Loading

BAKI DEYİL, AMMA PİS ALINMAYIB? BALAXANI QƏSƏBƏSİ DEYİLDİYİ QƏDƏR YAXŞILAŞIBMI?

Balaxanı qəsəbəsi Bakının mərkəzindən 15 dəqiqəlik məsafədə yerləşir. Neft mədənləri ilə məşhur olan ən qədim qəsəbələrdən biridir.

Balaxanıdakı vəziyyət son zamanlar heç də ürəkaçan deyildi, buna görə də qəsəbənin bərpası xəbəri ajiotaj doğurub. İlk fotolar o qədər gözəl idi ki, Balaxanını “yerli Yunanıstan” adlandırmağa başladılar.

Bu, həqiqətən belədirmi, yoxsa reallıq büsbütün məyusluqdan ibarətdir?

Yerli sakinlər deyirlər ki, qəsəbə daha səliqəli və təmiz olub.

Əvvəllər uşaqlar oynamaq üçün küçəyə çox çıxmazdılar, indi isə onların tez-tez çölə qaçmaq üçün maraqları yaranıb.

Düzdür, yerli ev xanımları zarafatla deyirlər ki, yerə döşənmiş daş üzündənn itmiş paltar sancaqlarını tapmaq çətindir.

Yerə döşənən dördkünc daşlar qəsəbədə çox olan velosipedçilərə də mane olur.

“Yavaş getsən, problem deyil, amma yüksək sürətlə gedəndə velosiped xarab olur”, - onlardan biri deyir.

Gülya xanım Balaxanının hələ əldəyişlməmiş hissəsində yaşayır.

Onun evi 1914-cü ildə tikilib və o, bərpa işinə narahatlıqla yanaşır.

“Bu ev tikiləndən neçə illər keçib, boya isə yeni kimi görünür. O zamanlar xüsusi texnologiyalardan istifadə olunub. İndi də belə olacaqmı? Onların da boyası belə uzun müddət qalacaqmı?”

Yenidənqurma işlərini üç təşkilat aparır – Xırda və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Dövlət Turizm Agentliyi və Bakı Abadlıq Xidməti.

Memar və dizayner Səbinə Abbasova:

“İndi Balaxanıda baş verənlər xaricdən gələn insanların gözünü boyamaq məqsədilə cəlbedici nələrsə yaratmaq üçün yanlış cəhdlərdir. Amma yadda saxlamaq lazımdır ki, bu iş yerli icmaya, onların həyatına, ənənələrinə və vərdişlərinə toxunur”.

Məqsəd turistlər üçün attraksion hazırlamaqdırsa, o zaman ancaq turizm şirkətləri avtobuslarla insanları gətirəcəklər ki, onlar burada fotosessiya etsinlər.

Marşrutunu özləri seçənlər, yerli mədəniyyətlə maraqlananlar isə növbəti butaforiyanı seyr etmək üçün bura gəlmək istəməyəcəklər. Onlar hələlik dəyişdirilməmiş Abşeron kəndlərinə gedəcəklər və orada yerli özünəməxsusluğu axtaracaqlar. Çünki insanlar Azərbaycanı tanımaq üçün gəlirlər, daha Balaxanı qutablarını Alaçatı abu-havasında yeməyə yox – Səbinə Abbasova deyir.

Əlbəttə, hər cür malın öz alıcısı tapılır. Amma əgər gələcək, mədəniyyətin qorunması haqda düşünsək, uzunmüddətli və insanlar üçün bərpa etmiş olsaq, yanaşmanı bir daha gözdən keçirmək vacibdir. Digər kəndlərin yenidənqurmasını başqa prioritetlərlə və savadlı həyata keçirmək lazımdır.

Abşeron tərki-dünya yerdir. Amma burada yerli estetikanın dəyişdirilməsi baş verir. Məsələn, yerə döşənən dördkünc daşlar rahat olmasa da, Abşeronda əvvəllər də mövcud olub. Sarmaşıqla örtülü Abşeron daşlarından olan fasadlar da həmçinin.

Amma çərçivələr içində rəngli dibçəklər, italyansayağı pəncərələr, kirəmit – bütün bunlar Azərbaycanın Şəki və ya Zaqatala kimi rayonları üçün xarakterikdir. Burada isə bu texnikanın istifadəsi yersizdir – memar belə hesab edir.

Created By
JAMnews, Баку
Appreciate

Credits:

JAMnews