Hacı Zeynalabdin Tağıyev

Tağıyev Hacı Zeynalabdin Tağı oğlu – Azərbaycanın görkəmli xadimidir. O,həm də, ölkənin neft sənayesinin banilərindən biridir. Tağıyev, Azərbaycan xalqının tarixinə bir xeyriyyəçi mesenat və milyonçu kimi daxil olmuşdur. Tağıyev ölkədə incəsənətin, jurnalistikanın və təhsilin qurulmasına və inkişaf etdirilməsinə yardım göstərirdi. Azərbaycan xalqı onu, hələ də, millətin atası adlandırır.

Hacı Zeynalabdin Tağıyev 1823-cü ildə Bakıda kasıb ailədə anadan olub. Anası Ümmü xanım Zeynalabdinin 10 yaşı olanda vəfat edir. Kiçik Zeynalabdin uşaqlıqdan zəhmətkeş idi. On yaşından işləməyə başlayır. 12 yaşına çatanda o, tikintidə işləyirdi. Bir müddətdən sonra tikinti ustası və təşkilatçısı kimi tanınmağa başlayır.

Tağıyev, artıq 20 yaşında, ev tikinti işləri təşkil edir. Sonralar tikinti işlərinə də nəzarət edirdi. O, başqa sahələrdə də uğur qazanır. Dükanlara və manufakturaya sahib olur.

O, neft çıxarılması ilə məşğul olurdu. 1870-ci ildə onun кеrosin zavodu var idi. Həmin vaxtlarlar kerosinə böyük tələbat var idi. İki il sonra o, neft hasilatına yeni sərmayə qoyur və buruq üsulu ilə ilk neft quyusunu qazdırır. 1886-ci ildə o, neft hasilatı və emalı firmasının əsasını qoyur.

20-ci əsrin əvvəllərində H.Z.Tağıyev toxuculuq sənayesi ilə də məşğul olmağa başlayır. O, Rusiya imperiyasında parça istehsal edən ən böyük zavodu inşa etdirir. O, 1914-cü ildə Bakı kommersiya bankını yardır və bu bankın idarə heyətinin sədri seçilir. 1916-cı ildə o, balıq sənayesinin əsasını qoyur. Tağıyev, Azərbaycanda və Dağıstanda balıq sənayesinin inkişafı üçün soyuducular, emal zavodları tikdirir.

Tağıyev azərbaycanlıların xaricdə təhsil almasına kömək etmişdir. O, yüzlərlə gənci təhsil almaq üçün, İngiltərəyə, Almaniyaya, Rusiyaya və Fransaya göndərib. Tağıyev Rusiya imperiyası, İran və Buxara Əmirliyi tərəfindən bir sıra medal və ordenlərlə təltif olunub.

Sovet Rusiyasının 28 aprel 1920-ci ildə Azərbaycanı işğal etməsi ilə vəziyyət dəyişir. İnsanların mülkiyyəti əlindən alınır, milli kadrlar və ziyalılar təqib edilməyə başlanır. Tağıyevin də mülkiyyəti əlindən alınır. Hacı Zeynalabdin Tağıyev 1924-cü il sentyabrın 1-də, axşam səkkizin yarısında, 101 yaşında vəfat etmişdir və sentyabrın 4-də dəfn edilmişdir. Onun dəfn mərasimində bütün Bakı və ətraf kəndlərdən insanlar iştirak ediblər.

Report Abuse

If you feel that this video content violates the Adobe Terms of Use, you may report this content by filling out this quick form.

To report a Copyright Violation, please follow Section 17 in the Terms of Use.