Loading

Sovet Tbilisisinin kədərli cazibəsi Müəllif Giorgi Qoqua

Bunlar sovet binalarıdır. Hər tərəfdə doludur bunlardan. Hər şey onlarla bağlıdır. Biz onlar arasındakı məkanda mövcuduq. Onların içində yaşayırıq. Hər gün yanlarından ötüb keçirik.

Onlar kədərli və nəhəngdir. Onlar bizim yerimizi daraldır.

Bu sovetdən qalma obyektlərin bətheybətliyi məni bu layihəyə başlamağa vadar etdi.

Mən bu alışdığımız mənzərəni lentə köçürmək, onların məkanı necə zəbt etdiyini və bizi necə içinə sovurduğunu göstərmək istədim.
Bu layihəni ötən il başladım və artıq üzərində işlədiyim daha böyük multimedia kontentinin bir hissəsi oldu.

1950-1980-ci illərdə Tbilisidə xeyli məhəllə əmələ gəlib.

TEVZ. Varketili, Qldani, Muxiani, Plato Nutsubidze, Didi Diqomi, Orxevi, Poniçala – bu məhəllələr tamamilə sovet “məhsuludur”.

30 il müddətində Tbilisidə 6200-ə yaxın yaşayış korpusu inşa edilib.

Bu binalarda divarlar o qədər nazikdir ki, deyilənlərə görə, gecələr sevişən qonşuların erotik səslərini eşitmək mümkündür.

Bir də aşağıdakı qonşunun nahara nə bişirdiyini dəqiq müəyyən etmək də çətin deyil.

Sovet dövrünün inşaat bumu Tbilisini milyonluq şəhərə çevirib – 1989-cu ildə burada 1,2 milyon sakin yaşayırdı.

Credits:

Giorgi Qoqua

Report Abuse

If you feel that this video content violates the Adobe Terms of Use, you may report this content by filling out this quick form.

To report a copyright violation, please follow the DMCA section in the Terms of Use.