Loading

Niyə vergi ödəyirik

Vergi Gürcüstanın Vergi Məcəlləsi ilə tətbiq edilmiş büdcəyə ödənən məcburi, şərtsiz puldur. vergi ödəyən şəxs vergini ödəmənin mütləq, qeyri ekvivalent və təmənnasız xarakterindən irəli gələrək ödəyir. Gürcüstanın vergi məcəlləsi ilə verginin beş əlaməti nəzərdə tutulub: məcburlilik, şərtsizlik, vaciblik,qeyri-ekvivalentlik və təmənnasızlıq.

Verginin məcburlilik xarakteri dövlət vergi, polis və məhkəmə orqanları tərəfindən təmin edilib. Bu verginin könüllü deyil məcburi xarakter daşımasından xəbər verir. Vergi məcburililiyii müvafiq şəkildə yerinə yetirmək məqsədi ilə məcburi tədbirlər və sanksiyalar sistemi vergi ödəyicilərinə müəyyən təzyiq göstərir.

Vergi büdcəsinə ödəmə yalnız nəğd şəkildə həyata keçirilir. Qüvvədə olan qanunvericiliyə əsasən vergi ödəmək mal yaxud xidmət şəklində nəzərdə tutulmayıb. Vergi pulla hesablanır və lari ilə büdcəyə ödənir.

Maddi vəsaitlər büdcəyə dövlətin ehtiyacları üçün ödənir.

İlk növbədə vergilərdən büdcə formalaşır sonar isə büdcəyə köçürülən pullar iqtisadi və sosial proqramların maliyyələşdirilməsinə, səhiyyə və təhsil sistemlərinə, milli təhlükəsizlik və ölkənin müdafiəsinin təmin olunması və.s üçün bölünür. Köçürülən vergi dövlət qarşısında borcdur və mütləq büdcəyə köçürülməlidir. Vergi qeyri-ekvivalent xarakter daşıyır. Ictimai xeyirxahlıqdan faydalanmaq vergi ödəyicisi tərəfindən ödənən verginin miqdarı ilə proporsional deyil.

Gəlir vergisi

Gəlir vergisi ödəyirlər: Gürcüstandakı mənbələrdən gəlir əldə edən rezident və qeyri-rezident fiziki şəxslər. Gəlir vergisini yalnız fiziki şəxslər ödəyir. Gəlir vergisi ödəyicisi anlayışı həmçinin, vergi öhdəliyi olmayan şəxslərə də aiddir. Məsələn, işə götürülən şəxsə aid gəlir vergisi işə götürən vasitəsilə (vergi agenti) ödənirsə bu zaman yenə də vergi ödəyicisi olaraq işə götürülən hesab olunur. Belə ki, vergi məcəlləsinə əsasən reizdent və ya qeyri-rezident olan halda gəlir vergisi ilə yığım obyekti vahid gəlirdir. Vahid gəlirə hər hansı formada yaxud fəaliyyətdən əldə olunan bütün gəlirlər aiddir.

Qazanc və əlavə dəyər vergisi

Vergi məcəlləsinə əsasən qazanc vergisi ödəyənlər Gürcüstanda fəaliyyət göstərən daimi müəssisələr vasitəsilə ya da Gürcüstana mövcud olan mənbələrdən gəlir əldə edən Gürcüstanın qurum və xarici qurumlarıdır. Eləcə də gəlir vergisi halında rezident üçün qazanc vergi ödəyicisi obyekti Gürcüstanda və Gürcüstandan kənarda əldə olunan vahid gəlirdir. Qeyri-rezident olan halda isə vahid gəlir Gürcüstandakı mənbələrdən əldə olunan gəlirlərdən ibarət olacaq.

Məcəllə ilə qəbul eidlmiş başqa vergilərlə müqayisədə ƏDV dövlət büdcəsinin doldurulması baxımından ən vacib vergi hesab olunur. O, birbaşa olmayan vergidir və bu deməkdir ki, onun ödəmə ağırlığının yekun daşıyıcısı satıcı deyil, maldan yaxud xidmətdən yekunda istifadə edəndir. Malın dövriyyəsinin ümumi silsiləsi zamanı mal satılana qədər hər bir satıcı ƏDV toplayan hesab olunur. Satıcı əlavə dəyər vergisindən malı alan zaman ödədiyi dəyəri çıxır. Bu iki vergi arasındaı fərqi satıcı dövlətə ödəyir. Bu sistemin mənası odur ki, yığım yükü addım-addım artıq dövlətdən kompensasiya almaq imkanı olmayan yekun istifadəçiyə verilsin.

Mülkiyyət vergisi

Mülkiyyət vergisi ilə ödənən obyektlər - mülkiyyət və torpaq, kənd təsərrüfatı sahələri, qeyri-kənd təsərrüfatı sahəsi və meşə torpaqlarıdır.