Bakı Küləklər şəhəri

Bakı, Azərbaycan Respublikasının paytaxtıdır. Bakı Xəzər dənizinin qərb sahilində, Abşeron yarımadasının cənubunda yerləşir. Bakı tarixi bir şəhərdir. Bakıya “Küləklər şəhəri” də deyirlər.

Bakının iqlimi mülayimdir. Ümumi sahəsi 2130 km2-dir və 11 administrativ rayonu var. Bakı, Qafqazın şəhərləri arasında ən böyük ticarət, mədəniyyət və elm mərkəzidir. Bakı X-cu əsrdən liman şəhəri kimi məşhur idi. Bakı dəniz limanı, Xəzər dənizində ən böyük limandır.

iqlim - climate

mülayim - mild

məşhur - famous

Tarixdə Bakı şəhəri, Şərqin ən iri şəhərlərindən biri olub. Bakı Azərbaycanın elmi, mədəni və sənaye mərkəzidir.

sənaye - industry

Bakı, həm də, neftçilər şəhəridir. Dünyada ilk dəfə neftin sənaye üsulu ilə emalı Bakıda başlanıb. İndi Bakıda dünyanın bir çox böyük neft şirkətlərinin ofisləri var.

Tarixdə Bakı qala divarlarının daxilində yerləşirdi. Bunun üçün, indi şəhərin bu hissəsi " İçəri səhər" adlanır. “İçəri şəhər” Bakının ən qədim hissəsidir. Bura, həmçinin, tarixi-memarlıq qoruğudur.

iri - large

neftin sənaye üsulu ilə email - the industrial production of oil

qala - castle

yerləşmək

hissə - part

həmçinin - also

memarlıq - architectural

qoruq - reservation

“İçəri şəhər” “Qala” və ya sadəcə “Qədim şəhər” kimi tanınır. Qız qalası və Şirvanşahlar Sarayı kimi bir çox qədim memarlıq abidələri burada yerləşir.

tanınmaq - be known

Bunlardan başqa ərazidə onlarla tarixi- memarlıq abidələri – məscidlər, karvansaralar, hamamlar, yaşayış evləri – yerləşir, bir neçə muzey, səfirlik, otel, ticarət obyektləri, kafe və restoranlar fəaliyyət göstərir.

fəaliyyət göstərmək - to operate

eləcə də - as well as

Qız qalası — Bakının, eləcə də Abşeronun ən möhtəşəm memarlıq abidəsidir. Qala UNESCO tərəfindən qorunur.

Opera və balet teatırının binası, Bakıda məşhur binalardan biridir.

Müasir Azərbaycanda həmçinin Heydər Əliyev Mərkəzi, Bakı Kristal Zalı kimi müasir binalar, Alov qüllələri, SOCAR Tover kimi göydələnlər var

müasir - modern

göydələn - skyrise

Credits:

Created with images by Niyaz from Baku - "Panoramic view of Baku (2)" • Free Grunge Textures - www.freestock.ca - "Azerbaijan Grunge Flag" • teuchterlad - "Baku, Azerbaijan" • indigoprime - "Maidens Tower, Baku" • Maxxja - "ancient antique arabic" • Niyaz from Baku - "Azerbaijan State Philarmony" • Niyaz from Baku - "Khn bagi" • teuchterlad - "Maiden's Tower, Baku, Azerbaijan 1" • rapidtravelchai - "Caucasus 013" • Francisco Anzola - "The back of the museum"

Report Abuse

If you feel that this video content violates the Adobe Terms of Use, you may report this content by filling out this quick form.

To report a Copyright Violation, please follow Section 17 in the Terms of Use.