Loading

Cüar, yoxa çıxan ayaqqaı və Cənubi Osetiya toyunun başqa ənənələri Foto və hekayələr – Qana Yanovskaya, Sxinval

Bahar Cənubi Osetiyada toy mövsümüdür. Deyilənə görə, yazın 2-3 ayı ərzində Cənubi Osetiyada çalınan toyların sayı il boyu keçirilənlərdən daha çox olur. Bunun necə olduğunu sizə həm danışacağıq, həm də göstərəcəyik.

Əvvəli

Gəlin bəy evinə gətiriləndə ənənəvi sağlıqlardan sonra xalq şənliyi və rəqslər başlayır. Mərasimin əvvəlində bəyin anası başı örtüklü rəqs etməyə çıxır. Adətə görə, kimsə onun yaylığını başından götürüb qaçmalıdır. Sonra həmin yaylığı param-parça eləyib, subay qızlara paylayırlar.

Əgər qız həmin yaylığın parçasını əlinə bağlayıb, yatsa, yuxuda gələcək ərini görəcəyi güman edilir.

Qayınananın başına yeni yaylığı isə evə yeni gələn gəlin bağlayır.

„Mən bu əfsanəyə inanmırdım. Amma kiminsə toyunda əlimə keçən belə yaylığın bir parçasını gecə barmağıma bağlayıb yatdım. Bir də yuxuda görürəm ki, hansısa kənddə yuxudan oyanmışam, ayağa qalxıb dərhal süpürgə axtarıram. Amma nədənsə həyət süpürgəsi tapıram, lap yekə, küçə süpürgəçilərinin küçələri süpürdüyündən. Amma onun hissələri - süpürgə və çubuğu ayrı-ayrı yerlərdədir. Süpürgəni bağlamağa bir şey axtarıram. Elə bu vaxt bir oğlan gəlib çıxır, barmağımdakı yaylıq cırığını açıb, süpürgəni bağlayır. İki aydan sonra yuxuda gördüyüm oğlanla rastlaşdım, sonra da ona ərə getdim. Amma mən indiyədək bunu təsadüf sayıram. Çox güman ki, biz onunla toyda bir ara göz-gözə gəlmişik. Bu da mənim yuxumda girib”.

Fidyə və əlamətlər

Gəlini qonaqların qarşısına çıxaranda onun yerini qonşu uşaqlar tutur. Onlar qonaqların əyləşməsinə imkan vermirlər. Bu zaman bəyin dostu həmin yer üçün “fidyə” ödəməli, uşaqların ovcuna da pul qoymalıdır.

Alan və Soslan bu stulları hələ toy süfrəsi hazır olmamışdan zəbt etmişdilər. Burada bəy və gəlin əyləşəcək. Bu iki oğlan üçün bu, ilk dəfə deyil. Bu dəfə onlar sınmış pəncərənin təmirinə yetəcək qədər pul qazanmaq ümidindədilər. “Bu yerlərin haqqını ödəməyənədək, onlara oturmağa imkan verməyəcəyik. Keçən dəfə biz toyda düz 2 min rubl (təxminən 30 dollar) qazanmışdıq. Futbol topu alıb, hərəmizə bir şaurma yedik”.

Bəy evinə çatan kimi gəlinin qucağına balaca oğlan uşağı oturdurlar. Deyilənə görə, onda cütlüyün ilk uşağı oğlan olur. Cənubi Osetiya Qafqazda qız uşaqlarının mental səviyyədə ayrıseçkiliyə uğradığı yeganə yer deyil.

“Alver” toy ənənəsinin vacib hissəsidir. Gəlinin rəfiqələri də bəydən “haqq” tələb edir. Əks halda, gəlini dövrəyə alıb, onu aparmalarına imkan vermirlər.

Bəyin qohumları gəlinə üzük və zinyət əşyaları bağışlayırlar. Qızın anası isə bəyə üzük verir. Bu prossesi bütün qonaqlar diqqətlə izləyir: gəlinin barmaqlarında nə qədər çox üzük olarsa, ailə daha çox hörmət qazanar.

“Fidyə” ilə bağlı daha bir ənənə gəlinin ayaqqabılarının oğurlanması ilə bağlıdır. Başqa bir toyda gəlinin rəfiqəsi olan Zarina belə bir əhvalat danışıb: “Mən gəlinin yanında oturmuşdum, birdən kimsə ayaqqabımı dartdı. Sən demə, uşaqlar masanın altına giriblər və məni gəlinlə səhv salıblar! Sonra kimsə onlara deyib ki, bu, gəlinin ayaqqabısı deyil və heç kim ona görə onlara pul vermək niyyətində deyil. Onlar yəqin ki, məndən paylarını alacaqlarından qorxmuşdular, ümumiyyətlə ayaqqabımı geri gətirmədilər. Bütün toyu başqasının ayaqqabısı ilə keçirməli oldum. Növbəti dəfə gəlinin rəfiqəsi olanda artıq bağcıqlı ayaqqabı geyinirəm”.

Gəlinin ailəsi Cuar hazırlayır. Bu, bolluğu təmsil edən ağacdır. Onun üzərində toyuq, şirniyyat və alkoqol olur. Cuar üçün də “haqq” ödəmək lazımdır – bunu bəyin dostu eləyir və sonra Cuarı təntənəli şəkildə bəyin evinə aparır.

“2014-cü ildə yaxın rəfiqəm ərə gedirdi. Biz axşam Cuar hazırlamağa başladıq. Dörd qız toplaşdıq. Toyuq bişirdik, çoxlu şirniyyat aldıq. Ağac hazırladıq və pəncərə kənarında gizlətdik, toyuğu isə hələlik soyuducuya qoyduq. Səhər toyuğu ən son anda çıxarmaq qərarına gəldik ki, soyuq qalsın. Və ən məsuliyyətli məqamda məlum oldu ki, toyuğumuzun bir qanadı yoxdur, kimsə axşam yeyib. Biz artıq doğranmış başqa toyuğun qanadını ona tikmək istədik. Gəlinin nənəsi isə dedi ki, elə olmaz, ondansa belə qalsa yaxşıdır. Bu Cuara görə biz 5 min rubl (80 dollara yaxın) aldıq, bir də yeni evlənənlər üçün heykəl: uçan qartal fiquru. Elə də heç kim toyuğun bir qanadının olmadığının fərqinə varmadı. Gəlinə də, rəfiqəmiz Kristinaya da biz heç nə demədik”.

Yemək

“Bir dəfə qohumlarımızın toyunda anamla birlikdə osetin piroqları bişirməyə kömək edirdik. İki sobada 500 nəfərlik azı 70 piroq bişirməliydik. Mən o günü heç vaxt unutmayacam. Hamı deyirdi ki, piroqlar dadlıdır, amma mən anamı və xalamı bir yerdə qoyub qaçmaq istəyirdim. Yəqin ki, bir saat sonra düşdüyüm vəziyyət məni saxladı. Küçədə 30 dərəcə isti vardı, sobanın yanında isə 40, bəlkə də çox. Bu, dəhşət idi. Amma məhz onda mən indiki biznesimi fikirləşdim – hər vaxt piroq sifariş vermək mümkün olan mətbəx. Mənim sobalarım da başqadır, müasirdir, şəraitim də fərqlidir. Toylara isə artıq yalnız rəqs etməyə və şənlənməyə gedirəm”, – 15 il əvvəl Sxinvalda sifarişlə piroq hazırlayan ilk mətbəxlərdən birini açmış Ella Sxovrebova danışır.

Credits:

JAMnews

Report Abuse

If you feel that this video content violates the Adobe Terms of Use, you may report this content by filling out this quick form.

To report a Copyright Violation, please follow Section 17 in the Terms of Use.