II Set Reading Accident and Incident

Passage 1

Hindistanda qatarın relsdən çıxması nəticəsində ölənlərin sayı 41 nəfərə çatdı

Hindistanda qatarın relsdən çıxması nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb. Hadisə nəticəsində 68 nəfər yaralanıb.

Oxu.Az xəbər verir ki, bu barədə bazar ertəsi polisə istinadən İANS agentliyi məlumat yayıb.

Daha öncə 39 nəfərin öldüyü və 50 yaralının olması haqqında məlumat yayılmışdı.

Bazar gününə keçən gecə Hindistanın Orissa və Andhra-Pradeş ştatlarının sərhədində lokomotiv və 22 vaqonun səkkizi relsdən çıxıb. Qatar Caqdalpur şəhərindən Bxubaneşvar şəhərinə gedirdi.

Bazar ertəsi hadisə yerində daha iki nəfərin cəsədi aşkar edilib. “Hindistan dəmir yolu”nda mümkün təxribata dair material toplamaq üçün Hindistanın Milli Araşdırma Agentliyinin əməkdaşları hadisə yerində olublar. Qəzanın səbəbləri indiyə qədər müəyyənləşdirilməyib.

Hindistanın Andhra-Pradeş ştatında qatarın relsdən çıxması nəticəsində ən azı 39 nəfər ölüb və onlarla adam yaralanıb.

Oxu.Az bu barədə BBC-yə istinadən xəbər verir.

Məlumata görə, Kuneru stansiyası yaxınlığında lokomotiv ilə birgə doqquz vaqon relsdən çıxıb.

Qəza şənbə günü gecə baş verib. Ölənlərin sayının artacağı istisna edilmir. Qatarın qəzaya uğrama səbəbləri məlum deyil.

Zərərçəkənlər yaxınlıqda yerləşən iki xəstəxanaya çatdırılıblar.

Credits:

Created with images by Hans - "rescue helicopter colours red" • Didgeman - "train railway s bahn"

Made with Adobe Slate

Make your words and images move.

Get Slate

Report Abuse

If you feel that this video content violates the Adobe Terms of Use, you may report this content by filling out this quick form.

To report a Copyright Violation, please follow Section 17 in the Terms of Use.