Depressiyani öldürmeyin 101yolu-3 Gunelmagazine

21. İnsanlar bumeranqdı, xasiyyətindən asılı olmayaraq sizin onlarda buraxdığınız təəssüratı və izləri çox sonra xatırlayaraq geri dönürlər.Əgər siz sevgilinizdən ayrılıb depressiyaya düşmüsünüzsə bu fikir sizə uyğundur.İnsanlar sizin yerinizə qoymağa adam tapmayınca bumeranq kimi geri dönərlər.Siz hər zaman xoşniyyətli olmağı unutmayın.

22. Ümüdü itirmə, ruhun sağ qalsın, çünki ruh ən sonda da bir ümüdə bağlanıb tutunar və ümüd balaca işıq olsa da zamanla hər yeri aydınladar.
23. Bu hələ son deyil, depressiya varsa insan üçün hər üzləşdiyi acı əvvəlkindən daha ağrılı və əzablı görünür amma çox da dərinə vurmayın siz böyüyürsünüz və hər acı əslində bir təcrübədir və gələcəkdə həyatınız əngələ düşdüyündə zəif adam olmaq yerinə dipədik ayaq üstə olmağı seçəcəksiniz.
24. Musiqi seçiminizə diqqət edin, sizi kövrəldən musiqiləri playlist’dən silin. BU musiqilər neçə ki, sizin ölüm himninizə çevrilmiyib atın getsin.Bir şeydən ki, fayda gəlməyə, dinləyəndə yaralarımızı qanada, qaşınmayan yerdən qan çıxara onu nəyə görə sevə- sevə dinləyək AXI? Məgər biz axmağıq?oqədər dərdin içində bizə bonus qəm-kədər lazım deyil.
25. Güzgüyə baxanda hər gün gözəl olduğunuzu beyninizdən keçirin.Hər dəfə marketə yaxud yürüşə gedərkən nə qədər gözəl və cazibədar olduğunuzu fikirləşin. Bilirəm çox gözəlsiniz amma bunu xatırlayıb qeyd etməsəniz olan-qalan özgüvən də adamı atıb gedir...Bu fikrə ehtiyacınız olmayanda da istifadə edin, çünki ən dərin yerdə mənəvi insan özü-özünün necə olduğunu dərk etməlidi & gözəl, yaraşıqlı, cazibədar olmağa ehtiyac duyur.
26. Üzgüçülük kursuna yazılıb hər həftə ora gedə bilərsiniz. Su adamı həm rahatladır həm də bu idmanın bir növü olduğu üçün əzələlər işləyi və bədəndə müəyyən hormonlar fəaliyyətə başlayır, məsələn: dopamin, endorfin və sair.

27. Ağ yaxud qırmızı şərab için hər gün bir qədəh, bu vasitə də insanda əhval-ruhiyyəni qaldırır və qətiyyən sərxoş etmir. Ağ şərabı yüngül tortla, qırmızı şərabı bir makon və sair kimi yeməklə istifadə edə bilərsiniz. Qiymətlər də o qədər baha deyil 7-8 manatdan başlıyır.Bu üsuldan istifadə etsəniz ilk üçr gün bir qədəh, sonralar isə iki gündən bir və şərab bitənə qədər isə üç gündən bir istifadə edə bilərsiniz.

28. Rəsm yaxud fotoqraf qabiliyyətiniz varsa NİYƏ YOX? Özünüzə dəyər verin və bir kursa başlıyıb yaxud internetdən bilgilər toplayıb fəaliyyətə keçin. Ən azı otağınız çəkdiyiniz rəsmlərlə siz istədiyiniz abu-havada super dizayn ediləcək.Fotolar sizin gözünüzün gördüyü ən möhtəşəm anlar olacaq və divarlara vurulacaq. İşi böyütmə istəsəniz yenə bir anı belə qaçırmayın, çəkdiyiniz işləri lalafo.az kimi internetden satış saytlarına qoyub sata bilərsiniz.Siz özünüzə yetər ki dəyər verin

29. Zooparka getmək də qıraqdan gülməli səslənə bilər amma, bu üsulu sınamışam və uğulu üsuldu.Birinci bakıdakı zoopark səhv eləmirəmsə Dədə Qorqud parkına bitişikdir və orda süni göl , bir sürü görməli mənzərə yaradılıb. Zooparkda uşaqlar və heyvanların aurası adamı dəniz kimi özünə çəkir, nəsə düşünməyə macal vermir.Yaxşı olar ki, özünüzlə uşaq da götürəsiniz. Uşaqlar və böyüklər üçün unudulmaz&əyləncəli xatirələr buraxır geriyə.Ordan aldığım həzz izah oluna biləyəcək bir formadadır və ancaq gedib özünüzün yaşaması tövsiyyə olunur.

30. Hər bir adam depressya vaxtı bunu bilməlidir ki, bu əzablar gəldi gerdərdir, yetər ki onun qarşısına çıxmağa adamda güc olsun.Kişinin başına hər iş gələ bilər, məqsəd qoyub hər bir çətinliyi dəf etmək olar, necə deyərlər igid odur atdan düşüb atlana..
Həyatda varıqsa hər şetin dadına baxa bilərik, bu bizi biz olmaqdan çəkindirib qorxudub kiçildə bilməz.

Report Abuse

If you feel that this video content violates the Adobe Terms of Use, you may report this content by filling out this quick form.

To report a Copyright Violation, please follow Section 17 in the Terms of Use.