Loading

Novruz və koronavirus: Bakıda baharın gəlişi necə qeyd olunub? Nə yarmarka, nə konsert, nə də şabalıd

20-21 martda bir sıra şərq ölkələrində olduğu kimi Azərbaycanda da qədim zamanlardan bəri baharın gəlişindən xəbər verən Novruz bayramı qeyd olunur.

Mahiyyət etibarilə bu, atəşpərəstlərdən qalma şənlik, büdpərəstlərin Yeni İlidir.

Hərçənd, bəzi müasir Azərbaycan alimləri bu versiyanı təkzib edir və Novruzun türk köklərinin olduğunu, nə büdpərəstliyə, nə də zərdüştlüyə heç bir aidiyyatının olmadığını sübut etməyə çalışırlar.

İstənilən halda Azərbaycanda bu, ən sevimli bayramlardan biridir və adətən dövlət səviyyəsində, çox təmtəraqlı qeyd edilir – xalq şənlikləri, yarmarkalar, səhnələşdirilmiş tamaşalar, konsertlər, kəndirbazların nümayişləri tışkil olunur.

Novruz - 2019

2020-ci ilin yazında təmtəraqlı bayrama hazırlaşırdılar.

Amma bütün bayram şənllikləri koronavirus pandemiyası üzündən təxirə salındı. Bu, onilliklər boyu ilk dəfədir ki baş verir.

Rəsmi məlumata görə martın 21-ə qədər Azərbaycanda 53 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib. Pasiyentlərdən biri ölüb, on nəfər sağalıb. Bakı regionlara bağlı elan edilib, yerli sakinlərə evdə qalmaq tövsiyə olunur.

Buna görə də bayram günlərində Bakının mərkəzi küçələri qəribə boş idi.

Gəzintiyə çıxan kütlələr, turistlər yox idi. Adətən Novruz günlərində xüsusilə İrandan yüzlərlə turist gəlirdi. Əvvəlki illərdə bütün şəhərdə qovrulmuş şabalıd satılırdı. Fast-fud satanlar da 2019-cu ilin yazında çiçəklənmə dövrünü yaşayırdı.

Novruz, 2019
Novruz, 2018

Düzdür, şəhəri bayrama uyğun yenə də bəzəyiblər, amma dekorasiyaların qurulduğu küçələr yarıboş vəziyyətdə idi.

Novruz onsuz da ailə bayramı hesab olunur. Çoxları da bayramı evdə ailəsi ilə qeyd edib.

Ənənəvi şirniyatlar – paxlava, şəkərbura bişirib, aş dəmləyib, xonça qurub süfrəyə düzüblər. Şam yandırıb, səməni cücərtməyi, ya da hazır almağı da unutmayıblar.

Çərşənbə axşamılarında isə adda-budda olsa da, ocaq qalayıb, üzərindən tullananlar da olub.

Created By
JAMnews Bakı
Appreciate