baxışda görünən odur ki, Azərbaycanda avtomobil qəzalarının sayı Gürcüstandan təqribən 2 dəfə azdır.

Amma qəzalar az olsa da, daha çox ÖLÜMCÜLdür. Yəni, Azərbaycanda baş verən avtomobil qəzalarıın 41 faizində insan ölümü var:

Yaralanma riski isə Azərbaycanda baş verən qəzalarda demək olar qaçılmazdır – 104 faiz.

GERÇƏK MƏNZƏRƏ DAHA ACINACAQLI OLA BİLƏR...

Üstəlik, o da nəzərə alınmalıdır ki, Azərbaycanda qəzaların sayının rəsmi statisikada az göstərilməsinə dair şübhələr var.

BİRİNCİSİ,

Azərbaycan qanunvericiliyinə görə, yol hərəkətı hadisələri vaxtı xəsarət alan şəxs hadisədən sonrakı 7 gün ərzində vəfat edirsə, onun ölümünün səbəbi məhz həmin qəza kimi göstərilə bilər. Yaralı qəzadan 7 gün sonra – məsələn, qəzanın 8-ci günü keçinsə, onun ölümü yol qəzası hadisəsinin nəticəsi kimi qeydiyyata alınmır.

Müqayisə üçün qeyd edək ki, bu müddət Böyük Britaniya qanunlarına görə, 30 gündür.

İKİNCİSİ,

“Yol hərəkəti qaydalarına kommentariyalar” kitabının müəllifi, hüquqşünas Ərşad Hüseynov AzadlıqRadiosuna müsahibəsində deyir ki, hazırda DYP - nin işinin səmərəliliyi ölüm hallarının azlığı ilə müəyyən olunur. Bu halda nəzəri olaraq DYP üçün maraqlı ola bilər ki, statistika az göstərilsin: “Avropa ölkələrində belə bir təcrübə var - qəzaların və ölüm hallarının sayı nə qədər çoxdursa, dövlət büdcəsindən müvafiq quruma daha çox vəsait ayrılır. Yəqin ki, bu qaydanı Azərbaycanda da tətbiq edib, daha yaxşı nəticəyə nail olmaq olar. Statistikanı obtektiv aparmaq olduqca vacibdir.

1991- ci ildə Sovet hökuməti dağılanda açılaqlanan statistikaya görə, Azərbaycanda 1281 nəfər ölüm hadisəsi baş vermişdi. O vaxt ölkədə cəmi 200 min avtomobil var idi. İndi isə 1,2 milyon avtomobil var, keçən il qəzalarda ölənlərin sayı 1 164 nəfər olub. Məncə, Sovet hökuməti dağılanda aparılan statistika daha obyektiv olmalı idi. Çünki o vaxt hökumət dağılırdı, qorxu də qalmırdı, bütün qurumlar rəqəmlər doğru-düzgün qoyulurdu ortalığa”.

Təkcə bu ilin ilk 3 ayı ərzində rəsmi məlumata görə, yalnız Bakıda 62 nəfər yol-nəqliyyat qəzası nəticəsində həlak olub, 263 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

AZƏRBAYCANDA AVTOMOBİL QƏZASI NİYƏ BU QƏDƏR ÖLÜMCÜLDÜR?

Azərbaycanda avtomobil qəzalarını bu qədər yüksək ölüm riskli edən səbəblər haqqında da ekspertlər arasında müxtəlif fikirlər var.

Hüquqşünas Ərşad Hüseynov düşünür ki, ölkədə yol-hərəkəti qəzalarının səbəbi araşdırılarkən yolların vəziyyətinə ayrıca diqqət yetirilməlidir: “Almaniya kimi ölkədə yol qəzalarının 6-10%-i yolların vəziyyətinin pis olmasına görə baş verir. Azərbaycanda isə bu statistika ümumiyyətlə aparılmır".

Dövlət Yol Polisinin rəsmi saytında ölkədə avtomobil qəzalarının əsas səbəbləri kimi aşağıdakılar göstərilir:

YOL POLİSİNİN ARQUMENTLƏRİ...

Qəzaların səbəbləri barədə yol polisi rəsmilərinin də gətirdikləri xeyli arqumentlər var. Məsələn, Baş Dövlət Yol Polisi İdarəsininin şöbə rəisi Kamran Əliyev AzadlıqRadiosuna müsahibəsində sürücülərin naşılığını qəzalara ən başlıca səbəbi kimi görmədiklərini deyir. Kamran Əliyev sürücülük vəsiqəsi verilərkən rüşvət alınması barədə gəzən söz-söhbətləri də qəzalara səbəb hesab etmir: “Hansı ölkədə hadisə yoxdur, hansı ölkədə ölən yoxdur.

Yol qəzalarını çox vaxt 10-15 il təcrübəsi olan sürücülər törədirlər. Yəni, 10-15 il ərzində yol hərəkəti qaydalarını öyrənə bilmirlərmi?! Almaniyanın Münhen şəhərində ildə 51 min yol qəzası baş verir, amma 21 ölüm hadisəsi qeydə alınır. Çünki hava yastıqlarından, təhlükəsizlik komplektlərindən istifadə olunur, kəmərləri bağlayırlar. Bizdə təhlükəsizlik kəməri ilə bağlı sərnişini nə qədər cərimə edirsən, yenə də bağlamırlar. Bu işlə ictimaiyyət də məşğul olmalıdır”.

Kamran Əliyev deyir ki, Azərbaycanda yol-qəzalarına səbəb olan başqa bir amil təhlükəsizlik komplektləşdirilməsi zəif olan VAZ markalı avtomobillərdir: “Qəzaların təqribən 40 faizi bu cür avtomobillərdə baş verir. Bizim qanunvericiliyə görə vətəndaşa həmin avtomobillərdən istifadəni qadağan etmək olmaz”.

Hüquqşünas Ərşad Hüseynov deyir ki, son illər Azərbaycanda da yol-hərəkəti qəzalarını aradan qaldırmaq üçün təbliğat işləri gücləndirilib, amma bu, kifayət deyil.

olmkh'jpk

Credits:

Created with images by Federació d'Escacs Valls d'Andorra - "160901 baku inauguracio" • orangesky3 - "Accident with two cars" • UK Railway and Road Transport - "Camden Bus Crash" • EKavet - "untitled image" • christopdesoto - "watertown ambulance" • mrjorgen - "Pedestrian safety: Use retroreflectors in the dark" • ales_kartal - "accident fireman help" • oatsy40 - "Traffic" • oatsy40 - "Traffic" • oatsy40 - "Traffic" • oatsy40 - "Traffic" • zolakoma - "Traffic" • zolakoma - "Traffic" • zolakoma - "Traffic" • zolakoma - "Traffic" • zolakoma - "Traffic" • zolakoma - "Traffic" • zolakoma - "Traffic" • zolakoma - "Traffic" • werner22brigitte - "highway night traffic" • werner22brigitte - "highway night traffic" • penerik - "Green as hope!" • penerik - "Volga and apples" • Francisco Anzola - "Nice car" • Aleksander Dragnes - "Kompressor" • karpidis - "triptobaku_03 03 08_0111"

Made with Adobe Slate

Make your words and images move.

Get Slate

Report Abuse

If you feel that this video content violates the Adobe Terms of Use, you may report this content by filling out this quick form.

To report a Copyright Violation, please follow Section 17 in the Terms of Use.