Loading

Mən Tbilisi dəmir yolu vağzalında işləyirəm Yana Korbezaşvili, JAMnews, Tbilsi

Tbilisinin mərkəzi vağzalı hər gün yüzlərlə adam qəbul edir

Ətrafında “qızğın alver” gedən binanın üstündə böyük hərflərlə “Tbilisi sentralı” yazılıb.

Bu dəbli ad 2010-cu ildə binanın əsaslı təmirindən sonra yaranıb, dəmir yolu vağzalı ilə eyni vaxtda burada ticarət mərkəzi də açılıb. Buna qədər binanın daha sadə adı vardı – “Vağzal”.

Bu, Tbilisi vağzalının 1872-ci ildə tikilən ən birinci binasıdır. Buradan ilk qatar Potiyə yola düşüb.

1952-ci ildə Stalin ampiri – böyük sütunları, günbəzi və ştili olan bina tikilib. Fotoqraf Şahvələd Ayvazovun bu işi Milli kitabxanın arxivində saxlanılır.

1982-ci ildə kommunizm dövründə Tbilisidə yeni binanın tikintisinə başlanılır. 1991-ci ildə üzləmə işləri sona çatmaqdaykən, Sovet İttifaqı dağılır, müstəqil Gürcüstanın mövcudluğunun ilk illərində isə vağzal kimsənin yadına düşmür.

Qarmaqarışıq 1990-ci illərdə bu məkan Tbilisinin əsas həyat arteriyasına çevrilir – onun soyuqdan buz bağlamış dəhlizlərində və pəncərələri sındırılmış otaqlarında Abxaziyadan olan qaçqınları yerləşdirirlər; qatarlar Qərbi Gürcüstandan paytaxta ağır kisələr daşıyan adamlar gətirirdi. Onlar mandarinləri və fındığı, meyvə-tərəvəzi qəpik-quruş qazanmaq və ailələrini dolandırmaq üçün elə buradaca, vağzalın qıraq-bucağında satırdılar. Beləliklə də vağzal və ona bitişik ərazi ucsuz-bucaqsız bir bazara – 1990-cı illər Gürcüstanının vizit kartına çevrilir.

Borjomi vağzalına axırıncı dəfə qatar 15 fevral 2010-cu il tarixində gəlib. Bundan sonra vağzalı ləğv ediblər, platformaları isə dərhal alverçilər tutub. Vağzalı xatırladan ancaq dəmir yolu xəttidir, onun ətrafında da daha bir bazar yaranıb. Bəzi alverçilər bəlkə heç fikir də vermirlər ki, girişdə indiyə qədər də rus və gürcü dillərində “Borjomi vağzalı” yazısı var.

Bura artıq bugünkü, təmirdən çıxmış Mərkəzi vağzalın foyesidir. Bu cür çantaları 1990-cı illərdə “qaçqın çantası adlandırırdılar” - əslində bu, müxtəlif əşyaların daşınması üçün nəzərdə tutulan böyük və ucuz kisədir. Sayına nəzər salsaq, bu gün də aktual olduğunu görərik.

Mən Tbilisi dəmir yolu vağzalında işləyirəm

Tbilisi vağzalında 1990-cı illəri, hətta daha erkən dövrü xatırlayan adamlar işləyir.

Vasil Eliaşvili, 47 yaş, maşinist

Dəmir yoluna 14 yaşımda gəldim. Maşinistə kömək edirdim. 2000-ci ildən isə özüm qatar sürməyə başladım. Bir il əvvəl ilk dəfə ikimərtəbəli qatar idarə etdim. Tbilisi-Batumi marşrutunda işləyirəm. Bu yolda hər bir kolu tanıyıram. Batumiyə gəlirəm, 3 saat dincələndən sonra geri Tbilisiyə qayıdıram. 1990-cı illərdə bu yolda bəzən üç günə qədər vaxt itirirdik – gərginlik azalırdı, yolun ortasında, hardasa meşənin içində dayanırdıq, sərnişinlərlə birlikdə soyuqdan donurduq. Heç kim də nə vaxt yola düşə biləcəyimizi bilmirdi. Belə vaxtlarıydı. Hara baxsan, hər yerdə silahlı adamlar görürdün. Özüm qatarla ancaq maşinist kimi səyahət edirəm. Əslində vaxtım da yoxdur – həmişə işdəyəm. Tbilisi-Batumi üzrə marşrutlar hər gün, gündə iki dəfə gedir. Yayda daha iki reys əlavə olunur”.

Tbilisi-Nikozi qatarının sərnişinləri. Bu qatar 6.20-də yola düşür.
Anna Ramişvili, 44 yaş, konduktor

“On üçüncü ildir ki, burada işləyirəm. 12 il konduktor işləmişəm, bu il isə vəzifəmi artırdılar – qatar rəisi oldum. Ömrüm boyu qulaqlarımda qatarın o xarakterik uğultusu var. İşə də qatarla gəlirəm, metro qatarı olsa da.

Ortaçalada yaşayıram. Şəhər nəqliyyatında qarışıqlıq var, mənzil başına çatmaq üçün bir neçə nəqliyyat dəyişməli oluram. Bəzən gecikməmək üçün taksi xidmətlərindən də istifadə etmək məcburiyyətində qalıram. İşim qatarla bir şəhərdən başqa şəhərə səfər etməkdir. Şənbə və bazar günlərini çıxmaq şərtilə hər gün Tbilisidən Batumiyə gedirəm. Elə həmin gün də geri - Batumidən Tbilisiyə qayıdıram. Amma bəzən Batumidə qalmalı oluruq. Bu şəhəri sevirəm və bu cür gecikmələrə sevinirəm – bu şəhərdə gəzişmək imkanının yaranması sevindirici olur”.

Konduktor fənərlə maşinistə siqnal verir ki, hər şey qaydasındadır, tərpənmək olar.
Mari İntskirveli, kassir

“İşim mənə məşhur adamların avtoqraflarını toplamaq kimi bir imkan verib. Məndən bilet alan bütün məşhur insanlardan avtoqraf verməyi xahiş edirəm. Bu il kolleksiyama Nino Katamadzenin imzası əlavə olunub. İşimin maraqsız hissəsi səhər saat 9-dan axşam 9-a qədər uzanır. On ildir ki, burada işləyirəm. Birinci yarım saatlıq fasiləm 10.45-də başlayır. Adətən qəlyanaltı etməyə çıxıram. İkinci, daha uzun fasilə zamanı məktəbə uşağın dalınca qaçıb, onu evə aparıram. Vaxtım ancaq yetir – məktəb Sanzonda yerləşir, metro qatarı ilə “Qrmaqel”ə qədər gedirəm. Sonra da geri. Hər gün”.

Lado Zambaxidze, 32 yaş, mühafizə kamerasının mühafizəçisi

“Baqajı saxlamaq 2 laridir. Artıq beş ildir ki, burada işləyirəm. Hər gün mühafizə kamerasından 20-yə yaxın sərnişin istifadə edir. Bir dəfə sərnişin baqajını qoyub, yoxa çıxdı. Çantası da düz bir il burada qaldı. Sərnişinlərin burada əşyalarını yaddan çıxardığı başqa hallar da olub. Bəziləri əşyalarını pulsuz saxlamağı xahiş edir – məsələn, deyir ki, həbsxanadan indi çıxmışam, pulum yoxdur. Beləsinə nə deyəsən? Kömək etməli olursan”.

Simon Biçadze, 59 yaş, maşinist

“Borjomidə durmuşduq. Mən qatarın yanındaydım. Sərnişin yaxınlaşıb soruşur ki, qatar hansı tərəfə gedir. Halbuki özü də diqqətli olub, görə bilərdi ki, o biri tərəfə yol yoxdur”.

Uşaq Tbilisi-Qardabani qatarında
Quram İmnadze, 80 yaş, keçmiş dəmir yolu işçisi

“Tez-tez köhnə dostum... dəmir yolu ilə görüşə gəlirəm. 1970-ci ildə Cənubi Qafqaz işçilərinin təminatı şöbəsində işə başlamışam. Ərzaq daşıyırdıq. Yaxşı vaxtlarıydı. Çoxlu dostlarım vardı. Sonra hər şey dağıldı. 1990-cı illərə qədər işlədim. Sonra da daşınası bir şey qalmadı, ərzaq yoxa çıxdı”.

Report Abuse

If you feel that this video content violates the Adobe Terms of Use, you may report this content by filling out this quick form.

To report a copyright violation, please follow the DMCA section in the Terms of Use.