Loading

Həyatla ölüm-dirim mübarizəsi aparan sumqayıtlı ailə Bütünlükdə ailə acınacaqlı vəziyyətdədir, yoxsulluq həyatı yaşayır

Bugünkü qəhrəmanlarımız dünəndən sosial şəbəkələrdə müzakirə obyektinə çevrilən Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yaşayan uşaqlar və onların ailəsidir. Öz növbəmizdə istədik ki, bu ailəni daha yaxından tanıyaq, uşaqların yaşıyışı ilə maraqlanaq. Demə, səfil həyatını yaşayan tək bu 3 uşaq deyilmiş... . Ailədə 2 körpə uşaq da varmış. Bütünlükdə ailə acınacaqlı vəziyyətdədir, yoxsulluq həyatı yaşayır.Hər kəsi maraqlandıran bir sual var. Bəs bu ailə necə dolanır? Xeberle.com olaraq bu kimsəzlərin qapısını döydük. İçəri daxil olarkən gördüklərimizdən dəhşətə gəldik. Evdəki nəmişlik qoxusundan durmaq belə mümkün deyildi. Aylardır bu daxmada 3 uşaq, habelə 2 körpə, ata və ana bu şəraitsiz soyuq evdə yaşayırlar, əgər buna yaşamaq demək olarsa. Ataları Elman 2 ildir ki, işsizdir və pulsuzluqdan özü və 3 oğlu ilə zibillikdən klyok, kardon, butulka yığıb sataraq çörəkpulu edirlər. Dərhal özlüyündə düşünürsən, bu zibillikdə böyüyən uşaqların gələcək həyatı necə olacaq?

Zibilxanalardan kardon, butulka, klyok yığmaqla gündəlik çörək pulunu qazanan ata – 36 yaşlı Elman Şəfiyev, ana - 38 yaşlı Natəvan Şəfizadə övladları – 10 yaşlı Tofiq, 9 yaşlı Emil, 7 yaşlı Elvin, 3 yaşlı Arif və 2 yaşlı Hüseyn – bunlardan ibarətdir bir böyük Azərbaycan ailəsinin üzvləri. Ailə 3 aydır ki, bu evdə kirayə qalırlar. Onuda qeyd edək ki, aylıq kirayə pulu 80 manatdır. Ev sahibəsi Solmaz adlı şəxs deyir ki, 3 ay olar onlara həyətində sığınacaq verib, amma hələ də 1 qəpik belə ödəniş etməyiblər. Özü də xəstə olduğumdan pulu vaxtı-vaxtında almaq məcburiyyətindədir. Ev sahibəsi onu da qeyd etdi ki, artıq fevral ayının axırına kimi onlara yaşamağa vaxt verib, ya pulu ödəməli, yada evi tərk etməlidilər. Bələ çıxır ki, onların 4 gündən sonra harda sığınacaq tapacaqları belə məlum deyil. Görünən isə budur ki, körpələr bundan xəbərsizdir. Uşaqlar və atanın gündəlik zibilxanalardan yığdığı kardonları satmaqla dolandığını bildirən uşaqların anası Natəvan qeyd etdi ki, imkansızlıq üzündən evdə isinmək üçün qazdan belə istifadə etmirlər. Uşaqların çöldən yığdıqları çör çöp yandırmaqla qızınırlar.

Ana onu da qeyd etdi ki, Tofiq, Emil və Elvinin yaşları məktəbə düşsə də, bu vaxta kimi məktəbə getməyiblər. Axı hamı kimi onun da öz arzuları və qurduğu kiçik xəyalları var. Anaları yaşadıqları sıxıntılara baxmayaraq onlara bu bayram günlərində kömək edəcək insanların var olduğuna inanır. Xeberle.com olaraq biz də öz adımızdan imkanlı şəxslərə üz tutaraq müraciət edirik ki, bu şəraitsiz və yardıma ehtiyacı olan ailəyə kömək etsinlər. Ümid edirik ki, səsimizə səs verən olacaq.

Onlar son dəfə nə vaxt isti evdə rahat yaşadıqlarını belə xatırlamırlar.

7 yaşlı Elvinin fikirləri isə hamımızı kövrəltdi. Onun balaca ürəyi polis olmaq arzusu ilə döyünür, hansı ki, hec vaxt parta arxasında belə əyləşməyib.

Bəzən elə gün olur ki, minimum pulu qazana bilməyib 5 uşaq ac yatmaq məcburiyyətində qalır.

Report Abuse

If you feel that this video content violates the Adobe Terms of Use, you may report this content by filling out this quick form.

To report a copyright violation, please follow the DMCA section in the Terms of Use.