Karabakh regions

Qarabağ Bölgələri

Xankəndi

Xankəndi Qarqar çayının sahilində, Qarabağ silsiləsinin şərq ətəyində, Bakıdan 385 km aralıda yerləşir. İnzibati cəhətdən Xankəndi şəhər əhatə dairəsinə Xankəndi şəhəri və Kərkicahan qəsəbəsi daxildir. Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi olmuşdur. Sahəsi 8,8 km²-dir. Əhalisinin sayi 55.3 min nəfərdir(01.01.2013) Xankəndi şəhəri erməni silahlı qüvvələri tərəfindən 28.12.1991-ci ildə işğal olunmuşdur.

Şuşa

Şuşa 08.08.1930-cu ildə inzibati rayon statusu almışdır. Mərkəzi Şuşa şəhəridir. Ərazisi 0.29 min km2, əhalisinin sayı 31,0 min(01.04.2013) nəfərdir. 1992-ci il may ayının 8-də erməni birləşmələri tərəfindən işğal edilmişdir.

İşğaldan qabaq ərazidə 1 şəhər, 1 qəsəbə(Turşsu), 37 kənd olub. Kəndləri bunlardır - Daşaltı, Göytala, Xanalı, Həsənabad, İmamqullar, Xəlfəli, Armudlu, Dükanlar, Qarabulaq, Laçınlar, Mirzələr, Şuşulu, Zamanpəyəsi, Böyük Qaladərəsi, Kiçik Qaladərəsi, Qaybalı, Xudaverdilər, Nağılar, Yuxarı Quşçular, Aşağı Quşçular, Malıbəyli, Sarıbaba, Onverst, Səfixanlar, Allahqullar, Həsənqullar, Xanlıqpəyə, Şırlan, Ağbulaq, Cəmillər, Çaykənd, İmanlar, Məmişlər, Paşalar, Turabxan, Zarıslı, Nəbilər.

Ağdam

Ağdam rayonu Ağcabədi, Tərtər, Bərdə, Kəlbəcər Əsgəran və Xocavənd həmçinin, Füzuli rayonları ilə həmsərhəddir. Ərazisi 1,15 min kv km, əhalinin sayı isə 186,1 min nəfərdir (01.04.2013). Rayon kimi yaranma tarixi 08.08. 1930-cu il. Ağdam rayonunda 1 şəhər, 2 qəsəbə (Quzanlı, Açarlı) 123 kənd vardı. Kəndləri bunlardır – Eyvazlı, Bağbanlar, İsmayılbəyli, Muğanlı, Pirzadlı, Saybalı, Baş Güneypəyə, Boyəhmədli, Qızıl Kəngərli, Mollalar, Salahlı Kəngərli, Sofulu, Çəmənli, Sarıcalı, ...

Kəlbəcər

Kəlbəcər rayonu Qərbdə Ermənistan respublikası, şimalda Daşkəsən, Xanlar (Göy-Göl), Goranboy, şimali-şərqdə Tərtər, şərqdə Ağdam, Xocalı, cənubda Laçın rayonları ilə həmsərhəddir. Sahəsi 3054 km2 olan rayonda bir şəhər, bir şəhər tipli qəsəbə(İstisu), 145 kənd vardı. Ağdərə rayonunun 20-yə qədər kəndi də Kəlbəcər inzibati bölgüsünə daxildir.

Xocalı

Xocalı rayonu 1991-ci il noyabr ayının 26-da Əsgəran rayonu bazasında yaradılmışdır. Rayonun ərazisi 1991-1992-ci illərdə erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Sahəsi 0,94 min kv. km, əhalisi 26,0 min nəfərdi (01.01.2010). Xocalı rayonu ilə Bakı arasında olan məsafə 375 kilometrdir. Rayon Laçın, Kəlbəcər, Ağdam, Xocavənd və Şuşa rayonları ilə qonşu idi. Rayonda 1 şəhər, 1 qəsəbə (Əsgəran), 50 kənd olmuşdur. Mərkəzi Xocalı şəhəridir.

Laçın

Laçın rayonu Azərbaycan Respublikasının cənub-qərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonları, qərbdən isə Ermənistan Respublikası ilə həmsərhəddir.

Xocavənd

Xocavənd rayonu 26.11.1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edildikdən sonra Martuni və Hadrut rayonlarının bazası əsasında yaradılıb. Rayonun ərazisi 1.46 min km2, əhalisi 42,4 min(01.04.2013) nəfərdir. Xocavənd rayonu ilə Bakı arasında olan məsafə 334 kilometrdir. Xocavənd rayonu 1 şəhər(Xocavənd), 2 iri qəsəbə(Hadrut, Qırmızı Bazar) və 81 kəndi birləşdirir.

Qubadlı

Qubadlı rayonu 14.03.1933-cü ildə yaradılmışdır. Rayonda 1 şəhər(Qubadlı) 93 kənd vardı. Sahəsi 802 km2, əhalisi 37,9 min (01.04.2013) nəfərdir. Kəndləri bunlardır - Aşağı Cibikli, Xallava, Yuxarı Cibikli, Balasoltanlı, Qaraimanlı, Padar, Başarat, Armudlu, Deşdahat, Hat, Milanlı, Çardaqlı, Əyin, Xələc, Tarovlu, Çərəli, Boyunəkər, Saldaş, Dəmirçilər, Poladlı, Dondarlı, Diləli, Müskənli, Mirlər, Göyərcik, Əliquluuşağı, Fərcan, Göyyal, Hərtiz, Zor, Bəxtiyarlı, Saray, Hal, Ballıqaya, Qəzyan, Məmər, Mollalı, Həmzəli, Çaytumas, Əfəndilər, Yusifbəyli, Xanlıq, Xocahan, Qilican, Tinli, Xocik, Mərdanlı, Qaracallı, Qarağac, Qarakişilər, Qaralar, Hüseynuşağı, Kavdadıq, Qayalı, Abdalanlı, Ləpəxeyranlı, Mahmudlu, Mahruzlu, Muradxanlı, Muğanlı, Məlikəhmədli Qundanlı, Alaqurşaq, Davudlu Eyvazlı, Gürcülü, Qədili, Məzrə, Sarıyataq, Tatar, Qaraqoyunlu, Qiyaslı, Teymur, Müskənli, Balahəsənli, Xıdırlı, Ulaşlı, Altınca, Əbilcə, Yuxarı Xocamsaqlı, Aşağı Xocamsaqlı, Mehrili, Yuxarı Mollu, Aşağı Mollu, Mollabürhan, Zilanlı, Kürd Mahruzlu, Seləli, Novlu, İşıqlı, Həkəri, Cılfır, Seytas, Göyər Abbas, Xəndək.

Zəngilan

Azərbaycan Respublikasının cənub-qərbində Ermənistan və İranla sərhəddə Bakı-Culfa-Naxçıvan magistral dəmir və şose yolları üzərində strateji cəhətdən böyük əhəmiyyət kəsb edən bir mövqedə yerləşir.

Rayonun ərazisi müxtəlif dövrlərdə ayrı-ayrı inzibati ərazi bölgülərinə məruz qalmışdır. Rusiyanın işğalı zamanı 1828-ci ilə qədər bölgənin ərazisinin Bəsitçaydan qərbə tərəf hissəsi Naxçıvan, şərqə tərəf hissəsi isə Qarabağ xanlığının tərkibinə idi.

Cəbrayıl

Cəbrayıl rayonu Azərbaycan Respublikasının cənubunda Kiçik Qafqaz dağlarının qoynunda yerləşir. Cənub tərəfdən İran İslam Respublikası, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir. Cəbrayıl rayonu ilə Bakı arasında olan məsafə 338 kilometrdir.

Cəbrayıl 08.08.1930-cu ildə inzibati rayon statusu almışdır. Ərazisi 1.05 min km2, əhalisi 74,5 min (01.04.2013) nəfərdir. Rayon 1 şəhər(Cəbrayıl), 4 qəsəbə(Xələfli, Xudafərin, Qumlaq, Mahmudlu) və 92 kənddən ibarət idi.

Fizuli

Rayonun əsası 1827-ci ildə qoyulmuş və ilkin adı Qarabulaq olmuşdur. Füzuli 08.08.1930-cu ildə inzibati rayon statusu almış və Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində böyük şairimiz Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişdirilərək Füzuli rayonu adlandırılmışdır. Tarixi 1827-ci ildən hesablansa da, Azıx mağarasındakı tapıntılar buranın ən qədim insan məskəni olduğunu sübut edir.

Credits:

Created with images by diff_sky - "mountain view" • indigoprime - "Road to Lahic" • luigig - "Snow on the Caucasus" • luigig - "Oasis town" • luigig - "Above Zaqatala" • luigig - "Snow on the Caucasus" • luigig - "Shaki" • diff_sky - "mountain view" • teuchterlad - "Mare and foal - Afurja, near Quba, Azerbaijan" • rapidtravelchai - "Caucasus 003" • rapidtravelchai - "Caucasus 023" • Niyaz from Baku - "Amaras_77"

Report Abuse

If you feel that this video content violates the Adobe Terms of Use, you may report this content by filling out this quick form.

To report a Copyright Violation, please follow Section 17 in the Terms of Use.